Mühazirə mətnləri Müh. İstehlak mallarinin keyfiyyət ekspertizasi metodlari istehlak



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə18/39
tarix09.04.2022
ölçüsü0,92 Mb.
#55007
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   39
IMEQ fənnindən mühazirə mətnləri 2022

     Malların saxlanılması.Malların saxlanılması zamanı ola bilsinki,keyfiyyəti 

aşağı düşsün.Malların optimal saxlanılmasının müəyyən edilməsi əmtəəşunasların 

vəzifələrindən biridir. 

     Malların saxlanılması zamanı keyfiyyəti dəyişməsin deyə hər bir qrup mallar 

üçün müəyyən şərait yaratmaq lazımdır. Burada malların fiziki, kimyəvi və bioloji 

xassələri nəzərə alınmalı, mal qonşuluğu prinsipi əsas götürülməlidir. 

     Mallarda rütubətə davamlılıq eyni deyildir. Bir qrup mallar, məsələn, şüşə, 

keramika, mühafizəedici örtüklü metal malları rütubətə davamlıdırlar. Hidroskopik 

materiallardan hazırlanmış mallar (parça, ayaqqabı, kağız, musiqi alətləri və s.) 

üçün yüksək və həm də aşağı nisbi rütubət yararsız sayılır. Yüksək nisbi rütubət 

mikroorqanizmlərin inkişafı üçün şərait yaradır, çürümə prosesini sürətləndirir, 

kiflənməni artırır, elektrik cihazlarının işlənməsini pisləşdirir, metal 

məmulatlarının paslanmasına səbəb olur. 

     Əksəriyyət mallar çox aşağı temperatura hətta mənfi temperatura davamlılığı ilə 

xarakterizə olunurlar, lakin belə temperatura bir neçə nüv mallar üçün, məsələn, 

musiqi alətləri, selliloiddən hazırlanan oyuncaqlar, örtük təbəqəli mebellər və s. 

üçün məsləhət görülmür. Hiqroskopik xassəli malların saxlanması yeksək 

temperaturlu (20

0

C-dən çox) şəraitdə olarsa, o zaman onların keyfiyyətində 



dəyişikliklər baş verə bilər, belə ki, daha çox quruma zamanı mallarda qabarıq 

ortaya çıxar. Gön mallarının, parçanın, ağacdan olan malların və s. xarici görünüşü 

pisləşə bilər. 

     Bəzi qeyri-ərzaq malları (xəz, ayaqqabı) üçün uzun müddətli saxlama zamanı 

çox az dəyişkənliyə malik optimal saxlanma temperaturu tələb olunur. 

     Mal saxlanan yerlərin havasının dəyişilməsi zamanı kəskin temperatu 

dəyişkənliyi də zərəli sayılır, daha doğrusu havanın nisbi dəyişməsinə səbəb olur.   



Bentilyasya zamanı nəzərə almaq lazımdır ki, binanın daxili temperaturu bayır 

temperaturundan bir qədər çox olmalıdır. Buna görə də yayda anbarların havasını 

gecə və yaxud səhər tezdən, qış zamanı isə quru şaxtalı gündə dəyişmək lazımdır, 

çünki bu zaman havanın rütubəti az olur. Digər hallarda mallarda tərləmə prosesi 

baş verə bilər. Məsələn; qış günlərində malların istiləndirilmiş anbarlara daxil 

olması zamanı temperaturun yüksək olmasından malların tərləməsi baş verə bilər 

və bu da malların tələf olmasına səbəb olar. 

     Saxlanma zamanı malları günəş şüalarının birbaşa təsirindən qorumaq lazımdır. 

Bunlar məmulatın rənginin dəyişməsinə, davamlılğına mənfi təsir göstərə bilər. 

Malları ambarlarda yerləşdirərkən mal qonşuluğunu da nəzərə almaq lazımdır. 

İşığa həssas foto materiallarını (plastinkalar, plyonkalar, kağızlar) aşgarlayıcı 

materillarla yanaşı saxlamaq məsləhət olunmur. Boyaqların, kimyəvi materialların 

digər mallarla birlikdə saxlanmasına qəti yol verilməməlidir. Belə ki, bu kimyəvi 

materiallar asanlıqla buxarlanır və bunların buxarları isə meta, parça, gön, 

ayaqqabı və digər malların xarab olmasına səbəb olur. 

     Mallar yerləşdirilən binanın divarlarına söykənməməli, istilikverici qurğulardan 

və işıqlandırıcı cihazlardan xüyli aralı olmalıdırlar. Məsələn, parçalar döşəmədən 

20 sm, divardan 40 sm, elektrik lampalarından 50 sm və istiləşdirici cihazlardan isə 

100 sm aralı məsafədə saxlanmalıdır. 

Qeyri - ərzaq mallarının keyfiyyətinin qorunub saxlanılmasında onlara qulluq 

etmənin də böyük rolu vardır. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin