Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə65/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   61   62   63   64   65   66   67   68   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Qiymət meyarları
. Bilik və bacarıqların qiymətləndirilməsi üçün müxtəlif
meyarlardan istifadə olunur. Dünya təcrübəsində müxtəlif bal qiymətləri tətbiq edilir
(5 baldan 100 bala qədər). Boloniya prosesinə daxil olan ölkələrdə vahid qiymət
meyarı – 100 bal tətbiq olunur. Azərbaycanın ali məktəbləri də çoxballı qiymət
sisteminə keçmişdir. Qiymətləndirmə «Tələbələrin biliyinin qiymətləndirilməsinin
çoxballı sistemi haqqında Əsasnamə»yə uyğun olaraq aparılır (Əsasnamə təhsil
nazirinin 15.05.2003-cü il 420 saylı əmri ilə təsdiq olunmuşdur).
Tələbələrin imtahanlarda, məşğələlərdə cavabları qiymətləndirilərkən müvafiq
meyarlardan istifadə olunur. Qiymət balları müxtəlif
göstəricilər
əsasında verilir.
Qiymətləndirmədə nəzərə alınan əsas göstəricilər bunlardır: a) biliyin
həcmi
(proq-
ram materialları tam və ya qismən mənimsənilib?); b) biliyin 
dərk edilməsi
(şüurlu,
yoxsa mexaniki öyrənilib, tələbə keçilmiş materialı nə dərəcədə başa düşür, cavabı
düzgündürmü, fikirlərini əsaslandıra bilirmi, müstəqil fikir söyləyə bilirmi?); c) biliyin
tətbiqi
(tələbə nəzəri biliyi həyata, çalışmalara müstəqil tətbiq edə bilirmi?); ç) biliyin
ifadə olunması
(tələbə fikirlərini ədəbi dildə düzgün ifadə edə bilirmi, danışığında və
yazıda səhvlərə yol verirmi?).
Tələbənin biliyinin qiymətləndirilməsi zamanı təlim formalarının, ayrı-ayrı iş
sahələrinin xüsusiyyətləri nəzərə alınmalıdır.
İmtahana görə qiymət ballarının hesablanması. 
Balların maksimum miqdarı
50-dir. Tələbə imtahanda biletə düşən 5 suala cavab verməlidir. Hər sualın cavabı
maksimum 10 balla qiymətləndirilir.
 
İmtahanın qiymət meyarları aşağıdakı kimidir:
10
bal
– tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hər-
tərəflidir.
9

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin