Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə47/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Təlim prosesinin quruluşu. Təlim prosesi mürəkkəb quruluşa malikdir. Onun
iki tərəfi – daxili və zahiri tərəfləri fərqləndirilir. Təlim prosesinin daxili quruluşu de-
dikdə, tələbənin təlim – idrak fəaliyyətinin struktur ünsürləri başa düşülür. Təlim pro-
sesinin daxili quruluşunu sxematik daraq belə ifadə etmək olar:
Təlimin məqsəd        Təlim             Təlimin             Təlimin vasitə       Təlimin təşkili         Təlimin
və vəzifələri             motivləri         məzmunu         və metodları           formaları                nəticələri
Təlim prosesinin daxili quruluşu onun zahiri quruluşu ilə vəhdət təşkil edir. Tə-
lim prosesinin zahiri quruluşu dedikdə, bu prosesin iştirakçıları olan müəllim və tələ-
bələr, habelə təhsilin məzmunu başa düşülür. Təlim prosesinin uğuru təhsilin optimal
məzmununun müəyyənləşdirilməsindən, müəllim və tələbənin fəaliyyətinin düzgün
50


əlaqələndirilməsindən çox asılıdır.
Müasir təlim nəzəriyyəsi öyrədən və öyrənənlərin qarşılıqlı fəallığına, əməkdaş-
lığına əsaslanır.  Əməkdaşlıq  dedikdə,  müəllim  və tələbənin  eyni  məqsədə  çatmaq
üçün birgə fəaliyyət göstərməsi, hər ikisinin təlimdə fəal mövqe tutması, son nəticə
üçün məsuliyyət hiss etməsi başa düşülür. Bəzən təlimin nəticəsi üçün bütün məsu-
liyyət bir tərəfin üzərinə – ya müəllimin, ya da tələbənin üzərinə qoyulur: “Pis tələbə
(şagird) yoxdur, pis müəllim var”, yaxud “Pis müəllim yoxdur, pis tələbə var”. Hər
iki mövqe yanlışdır. Təlimin nəticəsi üçün hər iki tərəfin – müəllimin və tələbənin öz
məsuliyyət   payı   vardır:   hər   kəs   öz   üzərinə   düşən   vəzifəni   yüksək   səviyyədə,
məsuliyyətlə yerinə yetirməlidir.
Müasir təlimdə  müəllimin rolu dəyişir: o, biliklərin ötürücüsü yox, daha çox
tələbənin fəal idrak fəaliyyətinin təşkilatçısı, pedaqoq-menecer, məsləhətçi kimi çıxış
edir.
Ali   məktəbin   tədris   prosesində  müəllimin   öyrətmə   fəaliyyətinin   quruluşu  bir
neçə ünsürdən ibarətdir:
-   tələbənin   təhsil-idrak   fəaliyyətinin   təşkili   (məqsəd   qoyuluşu,   motivasiya,
problem situasiya yaradılması, təlimatlandırma, istiqamətləndirmə);
- tələbə fəaliyyətinin stimullaşdırılması (maraq, borc və məsuliyyət hissi);
- tələbənin yaradıcı müstəqil işə cəlb edilməsi;
- nəzarət və tələbənin özünənəzarətinin təşkili;
- tələbənin təhsil-idrak fəaliyyətinin nəticələrinin təhlili və qiymətləndirilməsi.
Tələbənin tədris-idrak fəaliyyətinin quruluşu isə aşağıdakı ünsürlərdən ibarətdir:
- məqsədin dərk edilməsi;
- motivləşmə;
- təhsil əməliyyatlarının icrası (müstəqil işin, öyrənmənin səmərəli priyomlarının
tətbiqi);
- özünənəzarət və özünüqiymətləndirmə.
Təhsilin müvəffəqiyyəti tələbənin qeyd edilən ünsürlərə nə dərəcədə yiyələnmə-
sindən  asılıdır.   Çox   vaxt   tələbə   tənbəlliyi   üzündən   yox,   öyrənməyi   və   müstəqil
işləməyi bacarmaması üzündən pis oxuyur. Buna görə də müəllim tələbələrdə təlim
fəaliyyətinin, onun ünsürlərinin formalaşması qeydinə qalmalıdır. Belə olduqda təlimi
özünütəhsillə,   nəzarəti   özünənəzarətlə,   qiymətləndirməni   özünüqiymətləndirmə  ilə
birləşdirmək, təhsildə yüksək nəticələr əldə etmək mümkündür.
51


52



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin