4. Təlimin qanunları və prinsipləri Təlimin özünəməxsus qanunları vardır. Onların dərk edilməsi və düzgün nəzərə
alınması təlim prosesinin səmərə və keyfiyyətini artırmağa, onu elmi əsasda idarə
etməyə imkan verir. Əksinə, bu qanunlara laqeyd yanaşdıqda təlim kortəbii xarakter
daşıyır, lazımi nəticə vermir.
Təlim prosesini düzgün idarə etmək üçün, ilk növbədə, “qanunauyğunluq”, “qa-
nun”, “prinsip” və “qayda” məfhumlarının mahiyyətini yaxşı başa düşmək lazımdır. Tə-
limin qanunauyğunluqları dedikdə, bu prosesə obyektiv şəkildə xas olan ümumi, mü-
hüm, sabit və təkrarlanan əlaqələr, səbəb-nəticə asılılıqları başa düşülür. Təlimin qa- nunları bu prosesdə özünü göstərən qanunauyğun əlaqələrin mahiyyətinin aydın,
dəqiq, məntiqi ifadəsidir.
Təlimin qanunları təlim prinsiplərində öz əksini tapır. Təlim prinsipləri təlimin
qanunlarını əks etdirən, təlim prosesinin səmərəli qurulmasına imkan verən ilkin ide-
yalar, fəaliyyət normaları, əsas tələblərdir. Təlim prinsipləri təlim prosesinin müxtəlif
ünsürləri arasında çoxcəhətli əlaqələri tənzim etməyə xidmət göstərir. Təlimin ün-
sürləri və qanunları ilə prinsipləri arasındakı əlaqələri nəzərdən keçirək (bax: sxemə).
Təlim prinsiplərinin göstərilən təsnifatı şərtidir, çünki real təcrübədə təlim vahid,
bütöv bir proses kimi cərəyan edir. Prinsiplərin mahiyyətini ayrılıqda nəzərdən keçirək.