dankənar müstəqil işlər (referat, kurs işi, tədris-tədqiqat işi, elmi-tədqiqat işi, klub və
dərnək işləri, kitabla iş, internetlə iş, özünütəhsil və s.);
- müstəqil işin
funksional cəhətinə görə
: biliklərin mənimsənilməsi, möhkəm-
ləndirilməsi, tətbiqi və yoxlanılması məqsədi güdən işlər;
-
zehni fəaliyyətin xarakterinə görə:
nümunə üzrə, yenidənqurma xarakterli işlər,
evristik (qismən-axtarış tipli) müstəqil işlər, tədqiqatçılıq işləri. Bu qəbildən olan digər
təsnifatlar da vardır: reproduktiv-bərpaedici müstəqil işlər (biliklərin təkrarını, onlar üzə-
rində əməliyyat aparmağı nəzərdə tutur); idrak-axtarıcılıq (evristik) işləri (yeni biliklərin
mənimsənilməsi); yaradıcı müstəqil işlər (biliklərin yeni hallara yaradıcı tətbiqi);
-
fəlsəfi-qnoseoloji əsasa görə
: hissi-perseptiv xarakterli müstəqil işlər (müşa-
hidə, keçmiş təcrübə və biliklərin bərpası, yeni hallara tətbiqi); zehni xarakterli müs-
təqil işlər (təfəkkür əməliyyatları, zehni məsələ
‒
problem həlli, zehni-tətbiqi və
zehni təşkilati işlər); praktik xarakterli müstəqil işlər (əməli, təcrübi-eksperimental,
layihə-konstruksiya və bədii-qrafik işlər).
Göstərilən müstəqil iş növləri və tiplərindən təlimin müxtəlif formalarında
geniş istifadə edilməlidir.
Müstəqil işlərin səmərəli təşkili üçün bəzi
şərtləri
gözləmək lazımdır:
1. Tələbə müstəqil işləri bütün fənlərdə və təlim formalarında sistemli və ardıcıl
şəkildə tətbiq olunmalıdır;
2. Auditoriya və auditoriyadankənar müstəqil işlər sıx əlaqələndirilməli, yara-
dıcı işlərə diqqət artırılmalıdır;
3. Tələbələrə müstəqil işin səmərəli yolları (priyomları) öyrədilməlidir;
4. Müstəqil işlərə keyfiyyətli pedaqoji rəhbərlik həyata keçirilməli (məsləhət,
nəzarət, kömək, uçot və qiymətləndirmə), müəllimlər müstəqil iş nəzəriyyə və meto-
dikasına yiyələnməlidirlər.
Tələbələrin müstəqil işinin bir istiqaməti də elmi işlərdir.
Dostları ilə paylaş: