təmin edən metodlardır. Bu halda tələbələr qarşısında müəyyən problemlər qoyulur
və onlar bu problemlərin həllinə cəlb edilir.
Tələbələrin zehni fəallığının səviyyəsindən asılı olaraq problem-axtarış metod-
ları müxtəlif
növlərdə
olur: problemli şərh (müəllim problemi özü həll edir), qismən
axtarış (problem qismən tələbələrin iştirakı ilə həll olunur), tədqiqatçılıq (problem
tələbələr tərəfindən müstəqil həll olunur) metodları.
Problemli təlimin
pillələrinə
aşağıdakılar daxildir:
1) fakt və hadisələrin müşahidəsi və təhlili;
2) problemin (həlli tələb olunan məsələnin) qoyuluşu;
3) problemin həlli yollarının axtarışı (kollektiv müzakirəsi): fərziyyələrin irəli
sürülməsi və yoxlanması;
4) problemin həllinə dair nəticə çıxarılması.
Müəllim tələbələri problemli təlimin bütün mərhələlərinə cəlb etməli, elmi idrak
metodları ilə onları tanış etməli, tədricən problemin müstəqil həlli üçün tədqiqatçılığa
alışdırmalıdır.
3. Bacarıq və vərdişləri formalaşdıran metodlar.
Bu metodlar nəzəri biliyi
tətbiq etdirməklə bacarıq və vərdiş yaratmaq məqsədi güdür. Bu qrupa çalışmalar,
praktik
və laborator işlər, didaktik oyunlar və s. daxildir.
Çalışmalar metodu
bir çox fənlərdə geniş yayılmış metoddur. Çalışmalar müx-
təlif növdə olur: yazılı, şifahi, qrafik, musiqi, bədən tərbiyəsi çalışmaları. Tələbələrin
müstəqillik səviyyəsindən asılı olaraq çalışmaların üç tipi ayırd edilir: nümunə üzrə
çalışmalar (hazır nümunə əsasında icra edilir), variativ çalışmalar (biliklərin yeni şə-
raitdə tətbiqinə əsaslanır), yaradıcı çalışmalar (biliklərin müxtəlif hallara yaradıcı
tətbiqinə əsaslanır).
Praktik işlər
nəzəri bilikləri hər hansı əməli işlərə tətbiq etmək metodudur:
ölçmə, hesablama işləri, tədris-təcrübə sahəsində iş, bitki becərilməsi, təcrübəçilik və
konstruktorluq işləri və s. Praktik işlər müəllimin təlimatı ilə başlayır: müəllim nəyi
və necə görmək haqda izahat verir. Sonra tələbələr əməli işi müstəqil yerinə yetirirlər.
Müəllim bu zaman nəzarət edir, istiqamət verir. Axırda görülmüş işlər yekunlaşdırılıb
qiymətləndirilir.
Laborator məşğələlər
tələbələrin müstəqil təcrübələr və müşahidələr aparması
65
metodudur. Məs., mikroskop altında canlıları öyrənmək, hava, bitki və heyvanlar üzə-
rində uzunmüddətli
müşahidələr aparmaq, müxtəlif təcrübələr qoymaq və s. belə
işlərdəndir.
Laborator məşğələlər iki növdə olur: frontal məşğələlər və praktikumlar.
Frontal məşğələdə bütün tələbələr eyni işi, təcrübəni yerinə yetirir, praktikum
zamanı isə kiçik qruplarla (3-5 nəfərlik) müxtəlif işi, təcrübələri icra edirlər.
Didaktik oyun metodları
biliklərin möhkəmləndirilməsi, tətbiqi məqsədi güdən
idrak oyunlarıdır.
Son vaxtlar işgüzar rollu oyunlardan geniş istifadə olunur. Məs., xarici dil dərs-
lərində tələbələrə müxtəlif rollar (səyyah, müəllim, həkim, satıcı, alıcı, sürücü və s.)
tapşırılır, hərə öz rolunu ifa edir. Bu metodla keçilən eksperimental dərslər (Q.Kitay-
qorodskayanın intensiv metodu) göstərir ki, tələbələr xarici dili daha tez və həvəslə
öyrənirlər.
Dostları ilə paylaş: