Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


 Tərbiyə texnologiyası: fərdi təsir mexanizmi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə131/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   127   128   129   130   131   132   133   134   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

4. Tərbiyə texnologiyası: fərdi təsir mexanizmi
Tərbiyə
 – sosial təcrübənin mənimsədilməsi məqsədi ilə gənc nəslə mütəşəkkil

  planlı  təsir  göstərmək  prosesidir.  Pedaqoji  təsirlər  tərbiyənin  ümumi  məq-
sədlərinə
  yönəlsə  də,  bir  qayda  olaraq,  insanın  fərdi  psixi  xüsusiyyətləri  ilə  şərt-
lənir
.
Tərbiyə
 işinin səmərəsi üçün hər bir tələbənin fərdi xüsusiyyətlərini nəzərə al-
maqla
  ona  fəal  təsir  göstərmək,  onda  müəyyən  maraqlar  və  tələbatlar  formalaş-
dırmaq
 lazım gəlir. Bunun üçün, ilk növbədə, tərbiyə olunanları yaxşı öyrənmək,
tanımaq
  mühüm şərtdir.  Öyrənərək  –  tərbiyə  etmək,  tərbiyə  edərək  –  öyrənmək
lazımdır

Tələbənin
 bu və ya digər keyfiyyətini, əməllərinin təzahürlərini bilmək azdır;
bu
  təzahürlərin,  hərəkət  və  davranışın  səbəblərini  də  müəyyənləşdirmək  mühüm
şərtdir
.
Tərbiyə
  prosesində  tələbənin davranış  və  fəaliyyətinin  əsl  səbəblərini, motiv-
lərini
   dəqiq aşkara  çıxarmaqla  onlara  müvafiq  tərbiyə  təsirləri  müəyyənləşdirib
tətbiq
 etmək asan olur. Çox vaxt müəllim-tərbiyəçi tələbənin bu və ya digər hərə-
kətinin
  hansı  motivlə  baş  verdiyini  düzgün müəyyənləşdirə  bilmir.  O,  tələbənin
hərəkətlərini
 həqiqətdə olduğundan fərqli motivlərlə əlaqələndirir və buna müvafiq
olaraq  yanlış  təsir  vasitələri  tətbiq  edir.  Tələbə  bununla  razılaşmır,  onda  daxili
etiraz
  baş  qaldırır.  Onlar  arasında  məna  səddi,  psixoloji  maneə  yaranır.   Belə
99


olduqda   müəllimin
  tətbiq  etdiyi  bütün  tərbiyə  vasitələri  tələbəyə  təsirsiz  qalır,
ondan
 yan keçir.
Müəllimlə
 tələbə arasında yaranan psixoloji maneənin bir səbəbi eyni tələbəyə
eyni
 təsir vasitələrinin dəfələrlə tətbiq edilməsidir (xüsusən onların tətbiqi müsbət
nəticə
 vermədiyi hallarda). 
Müəllimlə
  tələbə  arasında  psixoloji  maneənin  digər bir  səbəbi  də  müəllimin
ədalətsizliyi,
 haqsız cəzası, çoxlu çətin tələblər verməsidir.
Müəllimlə
 tələbə arasındakı psixoloji maneəni aradan qaldırmağın əsas yolu
onun
  yaranması  səbəblərini  aydınlaşdırmaqdan  və  bu  əsasda  tələbə  ilə  münasi-
bətləri
  dəyişdirməkdən,  qarşılıqlı  anlaşma  mühiti  yaratmaqdan  ibarətdir.  Bu
zaman
  əsas  məsələ  tələbənin  yanlış  qəbul  etdiyi  tərbiyəvi  təsir  priyomlarını
aradan
  qaldırmaq   və  onun  fərdi  xüsusiyyətlərinə  uyğun  gələn  yeni  vasitə   və
priyomları
 fərdi təsir mexanizmini tətbiq etməkdir.
Fərdi təsir mexanizmi bir neçə mərhələni özündə birləşdirir: tələbəni (onun fərdi
xüsusiyyətlərini) öyrənmək 

 onun davranış və əməllərinin motivlərini, səbəblərini
müəyyənləşdirmək 

 tələbə qarşısında konkret tərbiyə məqsədi qoymaq 

 məqsədə
çatmağın   vasitə   və   yollarını   müəyyənləşdirmək  

  müsbət   emosional   vəziyyət
yaratmaq 

 məqsədin həyata keçirilməsində tələbəyə kömək və nəzarət etmək 

 ilk
uğurları   qiymətləndirmək,   həvəsləndirmək  

  tələbəni   özünənəzarət   və
özünütərbiyəyə cəlb etmək. 
Tələbənin
 məqsədə doğru hərəkətində uğursuzluq halları baş verdikdə onun sə-
bəblərini
  araşdımaq,  bu  səbəblərə  müvafiq  olaraq  yeni  pedaqoji  vasitə  və  yollar
tapıb
  tətbiq  etmək  lazım  gəlir.  Müəllimin  tələbəyə  fərdi  təsiri  kollektivin  təsiri  ilə
uzlaşdıqda
 lazımi səmərə əldə etmək mümkündür

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin