Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Şüurluluq, fəallıq və müstəqillik prinsipi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə56/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Şüurluluq, fəallıq və müstəqillik prinsipi. Bu prinsip tələbələrin təlimdə fəal-
lığını, mənimsəmənin şüurluluğunu təmin etməyi nəzərdə tutur.
Şüurlu   mənimsəmənin  bir   neçə  əlaməti  vardır:   elmi   biliyin   başa   düşülməsi,
düzgün ifadə olunması, tətbiqi, yeni fakt və misalların tapılması, bilik və bacarıqların
yoxlanması və səhvlərin düzəldilməsi.
Şüurluluq fəallıqla və müstəqilliklə vəhdət təşkil edir.
Şüurluluq, fəallıq və müstəqillik təlimin mühüm amili olub, bilik və bacarıqların
mənimsənilməsinin sürətinə, dərinliyinə, möhkəmliyinə həlledici təsir göstərir. Tə-
ləbə şüurlu mənimsədiyi biliklərdən sərbəst və yaradıcı şəkildə istifadə edir, onları
müxtəlif şəraitdə, peşə fəaliyyətində asanlıqla tətbiq etmək imkanı qazanır.
Bu prinsipin tətbiqi müəyyən qaydalarla bağlıdır:
- tələbələrin fəallığı və şüurluluğu üçün əlverişli şərait yaratmaq,  bu keyfiy-
yətləri stimullaşdırmaq;
- tələbələrin zehni və əməli fəallığını əlaqələndirmək;
- təlimdə müxtəlif növ müstəqil işlərə, o cümlədən yaradıcı işlərə, problemlərin
51


həllinə geniş yer vermək;
- tələbələri fəal təlimə cəlb etmək üçün həm zahiri vasitələrdən (səmimi ünsiy-
yət, həvəsləndirmə, tələb, əyanilik, interaktiv metodlar və s.), həm də daxili stimul-
lardan (biliklərə tələbat, təlimə maraq, idrak motivləri və s.) vəhdətdə istifadə etmək.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin