Mühazirə mətnlərinin tərtibinə görə balların hesablanması.
Mühazirə mətn-
lərinin qiymətləndirilməsi aşağıdakı meyarlar əsasında aparılır:
5
bal
– tələbə keçilən bütün mövzuları (plan maddələri üzrə) tam əhatə edir,
verilmiş ədəbiyyatlar əsasında əlavələr edir.
4
bal
– tələbə bütün mövzuları (plan maddələri üzrə) əhatə edir
.
3 bal
– tələbə keçilən mövzuları, əsasən, əhatə edir (70-80%).
2
bal
– tələbə mühazirə materiallarını qismən əhatə edir (50-70%).
1
bal
– tələbə mühazirə materiallarını müəyyən dərəcədə əhatə edir (50%-dək).
0 bal
– mühazirə mətnləri yoxdur.
Təlimin digər formalarında
nəticələrə görə balların hesablanması Əsasnamə
tələblərinə müvafiq şəkildə həyata keçirilir. Hər bir iş formasına müvafiq ballar
86
ayrılır:
laborator məşğələsinə
– maksimum 10 bal,
davamiyyətə
– 5 bal,
fərdi isə
–
10 bal,
kurs işinə
(layihəsinə) – 10 bal,
istehsalat və pedaqoji təcrübəyə
– 100 bal,
buraxılış işinə
– 100 bal nəzərdə tutulur.
Sual və tapşırıqlar
1. Təlimin təşkili formalarının təlim prosesindəki rolunu səciyyələndirin.
2.
Mühazirəyə verilən tələblər hansılardır?
3.
Seminar məşğələlərinin hansı funksiyaları və növləri vardır?
4.
Laborator və praktik məşğələlərin fərqi nədən ibarətdir?
5.
Tələbə müstəqil işlərinin hansı növləri vardır?
6. Ali məktəbdə qiymətləndirmə hansı şərtlər və meyarlar əsasında aparılır?
7. İxtisas üzrə bir mühazirə və seminar məşğələsini dinləyərək pedaqoji tələblər
baxımından təhlil edin.
8. İxtisas üzrə bir məşğələni tələbələrin biliyinin qiymətləndirilməsi baxımından
müşahidə və təhlil edin.
Ədəbiyyat
1. Azərbaycan Respublikası Təhsil Qanunu. B., 2009.
2. Azərbaycanda təhsil siyasəti. B., “Təhsil”, 2005.
3. Rüstəmov F., Dadaşova T. Ali məktəb pedaqogikası. B., 2007.
4. Mahmudova R. Ali məktəbdə tələbə müstəqil işinin imkanları yolları. B., 2005.
87
|