yunanca “praktikos” sözündən götürülərək “fəaliyyətli” mənasını verir. Bu
məşğələlər nəzəriyyə və təcrübənin əlaqələndirilməsinə, biliklərin konkretləşməsinə
və möhkəmlənməsinə, tələbələrin zehni qüvvələrinin və müstəqilliyinin inkşafına
kömək göstərir.
Praktik məşğələlərin
məzmunu
çoxcəhətli olub, fənnin xarakterindən aslıdır:
müşahidələr aparmaq, çalışmalar, məsələ və misal həlli, ölçmə və hesablama işləri,
sxem, cədvəl, qrafik tərtibi, tətbiqi xarakterli tapşırıqlar, eksperiment qoymaq, oxu,
tərcümə, təcrübəçilik və konstruktorluq işləri və s. bu qəbildəndir. Müəllim fənndən,
mövzudan asılı olaraq praktik iş növlərini seçib tətbiq edir. Məsələn, coğrafiyadan bu
işlərin köməyi ilə coğrafi və topoqrafik xəritələri oxumaq, müəyyən coğrafi səthin
planını
tərtib etmək, təbiətdə müxtəlif müşahidələr (meteoroloji,
hidroloji,
geomorfoloji və s.) aparmaq və s. bacarıqlar aşılanır.
Praktik məşğələlərin quruluşu
bir çox cəhətdən, seminar məşğələləri ilə ümu-
milik təşkil edir:
giriş, əsas və yekun mərhələlər
.
Praktik məşğələlərin səmərəli təşkili üçün müəyyən
şərtləri
gözləmək lazımdır:
a) tələbələr praktik işə ciddi hazırlaşmalı, tətbiq ediləcək nəzəri bilikləri yaxşı mə-
nimsəməlidirlər; b) müəllim praktik işlərin yerinə yetirilməsi priyomları ilə tələbələri
tanış etməlidir; c) işin icrası üçün lazım olan vəsait, alət və avadanlıqlar əvvəlcədən
hazırlanmalı və tələbələrin hamısı təmin olunmalıdır; ç) müəllim tələbələrin
müstəqil-
liyini məhdudlaşdırmadan işlərin icrasına nəzarət etməli,
zəruri hallarda istiqamət
verməlidir; d) görülən işlər ciddi təhlil olunub obyektiv qiymətləndirilməlidir.
Dostları ilə paylaş: