3. Praktik məşğələlər
Praktik məşğələlərə seminar və laborator məşğələlər, praktik işlər daxildir.
Onların ümumi cəhətləri ilə yanaşı, hər birinin özünəməxsus funksiyaları və təşkilati
cəhətləri vardır. Bu formaları ayrılıqda nəzərdən keçirək.
Seminar məşğələləri
Seminar məşğələləri praktik məşğələlərin əsas və geniş yayılmış formaların-
dandır. Seminar latınca “seminarium” sözündən götürülərək “əkmək”, məcazi məna-
da isə “ocaq”, “mənbə”, “məktəb”mənalarını verir. Bu məşğələlər bir neçə
funksiyanı
yerinə yetirir: a) mühazirədə keçilən nəzəri biliklərin dərindən öyrənilməsini və
konkretləşdirilməsini təmin etmək; b) nəzəriyyə və təcrübəni əlaqələndirmək, bacarıq
və vərdişlər formalaşdırmaq; c) tələbələri təlim-idrak və elmi-tədqiqat fəaliyyətinə
cəlb etmək; ç) elmi təhlil, müzakirə və mübahisə mədəniyyəti, öz fikirlərini ifadə
etmək və əsaslandırmaq, başqalarını dinləmək, tənqid etmək bacarığını tərbiyə etmək;
d) təlim materiallarının mənimsənilməsinə nəzarət etmək.
Seminar məşğələlərinin
tipləri
müxtəlifidr: a) seminar-sorğu; b) seminar-dis-
kussiya (disput); c) referativ seminarlar; d) problematik seminarlar; f) proseminarlar;
e) seminar-işgüzar oyunlar; ə) seminar- “dəyirmi masa”; g) seminar-yoxlama işi və s.
Seminar məşğələlərinin quruluşu
: Seminar məşəğələləri üçün s
əciyyəvi struktur
ünsürləri
vardır:
müəllimin giriş sözü
(məqsəd qoyuluşu, motivasiya, tələbələrin məş-
ğələyə səfərbər edilməsi),
əsas hissə
(qoyulmuş məsələlərin müzakirəsi, tələbələrin
müzakirəyə cəlb edilməsi, zəruri olduqda müəllimin müzakirəyə müdaxiləsi),
müəllimin
yekun sözü
(çıxışların təhlili, səhvlərin düzəldilməsi, qiymətləndirmə,
növbəti məşğələnin mövzusu, məqsədi, ona hazırlıqla bağlı metodik tövsiyələrin
verilməsi). Müəllim tələbələrin çıxışlarını təhlil edib qiymət verərkən, tənqidi
qeydlərini bildirərkən diqqətli olmalı, pedaqoji takt gözləməlidir (tələbəni ələ salmaq,
kinayə etmək, yol verilən səhvə görə onu utandırmaq, ləyaqətinə toxunmaq, gülüş
obyektinə çevirmək yolverilməzdir).
Dostları ilə paylaş: