Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə52/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

4. Təlimdə nəzarət metodları.
Nəzarət bütöv təlim prosesinin əsas ünsürlərin-
dən biridir.
Təlimdə nəzarət metodları çoxdur. Onları bir neçə qrupa bölmək olar: a) şifahi
nəzarət metodları; b) yazılı nəzarət metodları; c) laborator və praktik nəzarət metodları;
ç) maşınlı nəzarət metodları; d) özünənəzarət metodları. Bu metodlarla yanaşı, müəllim
gündəlik müşahidə yolu ilə tələbələrin təlimə münasibətini, fəallıq və səyini öyrənib
nəzərə alır.
Şifahi nəzarət metodları
içərisində şifahi sorğu geniş yayılmışdır. Onun üç növü
vardır: fərdi sorğu, frontal sorğu və intensiv.
Şifahi nəzarət məqsədi ilə şifahi imtahan və zaçotlardan da istifadə edilir.
Yazılı nəzarət metodlarına
yoxlama yazı işləri (ifadə, inşa, məsələ və misal
həlli), test yoxlamaları, qrafik yoxlamalar, yazılı imtahanlar, proqramlaşdırılmış
yoxlama metodları daxildir.
Nəzərdən keçirilən metodlarla yanaşı hazırda təlim prosesində
interaktiv təlim
metodlarından
 
da geniş istifadə edilir. Belə metodlara “əqli hücüm” (və ya “beyin
həmləsi”), “Dəyirmi masa”, “insert” metodu, “bibo cədvəli” metodu, Venn diaqramı
66


metodu, şaxələndirmə (klaster) metodu, ziqzaq (ekspert) metodu və b. daxildir. 
Təlim metodlarının seçilməsi və əlaqəli tətbiqi
məsələsinə yaradıcı yanaşmaq
lazımdır. Hər bir metod öz dominant funksiyasına uyğun olaraq bu və ya digər təlim
vəzifəsini daha yaxşı yerinə yetirə bilər. Məsələn, az vaxtda daha çox informasiya
vermək vəzifəsini müəllimin şərhi metodu ilə (müsahibə ilə yox) daha yaxşı həyata
keçirmək olar. Bacarıq yaratmaq üçün isə çalışma metodu daha səmərəlidir.
Təlim metodları əlaqəli şəkildə tətbiq olunmalıdır
. Bütün şəraitlər üçün yararlı
olan universal metod yoxdur. Bu mənada “Mənim öz iş metodum var” deyən
müəllimlərə haqq qazandırmaq çətindir. Çünki təlimdə tək bir metoddan yox,
metodlar kompleksindən istifadə edilir.
Təlim metodları təlim vasitələri ilə sıx bağlıdır; metodlar vasitə zəminində
seçilib tətbiq edilir. Təlimin vasitələrini üç qrupa bölmək olar: a) tədris-əyani
vəsaitlər; b) tədris avadanlıqları; c) təlimin texniki vasitələri.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin