Tərbiyənin xüsusiyyətləri. Tərbiyə işi özünəməxsus xüsusiyyətlərə malikdir.
Onun düzgün idarə olunması və yüksək səmərə verməsi üçün həmin xüsusiyyətləri
yaxşı bilmək və tərbiyə işində nəzərə almaq lazımdır. Bu xüsusiyyətlər aşağıdakılardan
ibarətdir:
1.
Tərbiyə çoxamilli prosesdir .
2.
Tərbiyə uzun sürən və fasiləsiz prosesdir .
3.
Tərbiyə çoxcəhətli, eyni zamanda bütöv prosesdir .
4.
Tərbiyədə xırda məsələ yoxdur ; hər bir “xırda” məsələ şəxsiyyətə müəyyən tə-
sir göstərir.
5.
Tərbiyə özünütərbiyə və yenidəntərbiyə ilə dialektik vəhdət təşkil edir .
Özünütərbiyə insanın özünü təkmilləşdirmək üçün öz üzərində şüurlu, məq-
sədyönlü işləməsi prosesidir. Özünütərbiyənin əsas vasitələrinə özünümüşahidə, özü-
nütəhlil, özünütərbiyə planı və ya proqramının müəyyən edilməsi, özünüinandırma
(özünütəlqin), özünənəzarət, özünəhesabat, özünütərif, özünütənqid, özünüqiymətlən-
dirmə daxildir. Gəncləri özünütərbiyə vasitələri ilə tanış etmək, bu işə həvəslən-
dirmək lazımdır.
Tərbiyə prosesi, bir qayda olaraq,
yenidəntərbiyə ilə müşayiət olunur. Yenidəntər-
biyənin əsas şərtləri mənfi keyfiyyətləri doğuran səbəbləri aradan qaldırmaqdan, insa-
nın münasibətlər sistemini dəyişməkdən, kollektivin tərbiyəvi rolunu güc-
ləndirməkdən, insanda özünə inam yaratmaqdan, stimullaşdırıcı tərbiyə metodlarına
istinad etməkdən, insanı özünütərbiyə işinə qoşmaqdan ibarətdir.
Tərbiyə prosesinin əsas mərhələləri. Tərbiyə prosesi aşağıdakı mərhələlərdə
qurulur: - düzgün davranış normaları və tələbləri ilə tanışlıq; - həmin norma və
tələblərə münasibətin formalaşdırılması: düzgün davranış motivlərinin və arzusunun
aşılanması; - ictimai davranış normalarına baxış və əqidənin formalaşdırılması; -
düzgün davranış təcrübəsinin, adətlərinin yaradılması; - tərbiyənin özünütərbiyəyə
keçməsi, insanda özünütərbiyə tələbatının yaranması.
89
Tərbiyə prosesi bu mərhələlərlə qurulduqda şəxsiyyətin formalaşması və inki-
şafını planlı və mütəşəkkil qaydada həyata keçirmək mümkündür.