Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


XIX əsrin 40-ci illər islahatları



Yüklə 315,92 Kb.
səhifə54/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   90
60 saatlıq mühazirələr 2021-2022

8. XIX əsrin 40-ci illər islahatları. İnzibati-məhkəmə islahatları: XIX əsrin 30-cu illərində baş vermiş üsyanlar yatırılsa da, onları doğuran sosial-iqtisadi və siyasi səbəblər qalmaqda idi. Azərbaycanda çarizmin iqtisadi siyasətinin həyata keçirilməsi, diyarın təbii ehtiyatlarının mənimsənilməsi cəhdləri, bəzi digər amillərlə yanaşı, komendant idarə üsulunun təsiri altında ləngidilirdi. Hətta çar məmurlarının etirafına görə, bu idarəçilik üsulu dövlət xəzinəsinə xeyli ziyan da vururdu. Həmçinin çarizmin Cənubi Qafqazda öz hökmranlığını möhkəmləndirməsinə nail olmaq cəhdi komendant idarə üsulunun ləğvini və onun yeni sistemlə əvəz olunmasını tələb edirdi. 1840-cı il 10 apreldə l Nikolay tərəfindən “Zaqafqaziya (Cənubi Qafqaz – red.) diyarının idarə olunması üçün təsisat” adı altında inzibati məhkəmə islahatı layihəsi təsdiq olundu. Bu islahat 1841-ci il 1 yanvardan qüvvəyə mindi. Cənubi Qafqazın inzibati quruluşu dəyişdirilərək Ümumrusiya inzibati ərazi bölgüsünə uyğunlaşdırıldı. Komendant idarə üsulu ləğv edildi. Cənubi Qafqaz inzibati cəhətdən iki yerə - 1) mərkəzi Tiflis şəhəri Gürcü-İmereti quberniyası və 2) mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinə bölündü. Quberniya və vilayət qəzalara ayrıldı. Qəzaların tərkibində nahiyələr yaradıldı ki, onların da çoxu keçmiş mahalların ərazilərinə uyğun gəlirdi. Yeni qanuna görə, qondarma “Erməni vilayəti” ləğv edildi, yerində İrəvan və Naxçıvan qəzaları yaradıldı. 1840-cı il 10 aprel qanunu Cənubi Qafqazın məhkəmə sistemində mühüm dəyişikliklər etdi. Qəza məhkəməsi hakimlərdən və vergi verən təbəqələrdən seçilən iclasçılardan ibarət idi. Mülki işlərə hərbi məhkəmələrdə baxılması qaydası ləğv edildi. Ümumimperiya qanunlarına əsaslanan quberniya, vilayət qəza məhkəmələri yaradıldı. Bütün kargüzarlıq işləri yalnız rus dilində aparılırdı. Şəriət məhkəmələrinin əlində yenə də yalnız nikah və vərəsəlik işlərini həll etmək hüququ saxlanılmışdı. Buna baxmayaraq, Şimali Azərbaycanın yerli sakinləri bütün mülki-hüquqi mübahisələrə görə şəriət məhkəmələrinə üz tutmaqda davam edirdilər. Çar hökuməti dağlılarla müharibəni tezliklə başa çatdırmaq Qafqazda öz mövqeyini möhkəmləndirmək üçün 1844-cü ildə Cənubi Qafqaz diyarının Baş idarəsi əvəzinə, Qafqaz Canişinliyini təsis etdi. Canişin mütləqiyyətin “ali hüquqları”nın başlıca keşikçisi idi və ona müstəsna dərəcədə geniş səlahiyyətlər verilmişdi. Qraf Mixail Vorontsov Qafqaz canişini təyin olundu. Diyarın inzibati-ərazi qurumunda aparılan dəyişikliklər də Cənubi Qafqazda çar hakimiyyətinin güclənməsinə xidmət edirdi. Onun təşəbbüsü ilə 1846-cı il dekabrın 14-də çar yeni fərman verdi. Cənubi Qafqazın inzibati-ərazi quruluşunda bir daha ciddi dəyişikliklər edildi. Gürcü-İmereti quberniyası və Xəzər vilayəti ləğv edildi, əvəzində Tiflis, Kutais, Şamaxı Dərbənd quberniyaları yaradıldı. Bir qədər sonra – 1849-cu ildə isə İrəvan quberniyası formalaşdırıldı. 1859-cu ildə Şamaxı zəlzələsi ilə əlaqədar olaraq quberniya mərkəzi Bakıya köçdü və adı dəyişilərək Bakı quberniyası adlandı. 1860-cı ildə Dərbənd quberniyası ləgv olundu. Quba qəzası Bakı quberniyasının tərkibinə daxil olundu. Bakı quberniyasına daxil olan qəzalar: Bakı, Cavad (Salyan), Göyçay, Quba, Lənkəran, Şamaxı. 1868-ci ildə isə Yelizavetpol quberniyası yaradıldı. İqtisadi-sosial islahatlar: Çarizm yerli zadəganları özünə yaxınlaşdırmaq üçün 31 iyul 1830-cu il tarixli verdiyi fərmanla bəylərin və ağaların müsadirə olunmuş torpaqlarının müəyyən hissəsi geri qaytarılır, lakin onların dövlət idarəçiliyində iştirakına məhdudiyyətlər qoyulurdu. Lakin 1841-ci il 25 apreldə  Qazax, Şəmşəddil və Borçalı ağalarının, 28 mayda isə  Xəzər vilayəti bəylərinin torpaqlarının müsadirəsinə başlandı. Bu zorakılıq aktları Şimali Azərbaycanın hər yerində böyük narazılıqla qarşılandı. Hərbi nazir A.Çernışev hökumətin bu addımının səhv olduğunu etiraf etdi. Çarın 1843-cü ildə imzaladığı fərmanla ali müsəlman təbəqəsinin imtiyazlarının tanınmasına icazə verildi. Qafqaz canişini M.Voronsova bu təbəqənin mülkiyyət hüquqlarını tənzimləyəcək qanun layihəsini hazırlamaq tapşırıldı. Hazırlanmış qanun layihəsi 6 dekabr 1846-cı ildə çar tərəfindən reskript (buyruq) şəklində imzalandı. Reskriptə əsasən, bəylərin ixtiyarında olan torpaqlar (mülk, tiyul və s.) üzərində irsi mülkiyyət hüququ təsdiq edildi. Bəy, ağa və digər torpaq sahibləri öz mülklərini nəsildən-nəslə ötürmək, satmaq, bağışlamaq hüququ aldılar. Reskriptə görə, əvvəllər rəiyyət, rəncbər, nökər, əkər adlanan sahibkar kəndlilərinə ümumi bir ad - mülkədar tabelisi adı verildi. Bu rus hökuməti ölkəmizdə özünə sosial dayaq yaratmaq sahəsində ilk ciddi addımını atdı. Çar hökuməti Şimali Azərbaycanın sahibkar kəndlərində bəy-kəndli münasibətlərini tənzimləmək üçün 1847-ci il 20 aprel28 dekabr tarixli  “Kəndli Əsasnamələri”  qəbul etdi. Bu əsasnamələrdən birincisi Şamaxı və Dərbənd quberniyalarının bəy kəndlilərinə, ikincisi isə Yelizavetpol qəzasındakı Qazax və Şəmşəddil nahiyələri ağalarının torpaqlarında yaşayan kəndlilərə aid idi. Bu sənədə görə, 15 yaşına çatmış kişi cinsindən olan hər bir kəndliyə 5 desyatin (desyatin – 1,36 hektar)  yararlı torpaq verilməli idi. Bunun əvəzində kəndli taxıl məhsulunun 1/10-ni, çəltik, meyvə tərəvəz məhsulunun 1/3 malcəhət vergisi şəklində sahibkara ödəməli idi. Əgər kəndli torpağını bəyin iş heyvanı, toxumu və alətlərindən istifadə edərək becərirdisə, malcəhət məhsulun 1/5 təşkil edirdi. Otlaqlardan istifadə edən kəndlilər sahibkara çöpbaşı adlı vergi ödəməli idilər. Bundan əlavə, sahibkarın təsərrüfatında biyara çıxmaq üçün hər kəndli ailəsindən bir nəfər ayırmalı idi. Həmin kəndli ildə 18 gün heç bir ödənc almadan əkin-biçin işi aparmalı idi. Bütün kəndlilər hamılıqla ildə 2 gün bəy təsərrüfatında əvrəz (iməcilik) adlanan ümumi işi yerinə yetirməli idilər. Kəndlilərin yaşayış yerini dəyişib başqa kəndlərə köçmək hüququ saxlanıldı. Yeni qaydalara əsasən, bəylərə kəndlilər üzərində inzibati, polis və məhkəmə hüququ verildi. Beləliklə, “Kəndli Əsasnamələri” ali müsəlman təbəqəsi ilə kəndlilər arasında asılılıq münasibətlərini rəsmiləşdirərək qanuni şəklə saldı.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin