Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə83/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   79   80   81   82   83   84   85   86   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

 
Əmək tərbiyəsi. 
Əmək tərbiyənin qüvvətli amilidir; o, insan şəxsiyyətinə güclü
təsir göstərir. Şəxsiyyət tərbiyəsini əmək tərbiyəsi olmadan təsəvvür etmək mümkün
deyildir. K.D.Uşinskinin sözləri ilə desək, tərbiyə insanı xoşbəxt etmək istəyirsə, onu
əməyə hazırlamalıdır. Əmək hər bir gəncin mənəvi tələbatına çevrilməlidir.
Əmək tərbiyəsi qarşısında bir sıra 
vəzifələr
durur:
- əmək bacarıq və vərdişləri, əmək mədəniyyəti və əməyə tələbat formalaş-
dırmaq;
- gənclərin mənəvi tərbiyəsinə, peşə-ixtisas hazırlığına kömək göstərmək.
Əmək tərbiyəsi 
məzmunca
çoxcəhətli və rəngarəngdir.
106


Tələbənin əsas əməyi 
təlim əməyidir.
Buna görə də ali məktəbin başlıca vəzifəsi
– I kursdan başlayaraq tələbələrə təlim əməyi vərdişləri, zehni əmək mədəniyyəti,
əməyin elmi təşkili bacarıqları aşılamaqdan ibarətdir. Tələbələri öz təlim fəaliyyətlə-
rini düzgün planlaşdırmağa, hər fənn üzrə səmərəli iş priyomlarının tətbiqinə, özünü-
nəzarət və özünüqiymətləndirməyə geniş cəlb etmək lazımdır. Bu priyomlara yaxşı
yiyələnməklə tələbələrdə özünütəhsil bacarıqları formalaşdırmaq asan olur.
Tələbənin əməyi təkcə təhsil əməyi ilə məhdudlaşmır. Buraya habelə özünəxid-
mət əməyi, ictimai-faydalı əmək, məhsuldar əmək kimi sahələr daxildir. Ali məktəbdə
özünəxidmət əməyi
auditoriyaların təmiz saxlanması, kitabxana kitablarının təmiri,
növbətçilik, iməciliklər formalarında həyata keçirilir. 
İctimai-faydalı əmək
növü ictimai faydası olan könüllü əməkdir.
Məhsuldar əmək
bilavasitə müəyyən məhsul istehsalı ilə bağlıdır. İstehsalat
təcrübəsi keçən tələbələr müxtəlif peşə-ixtisas sahələrində belə əməklə məşğul olmaq
imkanı qazanırlar. 
3. Tələbələrin estetik, fiziki, ekoloji, hüquq və iqtisadi tərbiyəsi
Tələbələrin şəxsiyyət – Vətəndaş kimi formalaşmasında elmi dünyagörüşü,
ideya-mənəvi və əmək tərbiyəsi ilə yanaşı tərbiyənin digər sahələrinin də böyük rolu
vardır. Yüksək hazırlıqlı mütəxəssisi, dolğun şəxsiyyəti estetik, fiziki, ekoloji, hüquq
və iqtisadi tərbiyə olmadan formalaşdırmaq çətindir. Buna görə də ali təhsil müəs-
sisələrində bu sahələr də diqqət mərkəzində durmalıdır. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin