Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə55/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Əyanilik prinsipi. Bu prinsip təlimi mücərrəd sözlər üzərində deyil, habelə kon-
kret  şeylərə  və  hadisələrə  əsaslanaraq   qurmağı   nəzərdə tutur.  Əyanilik idrak pro-
sesinin öz təbiətindən irəli gəlir: idrak prosesi canlı müşahidədən – fakt və hadisələrin
qavranılmasından   başlanır.   Əyanilik   konkretlə   mücərrədin   vəhdətini   təmin   edir,
mücərrəd təfəkkürün, obrazlı nitqin inkişafı üçün zəmin  yaradır, konkret faktların
ümumiləşdirilməsinə imkan verir, biliyin tez və möhkəm mənimsənilməsinə kömək
edir.
Əyanilik prinsipinin tətbiqində müəyyən qaydaları gözləmək lazımdır:
- təlimdə tələbələrin hissi təcrübəsinə istinad etmək;
- tələbələrin təsəvvürlərinin genişləndirilməsi  və dərinləşdirilməsi  üçün şərait
yaratmaq (müşahidələr, faktların təhlili və müqayisəsi və s.);
- əyaniliyin universallaşdırılmasına yol verməmək, təlimdə onu müəyyən ölçüdə
(təsəvvür zəif olduqda) tətbiq etmək;
- əyaniliyin  müxtəlif növlərindən əlaqəli şəkildə istifadə etmək.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin