Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə91/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   87   88   89   90   91   92   93   94   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

VII mühazirə
Ali məktəbdə təlimin təşkili formaları. 
Təlimdə nəzarət və qiymətləndirmə
Plan:
1. Təlimin təşkili formaları anlayışı və onların təsnifatı.
2. Mühazirə və ona verilən tələblər.
3. Praktik məşgələlər.
4. Tələbələrin müstəqil işi və elmi yaradıcılığı.
5. Tədris və istehsalat təcrübəsi.
6. Kurs və buraxılış işləri. Məsləhətlər. 
7. Təlimdə nəzarət və qiymətləndirmə
1. Təlimin təşkili formaları anlayışı və onların təsnifatı
Təlimin səmərəsi onun hansı formada təşkilindən çox asılıdır. Təlimin məqsədi,
məzmunu və metodları onun təşkili forması ilə həyata keçirilir. 
Təlimin təşkili forması  dedikdə, təlim prosesinin zahiri tərəfi, təlim subyekt-
lərinin (müəllim  və tələbələrin) müəyyən qaydada və rejimdə  cərəyan edən birgə
fəaliyyətlərinin zahiri ifadəsi başa düşülür. 
Təlim formalarının təsnifatı  müxtəlif amillərə əsasən aparılır. Tələbələrin tər-
kibinə və sayına görə fərdi, cüt, qrup və kollektiv formalar ayırd edilir.
Təlim işinin məqsəd və vəzifəsinə görə təlim formaları üç qrupa bölünür:
1) nəzəri məşğələ formaları (mühazirə, seminar məşğələsi, tələbə müstəqil iş-
ləri, tələbə fərdi işləri, məsləhətlər və s.); 2) praktik məşğələ formaları (laborator və
praktik   işlər,  kurs   və   buraxılış   işləri,   istehsalat   və   pedoqoji   təcrübələr   və   s.);   3)
nəzarət formaları (yoxlama işləri, kollokvium, zaçot (məqbul) və imtahanlar, kurs və
buraxılış işlərinin müdafiəsi və s.).
Bu formaların hər biri müəyyən vəzifəni yerinə yetirir. Ali məktəbdə tətbiq
olunan təlimin əsas təşkili formalarını nəzərdən keçirək.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin