nahkar” şəxs öz payını götürür).
-
Nəzarət, özünənəzarət və özünəqiymət priyomları: gəncə müəyyən işi yox-
lamağı, hər hansı məsələyə nəzarət etməyi etibar etmək, qəbahəti qrupda müzakirə
edib qiymətləndirmək və s.
Tərbiyə işində bütün metod və priyomlardan qarşılıqlı vəhdətdə, bir sistem
halında istifadə etmək lazımdır. Tərbiyə vasitələri sistemindən ayrılıqda götürülən
heç bir metod və priyom lazımi səmərə verə bilməz; o, bir halda yaxşı, başqa halda
pis nəticə verəcəkdir. Tərbiyəçi konkret şəraitdən, gəncin yaş və fərdi xüsusiyyət-
lərindən çıxış edərək, hər bir şərait, konkret fərd üçün ən münasib (optimal) metodlar
seçib, onları yaradıcı tətbiq etməlidir.
Dostları ilə paylaş: