2. Təhsil Qanunu. Təhsil sisteminin prinsipləri və quruluşu
Azərbaycan Respublikasında təhsil sistemi Təhsil Qanunu ilə idarə və tənzim
olunur. Təhsil Qanunu vətəndaşların təhsil hüququnun təmin edilməsi sahəsində döv-
lət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsi şərtlərini müəy-
yən edir. Təhsil Qanunu 19 iyun 2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisi
tərəfindən qəbul olunmuş, 5 sentyabr 2009-cu ildə qüvvəyə minmişdir. Təhsil Qanu-
nu 6 fəsildən ibarətdir. “Ümumi müddəalar” adlanan I fəsildə əsas anlayışlar, təhsil
hüququna dövlət təminatı, təhsil sahəsində dövlət standartları, tədris dili kimi məsə-
lələr öz əksini tapmışdır. II fəsildə Azərbaycan Respublikasının təhsil sistemi şərh
olunur. Burada təhsil sisteminin quruluşu, təhsildə keyfiyyət səviyyəsi, təhsilin məz-
munu və təşkilinə dair ümumi tələblər, təhsilin formaları, təhsil müəssisələri, təhsilin
pillələri və s. məsələlərdən bəhs edilir. III fəsil təhsilin idarə olunmasına, təhsil sub-
yektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsinə, IV fəsil təhsil iqtisadiyyatı və
təhsil müəssisələrində sahibkarlıq fəaliyyətinə, V fəsil təhsil sahəsində beynəlxalq
əlaqələrə, IV fəsil keçid və yekun müddəalarına həsr olunmuşdur.
Təhsil Qanununda təhsil sisteminin əsas prinsipləri öz əksini tapmışdır. Res-
publikamızın təhsil sistemi bu prinsiplərə əsaslanır. Həmin prinsipləri qısaca nəzər-
dən keçirək.
1. Humanistlik prinsipi – insan hüquqları və azadlıqlarının, sağlamlıq və təhlü-
kəsizliyinin, milli və bəşəri dəyərlərin prioritet (üstün) sahə kimi qəbul edilməsini,
insanlara münasibətdə tolerantlıq və dözümlülük göstərilməsini nəzərdə tutur. Bu
prinsipə görə, təhsil-tərbiyə işinin mərkəzində insan, onun maraq və qabiliyyətləri,
13
inkişafı durmalı, hər şey ona xidmət etməlidir. Necə deyərlər, tələbə (şagird) müəllim
üçün yox, müəllim tələbə (şagird) üçündür. Təhsilalanların zehni, mənəvi və s. cə-
hətdən inkişafına qayğı göstərmək bütövlükdə təhsil sisteminin, hər bir müəllimin
başlıca vəzifəsidir.
2. Demokratiklik prinsipi – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edil-
məsini; təhsilin dövlət və ictimai əsaslarda idarə edilməsini; bu prosesdə təhsilalan-
ların səlahiyyət və azadlıqlarının genişləndirilməsini; təhsil müəssisələrinin muxtariy-
yatının artırılmasını nəzərdə tutur. Demokratiklik habelə təhsilalanların özünüidarə-
sinin genişləndirilməsində, vəzifələrin seçki yolu ilə tutulmasında, qərarların tək-
başına yox, kollegial şəkildə qəbul edilməsində, müəllim-tələbə (şagird) münasibət-
lərinin demokratik üslubda qurulmasında ifadə olunur.
3. Bərabərlik prinsipi – bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil alma-
sı üçün imkanlar yaradılmasını və təhsil hüquqlarının təmin edilməsini nəzərdə tutur.
4. Millilik və dünyəvilik prinsipi – milli və bəşəri dəyərlərə əsaslanan dünyəvi
təhsil sisteminin yaradılmasında və inkişaf etdirilməsində ifadə olunur.
5. Keyfiyyətlilik prinsipi – təhsilin mövcud standartlara, normalara, habelə cə-
miyyətin tələblərinə, dövlətin və şəxsiyyətin maraqlarına uyğun qurulmasını nəzərdə
tutur.
6. Səmərəlilik prinsipi – təhsildə və elmi yaradıcılıqda müasir metodlar tətbiq
etməklə səmərəli nəticələr əldə etməyi nəzərdə tutur.
7. Fasiləsizlik, vəhdətlik, daimilik prinsipi – təhsilin fasiləsiz olmasında, təhsil
pillələri arasında əlaqə, vəhdət gözlənilməsində və təhsilin bütün həyat boyu davam
etməsində ifadə olunur.
8. Varislik prinsipi – təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin növbəti
nəslə, təhsilin bir pilləsindən digərinə ötürülməsini nəzərdə tutur.
9. Liberallaşma prinsipi – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığını ge-
nişləndirməkdə özünü göstərir. Başqa sözlə, təhsil müəssisələri, təhsil prosesi icti-
maiyyət üçün açıq olmalı, ictimaiyyət, ayrı-ayrı vətəndaşlar təhsil prosesində, onun
problemlərinin həllində yaxından iştirak etmək imkanı qazanmalıdırlar.
14
10. İnteqrasiya prinsipi – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli
qovuşmasında, uyğunlaşmasında və qoşulmasında ifadə olunur.
Respublikamızın təhsil sistemi göstərilən prinsiplərə uyğun qurulur və fəaliyyət
göstərir.
Dostları ilə paylaş: |