Təlim metodları təlim prosesində çox böyük
rol oynayır. O, təlimin qanunlarının,
prinsiplərinin, məqsəd və məzmununun reallaşmasına xidmət edir:
qanun → prinsip → qayda
metod → forma → nəticə
məqsəd → məzmun → vasitə
Sxemdən göründüyü kimi, təlim prosesinin komponentləri içərisində metod
mərkəzi yer tutur; o, digər komponentləri reallışdırıb yüksək nəticənin alınmasında
həlledici əhəmiyyətə malikdir.
Təlim metodları bir çox funksiyanı yerinə yetirir: təhsil, tərbiyə, inkişafetdirici,
stimullaşdırıcı, nəzarət-qiymətləndirmə və b. funksiyalar.
Hər bir metod təlimdə özünəməxsus aparıcı, dominant funksiyanı yerinə yetirməklə
yanaşı, digər funksiyaların da həyata keçirilməsində müəyyən dərəcədə iştirak edir.
Təlim metodları yerinə yetirdikləri dominant funksiyalara görə müxtəlif qruplara
bölünür.
Dostları ilə paylaş: