Əxlaqi mövzuda məruzə və mühazirələr
müəyyən əxlaqi ideyanı daha geniş şərh
etməklə insanda dolğun əxlaqi təsəvvürlər, inam və əqidə yaratmaq məqsədi güdür.
Disputlar
tərbiyə məsələləri üzrə mübahisələrdir. Disput yanlış təsəvvürləri üzə
çıxarmağa və düzəltməyə imkan verir.
Bədii əsərlərin (filmlərin) müzakirəsi
əxlaqi təsəvvür və ideyaların formalaş-
masında daha böyük imkanlara malikdir. Bədii ədəbiyyat qüdrətli tərbiyə vasitəsidir:
burada əxlaqi
ideya mücərrəd şəkildə yox, konkret bədii obrazların nümunəsində
açılır. Bu obrazlar əxlaqi ideyaları əyaniləşdirir.
Nümunə metodu
şüuru formalaşdıran metodlar içərisində mühüm yer tutur.
Tərbiyəçinin sözü canlı nümunə ilə birləşdikdə daha inandırıcı olur və daha böyük
təsir gücünə malik olur.
Şəxsi nümunə ilə yanaşı tərbiyə işində müxtəlif
növ müsbət nümunələrdən
(tarixi şəxsiyyətlərin, görkəmli
elm və mədəniyyət xadimlərinin, bədii əsər
qəhrəmanlarının, yaşlıların, yoldaşların nümunələrindən) də istifadə edilməlidir.
Dostları ilə paylaş: