təhsilin məzmununa dair müxtəlif nəzəriyyələr mövcud olmuşdur: maddi, formal
və dialektik təhsil nəzəriyyələri.
Maddi təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi tələbələrə həyatda lazım olan
bilik və bacarıqlar verməkdən ibarətdir.
Formal təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi ağlı, zehni qabiliyyətləri inki-
şaf etdirməkdir.
Göstərilən hər iki mövqe yanlış olub, təlimin əsas məqsədlərini bir-birinə qarşı
qoyur. Bu birtərəfli, metafizik nəzəriyyələrdən fərqli olaraq
dialektik təhsil nəzəriy- yəsi təlimin hər iki məqsədini vəhdətdə götürür: təlim həm bilik verməli, həm də
zehni qabiliyyətləri (ağlı) inkişaf etdirməlidir. Ali təhsilin məzmunu elə qurulmalıdır
ki, tələbələr elmi biliklərlə yanaşı, zehni qabiliyyətlərə, təfəkkür metodlarına da yiyə-
lənmiş olsunlar.
2. Ali təhsilin məzmunu, onu əks etdirən sənədlər Ali təhsilin məzmunu müəyyən normativ sənədlərdə öz əksini tapır.
Təhsilin məzmununu əks etdirən sənədlərə daxildir: a) tədris planı; b) tədris proqramları; c) təhsil
proqramları (kurrikulumlar); ç) dərslik və dərs vəsaitləri.
Tədris planı – müəyyən tip təhsil müəssisəsində keçilən fənlərin tərkibini, ardı-
cıllığını, hər fənnə ayrılan saatların miqdarını, tədris ilinin strukturunu müəyyən edən
dövlət sənədidir.
Tədris planında
fənlər üç qrupa bölünür : a) məcburi və ardıcıl öyrənilən fənlər.
Buraya, əsasən, ixtisas fənləri daxildir; b) məcburi, lakin qeyri-ardıcıl öyrənilən fən-
lər. Buraya, əsasən, peşə hazırlığı və ümumi hazırlıq fənləri və s. daxildir; c) seçmə
fənlər. Buraya humanitar və sosial fənlər, seçmə kurslar və s. daxildir. Bu fənlərin öy-
rənilməsi tələbələrin nəzəri-metodoloji hazırlığını təmin etməyə, onlarda elmi
58
dünyagörüşünü formalaşdırmağa imkan verir.
İxtisasın tədris planları əsasında fərdi tədris planları, tədris proqramları, təhsil
proqramları və dərs cədvəlləri tərtib olunur.