nimsədilməsi və möhkəmləndirilməsi (anla-
ma və möhkəmlətmə)
məsi və möhkəmləndirilməsi (anlama
və möhkəm-
lətmə) metodları
3. Bacarıq və vərdişlərin formalaşdırılması
(tətbiqetmə)
3. Bacarıq və vərdişlərin formalaşdırılması (tətbiq-
etmə) metodları
4. Bilik, bacarıq və vərdişlərin yoxlanması
(nəzarət)
4. Təlimdə nəzarət metodları
Metodların belə təsnifatı idrakın bütün pillələrini, habelə təlim prosesini bütöv-
lükdə əhatə etməyə imkan verir: I qrup metodlar hissi qavramanı, II qrup – məntiqi
idrakı, III qrup – biliklərin praktikaya və çalışmalara tərbiqini, IV qrup – nəzarət və
qiymətləndirməni təmin edir. Əlbəttə, bu təsnifat (eləcə də bütün təsnifatlar) şərtidir,
çünki təlim prosesində bütün metodlar qarşılıqlı əlaqədə çıxış edir, bir-birini tamamlayır.
4. Təlim metodlarının səciyyəsi və əlaqəli tətbiqi
Təsnifatdakı hər bir metodlar qrupu əsas didaktik məqsədlərin yerinə yetiril-
məsinə xidmət edir.
1. Təsəvvürlərin formalaşdırılması (qavrama) metodları.
Hissi qavramanı
təmin etmək, ətraf aləm haqqında dolğun təsəvvürlər yaratmaq məqsədi güdür. Bu
qrup
metodlara müşahidə, illüstrasiya, demonstrasiya və təsvir metodları daxildir.
Müşahidə metodu
müəyyən
məqsədlə, planlı və sistemli
şəkildə qavrama pro-
sesinin təşkili metodudur.
İllüstrasiya metodu
əyani vasitələrin köməyi ilə təlim materialının qavranmasını
nəzərdə tutur. Əyani vasitələr müxtəlif növdə olur: a) təbii əşyalar; b) şəkil və pla-
katlar; c) sxematik materiallar (sxem, cədvəl, diaqramlar); ç) simvolik əyani vəsaitlər
(xəritələr, qlobus). Məqsəd və məzmundan asılı olaraq
əyani vasitələrin müxtəlif
növləri seçilib tətbiq edilir.
Demonstrasiya metodu
əşya və hadisəni dinamikada, yəni dəyişmə və inkişaf
halında nümayiş etdirmək metodudur. Buraya təcrübələr, kino, diafilmlər və televi-
ziya verilişlərindən, kompüterdən istifadə daxildir.
Təsvir metodu
müəyyən fakt və hadisəni söz vasitəsilə tələbələrin təsəvvüründə
canlandırmaq metodudur.
Dostları ilə paylaş: