metodu, şaxələndirmə (klaster) metodu, ziqzaq (ekspert) metodu və b. daxildir.
Təlim metodlarının seçilməsi və əlaqəli tətbiqi
məsələsinə yaradıcı yanaşmaq
lazımdır. Hər bir metod öz dominant funksiyasına uyğun olaraq bu və ya digər təlim
vəzifəsini daha yaxşı yerinə yetirə bilər. Məsələn, az vaxtda daha çox informasiya
vermək vəzifəsini müəllimin şərhi metodu ilə (müsahibə ilə yox) daha yaxşı həyata
keçirmək olar. Bacarıq yaratmaq üçün isə çalışma metodu daha səmərəlidir.
Təlim metodları əlaqəli şəkildə tətbiq olunmalıdır
. Bütün şəraitlər üçün yararlı
olan universal metod yoxdur. Bu mənada “Mənim öz iş metodum var” deyən
müəllimlərə haqq qazandırmaq çətindir. Çünki
təlimdə tək bir metoddan yox,
metodlar kompleksindən istifadə edilir.
Təlim metodları təlim vasitələri ilə sıx bağlıdır;
metodlar vasitə zəminində
seçilib tətbiq edilir. Təlimin vasitələrini üç qrupa bölmək olar: a)
tədris-əyani
vəsaitlər; b) tədris avadanlıqları; c) təlimin texniki vasitələri.
Dostları ilə paylaş: