Təlim metodlarının təsnifatı. Təlim metodları çoxdur (100-dək). Onların təs-
nifatında alimlər arasında vahidlik yoxdur. Pedaqoji ədəbiyyatda təlim metodlarının
müxtəlif təsnifatı irəli sürülmüşdür. Onların bir qismini nəzərdən keçirək:
- bilik mənbələrinə görə: söz, əyani və praktik metodlar;
- didaktik vəzifəyə görə: yeni biliyin verilməsi, bilik və bacarıqların möhkəm-
ləndirilməsi, yoxlanması metodları;
- tələbələrin dərketmə fəaliyyətinə görə: izahlı-illüstrativ, reproduktiv, problemli
şərh, qismən axtarış və ya evristik, tədqiqatçılıq metodları;
- təlimin mərhələlərinə görə: yeni tədris materialının, əsasən, qavranmasına
xidmət edən metodlar; bilik, bacarıq və vərdişlərin, əsasən, formalaşmasına xidmət
edən metodlar; bilik, bacarıq və vərdişlərin, əsasən, tətbiqinə xidmət edən metodlar;
təlimdə müvəffəqiyyətə nəzarət metodları.
Təlimdə məqsədin bütün komponentləri şərtləndirməsi barədə qanundan görün-
düyü kimi, metod ilk növbədə məqsədə xidmət edir və onunla müəyyənləşir: “məqsəd,
qanun kimi, fəaliyyətin metod və vasitələrini müəyyən edir” (K.Marks).
Əsas didaktik məqsədlərə müvafiq olaraq təlim metodlarını aşağıdakı kimi təsnif
etmək olar.