Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə63/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

7.
 
Təlimdə nəzarət və qiymətləndirmə
Təlim müvəffəqiyyətinə nəzarət. 
Ali məktəbdə müvəffəqiyyətə nəzarət, biliyin
yoxlanması və qiymətləndirilməsi təlim prosesində mühüm yer tutur, bu prosesin
vacib bir ünsürünü təşkil edir. Nəzarətin 
məqsədi
 
tələbənin bilik, bacarıq və vərdiş-
lərinin keyfiyyətini aşkara çıxarmaqdan, onların qarşıya qoyulmuş məqsədə uyğun-
luq dərəcəsini müəyyən etməkdən ibarətdir.
Nəzarət müvəffəqiyyətin
hesaba alınması, yoxlama

qiymətləndirmə
ilə sıx
bağlıdır. 
Hesabaalma
(uçot) nəzarətin müəyyən sənədlərdə (jurnallarda, imtahan və-
rəqələrində və s.) əks olunmasıdır. 
Yoxlama
nəzarət prosesi, onun vasitəsidir. 
Qiymət
yoxlamanın nəticəsi, müvəffəqiyyətin kəmiyyət göstəricisi, onun balla (rəqəmlə)
ifadəsidir.
Nəzarət 
monitorinq, diaqnostika
anlayışları ilə də sıx bağlıdır. 
Monitorinq
təlim
(yaxud mənimsəmə) prosesinin mövcud vəziyyəti və səviyyəsinin öyrənilməsi, əldə
olunan nəticələrin qarşıya qoyulmuş məqsədlər baxımından təhlil edilib qiymətləndi-
rilməsi (diaqnostika), keyfiyyəti yüksəltmək yollarının müəyyən edilməsi (proqnoz-
laşdırma) və bu məqsədlə lazımi korreksiya işi aparılması proseslərini özündə
birləşdirən müntəzəm nəzarət deməkdir. Deməli, monitorinqdə nəzarət, diaqnostika,
qiymətləndirmə, korreksiya və proqnozlaşdırma kimi proseslər vəhdət halında çıxış
edir. 
Diaqnostika
təlim prosesinin başvermə şəraitini, nəticələrini, nöqsanlarmı üzə
çıxarmaq, onları təhlil edib qiymətləndirmək, sonrakı inkişafını proqnozlaşdırmaq
kimi elementləri özündə birləşdirən mürəkkəb sistemdir.
Pedaqoji nəzarət bir neçə
funksiyanı
yerinə yetirir: yoxlama, diaqnostik, proq-
nostik, təhsil, tərbiyə funksiyası.
Pedaqoji nəzarət müəyyən
prinsiplər
əsasında həyata keçirilir: nəzarətin
sistemliliyi, fərdiliyi, hərtərəfliliyi, obyektivliyi prinsipləri.
83


Ali məktəbdə pedaqoji nəzarət müxtəlif
növlərdə
olur. Keçirilmə vaxtı və həll
etdiyi vəzifələrə görə nəzarətin bir neçə növü fərqləndirilir: cari (gündəlik), tematik
(iri mövzu və bölmələr üzrə), dövri (vaxtaşırı, yarımildə iki-üç dəfə, semestrin so-
nunda), yekun nəzarət (kurs bitdikdə, imtahanlar, kurs işi, buraxılış işi və diplom
müdafiəsində).
Nəzarətin əhatə dairəsindən, tələbə tərkibindən asılı olaraq fərdi, qrup və frontal
nəzarət 
formalarından 
istifadə olunur.
Nəzarət müxtəlif 
metodların 
vasitəsilə aparılır. Yoxlama və hesabaalma zamani
istifadə olunan ümumi metodlara aşağıdakılar daxildir: şifahi və yazılı sorğular, yox-
lama işləri, hesabatlar, referat işləri, icmallar, kurs və diplom işləri, yaradıcı tapşı-
rıqlar, seminarlar, kollokviumlar, tələbə fərdi işləri, qrafik işlər (sxem və çertyojlar),
kurs və diplom işləri, məqbul (zaçot) və imtahanlar (şifahi və yazılı), maşınlı nəzarət
və proqramlaşdırılmış nəzarət, test yoxlamaları, özünənəzarət. 
Göstərilən metodların vəhdəti pedaqoji nəzarətin və bütövlükdə təlim prosesinin
səmərəliliyini təmin etmək baxımından böyük əhəmiyyətə malikdir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin