Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə55/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Mühazirə tipləri:
1.Təlim prosesindəki
yeri və roluna görə
mühazirənin
aşağıdakı tipləri fərqləndirilir: giriş, cari, icmal, epizodik və yekun mühazirələr.
2. Mühazirələr
xarakterinə görə
də bir neçə tipdə olur: sistemli, problemli,
qarışıq mühazirələr.
3. Pedaqoji ədəbiyyatda mühazirələrin 
təşkili qaydasına görə
müxtəlif tipləri
nəzərdən keçirilir:
mühazirə-diskussiya
(mühazirə tələbələrin sualları əsasında, on-
larla diskussiya şəraitində keçirilir), 
ikilikdə mühazirə
(müəllim digər mütəxəssislə və
ya ekspertlə birlikdə dialoq, diskussiya, polemika əsasında, tələbələri də dialoqa cəlb
etməklə mövzunu şərh edir),
mühazirə-press konfrans
(mühazirə müəyyən mövzu
üzrə tələbənin sualları üzərində qurulur),
vizual mühazirə
(mühazirə təlimin texniki
vasitələrinin köməyi ilə əvvəldən hazırlanmış material əsasında keçirilir) və s.
Mühazirəyə verilən tələblər
. Yaxşı mühazirə necə olmalıdır? O, hansı tələb-
lərə cavab verməlidir? Mühazirənin səmərəli olması üçün ona müəyyən 
pedaqoji tə-
ləblər
verilir. Belə tələblər çoxdur. Onları bir neçə qrupda birləşdirmək olar:
1)
Mühazirənin məzmununa verilən tələblər
: mühazirə tədris proqramına uyğun
olmalıdır; elmin müasir səviyyəsini əks etdirməli, mövzu elmi cəhətdən düzgün şərh
edilməli; mühazirədə təlimin prinsipləri gözlənilməlidir (sistematiklik, nəzəriyyə və
təcrübənin vəhdəti, şüurluluq və fəallıq, əyanilik, müvafiqlik və s).
Mühazirəçinin nitqinə verilən tələblər
: mühazirəçinin nitqi aydın, sadə, yığcam,
ədəbi dil normalarına uyğun, anlaşıqlı, canlı olmalıdır; nitqin tempi orta (adi danışıq
tempində), tonu dəyişkən olmalıdır (danışığın məzmununa uyğun olaraq ton dəyiş-
məlidir); nitq texnikasından (diksiya, intonasiya, məntiqi vurğu, pauza və s.), mimika
və jestlərdən düzgün istifadə etməlidir. Mühazirəçinin nitq üslubu müxtəlif üslubların
73


elementlərini (elmi-kütləvi, publisistik, bədii-obrazlı) özündə birləşdirən elmi üslubda
olmalıdır.
2)
Mühazirənin estetik, mənəvi-psixoloji mühitinə verilən tələblər
: mühazirədə
yüksək mənəvi-psixoloji iqlim hökm sürməlidir (xeyirxahlıq, humanizm, qarşılıqlı
inam, anlaşma, mədənilik, əməkdaşlıq); mühazirədə estetik mühit, müsbət emosional
fon yaradılmalıdır (yüksək əhval-ruhiyyə, gümrahlıq, yaradıcı mühit, gözəllik mühiti,
yüksək münasibət, nitq, davranış və geyim gözəlliyi); müəllim yumor hissinə malik
olmalı, mülayimlik və ciddiliyi uzlaşdırmağı bacarmalıdır.
3)
Mühazirədə tələbələrin fəaliyyətinə verilən tələblər
: mühazirə prosesində
tələbələrin fəallığı təmin olunmalı, bu məqsədlə müxtəlif priyomlardan istifadə edil-
məlidir: problem vəziyyət yaratmaq, tələbələri problemlərin həlli ilə bağlı mülahizə-
lər yürütməyə, diskussiya və dialoq ünsürlərinə, qeydlər götürməyə sövq etmək; diq-
qəti cəlb etmək məqsədi ilə mövzu ilə bağlı maraqlı faktlar, həyati misallar gətirmək
və s. 
Mühazirəyə verilən bütün bu və ya digər tələblərə cavab vermək üçün müəllim
mühazirəyə ciddi hazırlaşmalı, mühazirənin təşkilati tərəfinə, quruluşuna da ciddi
fikir verməlidir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin