Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Təlim müvəffəqiyyətinin qiymətləndirilməsi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə64/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Təlim müvəffəqiyyətinin qiymətləndirilməsi.
Təlimdə nəzarət, yoxlama mü-
vəffəqiyyətin qiymətləndirilməsi ilə nəticələnir. Qiymətləndirmə təlim prosesini ta-
mamlayan pillədir. O, təlimin səmərə və keyfiyyətini yüksəltməyə, əks əlaqə yarat-
mağa, tələbələrin bilik və bacarıqlarındakı uğurlu və zəif cəhətləri aşkara çıxarmağa
kömək edir. Qiymətləndirmə bir neçə
funksiyanı
yerinə yetirir: nəzarət, öyrədici,
stimullaşdırıcı, tərbiyə funksiyaları.
Qiymət çox incə bir pedaqoji vasitədir; o, tələbələri həvəsləndirə də bilər, ruh-
dan sala da bilər. Hər şey qiymətin necə verilməsindən, ədalətli olub-olmamasından
asılıdır. Qiymətləndirmə zamanı bəzi 
şərtləri 
gözləmək lazımdır:
1) qiymət 
obyektiv, ədalətli olmalı
, tələbənin faktik bilik səviyyəsini düzgün
əks
etdirməlidir. Qiyməti «şişirtmək» və ya «kəsmək», bu zaman əliaçılıq və ya xəsislik
etmək eyni dərəcədə zərərlidir: birinci halda tələbələrdə arxayınçılıq, ikinci halda isə
öz qüvvəsinə inamsızlıq baş verir. Buna yol verməmək üçün qiymətin müvafiq nor-
malara, meyarlara tam uyğun olmasını təmin etmək lazımdır;
2) verilən qiymət tələbələr tərəfindən 
dərk olunmalıdır
: müəllim qiyməti (rəqəmi)
sadəcə elan etməklə kifayətlənməməli, onu əsaslandırmalıdır. Yəni tələbənin nə üçün
«kafi», «qeyri-kafi», «yaxşı» və «əla» qiymət aldığını sözlə xarakterizə etməlidir.
Bu
84


halda tələbə öz nöqsanlarını başa düşər, müəllimi ədalətsizlikdə təqsirləndirməz;
3) qiymətləndirmə zamanı tələbənin təkcə nəyi öyrənməsini deyil, həm də 
necə
öyrənməsini
— şüurlu, yoxsa mexaniki öyrənməsini, materialı dərk etdiyini, yoxsa
əzbərlədiyini nəzərə almaq lazımdır. Bu, tələbələrin təlimə şüurlu yanaşmalarında
,
mühüm rol oynayır. Çünki tələbələr müəllimin sorğu metodikasına uyğun olaraq
təlim materiallarını öyrənir, məşğələdə cavab verməyə hazırlaşırlar.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin