Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


 Təlim metodları və onların təsnifatı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə47/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

3. Təlim metodları və onların təsnifatı
Təlim prosesini səmərəli qurmaq üçün müəllim təlim metodlarını yaxşı bilməli,
yerinə görə onları düzgün seçib tətbiq etməlidir. Bu məsələdə müəllimin səhvi və ya
laqeydliyi təlimin və mütəxəssis hazırlığının keyfiyyətinə mənfi təsir göstərir. Yanlış,
qeyri-səmərəli metodlarla yüksək təlim-tərbiyə nəticələrinə nail olmaq mümkün
deyildir.

Metod
” yunan sözü olub (
“methodos”
), nəyəsə nail olmaq yolu deməkdir. Pe-
daqoji ədəbiyyatda metodla yanaşı, ərəb sözü olan “üsul” termini də işlədilir. 
Təlim metodu
dedikdə, təlim prosesində qarşıya qoyulmuş məqsədə nail olmaq
üçün öyrədən və öyrənənlərin birgə fəaliyyətinin yolları başa düşülür. Metod öz tə-
biətinə görə mürəkkəb və çoxcəhətli analyışdır. Hər metod özündə müxtəlif 
priyom-
ları (tərzləri)
birləşdirir. 
60


Təlim metodları təlim prosesində çox böyük 
rol
oynayır. O, təlimin qanunlarının,
prinsiplərinin, məqsəd və məzmununun reallaşmasına xidmət edir: 
qanun → prinsip → qayda
metod → forma → nəticə 
məqsəd → məzmun → vasitə 
Sxemdən göründüyü kimi, təlim prosesinin komponentləri içərisində metod
mərkəzi yer tutur; o, digər komponentləri reallışdırıb yüksək nəticənin alınmasında
həlledici əhəmiyyətə malikdir. 
Təlim metodları bir çox funksiyanı yerinə yetirir: təhsil, tərbiyə, inkişafetdirici,
stimullaşdırıcı, nəzarət-qiymətləndirmə və b. funksiyalar. 
Hər bir metod təlimdə özünəməxsus aparıcı, dominant funksiyanı yerinə yetirməklə
yanaşı, digər funksiyaların da həyata keçirilməsində müəyyən dərəcədə iştirak edir.
Təlim metodları yerinə yetirdikləri dominant funksiyalara görə müxtəlif qruplara
bölünür.
Təlim metodlarının təsnifatı.
Təlim metodları çoxdur (100-dək). Onların təs-
nifatında alimlər arasında vahidlik yoxdur. Pedaqoji ədəbiyyatda təlim metodlarının
müxtəlif təsnifatı irəli sürülmüşdür. Onların bir qismini nəzərdən keçirək: 
- bilik mənbələrinə görə: söz, əyani və praktik metodlar;
- didaktik vəzifəyə görə: yeni biliyin verilməsi, bilik və bacarıqların möhkəm-
ləndirilməsi, yoxlanması metodları;
- tələbələrin dərketmə fəaliyyətinə görə: izahlı-illüstrativ, reproduktiv, problemli
şərh, qismən axtarış və ya evristik, tədqiqatçılıq metodları;
- təlimin mərhələlərinə görə: yeni tədris materialının, əsasən, qavranmasına
xidmət edən metodlar; bilik, bacarıq və vərdişlərin, əsasən, formalaşmasına xidmət
edən metodlar; bilik, bacarıq və vərdişlərin, əsasən, tətbiqinə xidmət edən metodlar;
təlimdə müvəffəqiyyətə nəzarət metodları.
Təlimdə məqsədin bütün komponentləri şərtləndirməsi barədə qanundan görün-
düyü kimi, metod ilk növbədə məqsədə xidmət edir və onunla müəyyənləşir: “məqsəd,
qanun kimi, fəaliyyətin metod və vasitələrini müəyyən edir” (K.Marks).
Əsas didaktik məqsədlərə müvafiq olaraq
təlim metodlarını aşağıdakı kimi təsnif
etmək olar.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin