Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Müəllimin şəxsi keyfiyyətləri və pedaqoji ustalığı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə41/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

4. Müəllimin şəxsi keyfiyyətləri və pedaqoji ustalığı
Müəllimin pedaqoji fəaliyyəti onun şəxsi keyfiyyətlərindən ayrılmazdır. Başqa
peşə sahələrindən fərqli olaraq müəllimin şəxsiyyəti onun işinə – pedaqoji prosesə
bilavasitə təsir göstərir. Müəllim, ilk növbədə öz şəxsiyyəti ilə tərbiyə edir. Buna görə
də o, əsl mənada şəxsiyyət olmalı, kamil şəxsiyyət səviyyəsinə yüksəlməlidir. 
Müəllimin şəxsi keyfiyyətləri çoxdur. Onları bir neçə qrupda birləşdirmək olar:
1.
Müəllimin   ideya-vətəndaşlıq   keyfiyyətləri.   Buraya   müəllimin   ideya   inamı,
məslək və əqidəsi, vətəndaşlıq yetkinliyi, siyasi şüurluluğu, elmi dünyagörüşü, sosial
fəallığı, yüksək ziyalılığı kimi keyfiyyətlər daxildir. Müəllim yüksək əqidə, məslək
sahibi,   müəllim-Vətəndaş   olmalıdır.   O,   xalqın,   vətənin   problemləri   ilə   yaşamalı,
gəncliyi də bu ruhda yetişdirməlidir. 
2.
Müəllimin   peşə   keyfiyyətləri.   Buraya   müəllimin   dərin   zehni   biliklərə   malik
olması, yüksək ixtisas və peşə hazırlığı, pedaqoji-psixoloji və metodik ustalığı, təlim-tər-
biyə işini yüksək səviyyədə həyata keçirmək bacarığı, nikbinlik, tələbkarlıq, məsuliyyət
hissi, pedaqoji mərifət, tələbə psixologiyasına bələdlik, onlarla düzgün qarşılıqlı mü-
nasibətlər qurmaq bacarığı, tələbələrdə tədris etdiyi elmə və seçilən ixtisasa maraq ya-
42


ratmaq bacarığı və s. daxildir. Müəllimin ən başlıca keyfiyyəti öz elmini dərindən bil-
məsi və sevməsidir
Təcrübə göstərir ki, sevilən fənn bir neçə dəfə tez və möhkəm mənimsənilir. Tə-
ləbələrin əksəriyyətinin ümumi rəyinə görə, öz elmini dərindən bilən, sevən və böyük
həvəslə tələbələrə öyrədən müəllimlərə – nüfuzlu alimlərə məşğələlərdə “bilmirəm” de-
məyə adam utanır. 
Pedaqoji peşəkarlıq müəllimdən bir sıra peşə keyfiyyətləri tələb edir:
Ünsiyyətçilik – tələbənin daxili aləminə nüfuz etməyə imkan verir;
Özünü ələ almaq bacarığı – müəllimə öz hisslərini idarə etməyə, özünə nəzarət
etməyə imkan verir;
Təkidlilik – qarşıya qoyulmuş məqsədə çatmağa, prinsipial olmağa kömək edir;
Qarşılıqlı anlaşma – müəllim və tələbə bir-birini başa düşməyəndə ünsiyyətdə
soyuqluq, bəzən də münaqişə yaranır;
Qayğıkeşlik – gənclərin qəlbinə qayğı ilə yanaşdıqca onlar tərbiyəçi üçün açıq
olur; yalnız özünü sevər eqoist müəllim yaxşı tərbiyəçi ola bilməz; 
Nikbinlik və yumor hissi – kollektivdə nikbin, şən ovqat yaratmağa imkan verir.
Bu keyfiyyətlərlə yanaşı peşəkar müəllim yeni pedaqoji təfəkkürə yiyələnməli,
idrak və praktik məsələlərin həllinə yaradıcı şəkildə yanaşmağı bacarmalıdır, tələbə-
lərdə müstəqil, tənqidi, yaradıcı, dialektik təfəkkürün inkişafı qeydinə qalmalıdır.
3.  Müəllimin şəxsi-mənəvi keyfiyyətləri. Buraya ədalətlilik, xeyirxahlıq, huma-
nizm, düzlük, doğruçuluq, sadəlik, təvazökarlıq, vicdanlılıq, məsuliyyətlilik, mədəni-
lik, pedaqoji etika və b. keyfiyyətlər daxildir. Müəllimin şəxsi keyfiyyətləri onun tə-
lim-tərbiyə işinə təsirsiz qalmır. Yaxşı müəllim, hər şeydən əvvəl, yaxşı tərbiyəçidir,
nəcib, alicənab, mədəni insandır.
Müəllimlik humanist peşədir. Tərbiyənin məqsədi – insanlıq, vasitəsi isə - insa-
na  qayğı,   hörmət   və   sevgidir.   Humanizm   xeyirxahlıqla,   ədalətliliklə,  tələbkarlıqla
vəhdət təşkil edir. Ədalət – pedaqoji mədəniyyətin əsasıdır: “Ədalət insan qəlbini nə-
cibləşdirir,   ədalətsizlik   isə   kobudlaşdırır,   qəddarlıq   doğurur”   (V.A.Suxomlinski).
Buna görə də ədalət ruhu hər sahədə, xüsusın pedaqoji işdə hakim olmalıdır.
43


Müəllim əxlaqi saflıq nümunəsi olmalıdır, çünki bunsuz tərbiyəçi kimi fəaliyyət
göstərməyə onun mənəvi haqqı çatmaz. Əxlaqi cəhətdən səbatsız insana gənc nəslin
tərbiyəsi kimi çox məsuliyyətli işi tapşırmaq olmaz, çünki müəllim özündə olmayan
keyfiyyətləri başqalarına verə bilməz. Buna görə də  müəllim tərbiyə işinə özündən
başlamalı, müntəzəm olaraq özünütərbiyə ilə məşğul olmalıdır. Müəllim yüksək mə-
dəniyyəti və mənəviyyatı ilə gəncləri nəcib şəxsiyyətlər kimi yetişdirə bilər. O, özün-
də zahiri  və daxili  mədəniyyəti,  müsbət   əxlaqi keyfiyyətləri (düzlük,  doğruçuluq,
sadəlik, xeyirxahlıq və b.) cəmləşdirməli, kamil şəxsiyyət olmalıdır.
4.  Müəllimin iradi-emosional keyfiyyətləri.  Pedaqoji fəaliyyətin və ünsiyyətin
səmərəsi müəllimin iradi-emosional keyfiyyətlərindən də çox asılıdır. Müəllim ira-
dəli,   səbrli,   təmkinli   olmalı,  öz   hissi-emosional   halını   idarə   etməyi   bacarmalıdır.
Müxtəlif   xarakterli,   müxtəlif   səviyyəli   tələbələrlə   işləmək   nə   qədər   çətin   olsa   da
müəllim öz hisslərinə, danışığına, hərəkətlərinə nəzarət etməli, hər şeydən ötrü əsəbi-
ləşib özündən çıxmamalıdır. Əsəbilik, hay-küy, qışqırıq, hədə-qorxu, cəza müəllimin
pedaqoji   səriştəsizliyinin   göstəricisidir:   qışqırıq,   hay-küy   olan   yerdə   kobudluq,
anlaşılmazlıq, emosional gönüqalınlıq olur. Kobudluq kobudluq doğurur.
Müəllim üçün vacib keyfiyyətlərdən biri də tələbələr yanında nüfuza malik olma-
sıdır. Dərin bilik, mədənilik və mənəviyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək
olur. Nüfuzu qazanmaq çətin, itirmək isə asandır: yersiz hərəkət, ədalətsiz münasibət,
ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə də hər bir müəllim sözlərinə və
hərəkətlərinə məsuliyyətlə yanaşmalı, öz nüfuzunun keşiyində durmalıdır. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin