Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


VI Mühazirə: XV əsr Azərbaycan feodal dövlətləri



Yüklə 315,92 Kb.
səhifə31/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   90
60 saatlıq mühazirələr 2021-2022

VI Mühazirə: XV əsr Azərbaycan feodal dövlətləri

Plan:

  1. Şirvanşahlar XIV əsrin sonu-XV əsrin əvvəllərində. Şəki hakimliyi.

  2. Qaraqoyunlu dövləti.

  3. Ağqoyunlu dövləti.

  4. XIII-XV əsrlərdə mədəniyyət.

  1. Şirvanşahlar XIV əsrin sonu-XV əsrin əvvəllərində. Şəki hakimliyi: XIV əsrin 80-ci illərində Şirvanşahlar dövlətində Kəsranilər sülaləsindən olan Şirvanşah Huşəngin dövründə təkcə sadə xalq deyil, feodalların da xeyli hissəsi narazı idi. Bunun nəticəsində 1382-ci ildə Şirvanda üsyan başladı. Huşəng öldürüldü. Şirvan feodalları Şeyx İbrahimi (1382-1417) hakimiyyətə gətirdilər. Şeyx I İbrahim yoxsullaşmış əyan nəslindən idi. Həmin vaxt o, Şəki əyalətində xırda torpaq sahələrinə malik idi. Ata-babası vaxtilə Dərbənd hakimi olduğun görə də bu nəsli Dərbəndlilər sülaləsi (1382-1538) adlandırırlar. Şirvanşahlar XIV əsrin sonları XV əsrin əvvəllərində Əmir Teymur və Qızıl Ordu xanı Toxtamışın ikitərəfli təhlükə qarşısında qalanda I İbrahim nəinki tərəflərin hər ikisinə qarşı, hətta hər hansı birinə qarşı mübarizə aparmağın çətinliyini və səmərəsizliyini yaxşı dərk edib, onların birindən digərinə qarşı istifadə etmək qərarına gəldi. I İbrahim yaxşı bilirdi ki, Şirvan Qızıl Ordu dövləti ilə həmsərhəddir, Əmir Teymur isə Şirvana çox uzaqlardan gəlmişdir və o, uğur qazansa belə, tutduğu ərazilərdə möhkəmlənməsi çox da asan olmayacaqdır.  Məhz buna görə I İbrahim Teymurilərlə yaxınlaşmağa üstünlük verdi. O, 1386-cı ildə, Əmir Teymurun Azərbaycana ilk yürüşü zamanı qiymətli hədiyyələrlə Qarabağa gedib fatehlə ittifaq bağladı. Əmir Teymurla aparılan danışıqlar nəticəsində İbrahim Şirvan hakimi kimi tanındı, şimal sərhədlərinin mühafizəsi ona tapşırıldı. Əmir Teymur I İbrahimin simasında Qızıl Ordu xanı Toxtamışa qarşı mübarizədə sadiq müttəfiqini gördü. I İbrahim bundan məharətlə istifadə edib Şirvanı iqtisadi-siyasi və hərbi cəhətdən qüvvətləndirə bildi. I İbrahim öz qoşunu ilə 1395-ci ildə Əmir Teymurun Qızıl Ordu dövlətinə olan yürüşündə yaxından iştirak etdi. Əmir Teymur həmin yürüşdən qələbə ilə qayıtdı. I İbrahim Əmir Teymurla Qızıl Ordu xanı Toxtamış arasındakı ədavətdən istifadə edərək Şirvanı düşmən hücumundan qurtardı. Şirvan daxilən müstəqil qaldı. Şirvanşah öz təsirini Qarabağ, Şəki, Dərbənd Qəbələyə yaymağa müvəffəq oldu. Əmir Teymur Dərbəndin müdafiə istehkamlarını təmir etdirdi və mühafizəsini gücləndirdi. I İbrahim Şəki vilayətinin hakimliyini Seydi Əlinin oğlu Seydi Əhmədə qaytarmaq barədə Teymurdan razılıq aldı. I İbrahimin vasitəçiliyi ilə gürcü çarı VII Georgi Teymurla sülh müqaviləsi bağladı, Azərbaycan-Gürcüstan münasibətləri daha da möhkəmləndi. Həmin vaxtdan etibarən Gürcüstan və Şəki hakimliyi Şirvanşahlar dövlətinin müttəfiqi kimi çıxış edirdilər. Əmir Teymurun ölümü ilə (1405) onun imperiyası parçalandı. Teymurilər tezliklə Azərbaycandan və Şirvandan əl çəkməyə məcbur edildilər. 1405-1410-cu illərdə Azərbaycanda Şirvanşahlardan başqa Cəlairilər, Qaraqoyunlular, Teymurilər hakimiyyəti əldə saxlamaq uğrunda vuruşurdular. Beləliklə, Azərbaycan qeyd olunan dövrdə 4 tərəfin apardığı mübarizə meydanına çevrilmişdi. Azərbaycanın bir çox yerlərində (Gəncə, Şəki, Qarabağ, Təbriz, Ərdəbil, Marağa və s. yerlərdə) xalq üsyanları başlandı. Yaranmış vəziyyətdən istifadə edən I İbrahim Gəncənin Qarabağın xeyli hissəsini tutdu. 1405-ci ildə gürcü çarı Konstantin, Şəki xanı Seydi Əhməd və Şirvanşah I İbrahimin birləşmiş ordusu ilə Teymuri Ömərin ordusu arasında Kür çayı sahilində döyüşdə Teymuri Ömərin ordusu məğlub olaraq Təbrizə qayıtdı. 1406-cı ildə Teymurilərə qarşı Təbrizdə üsyan baş verdi. Təbrizlilər kömək üçün Şirvanşah I İbrahimə müraciət etdi. I İbrahim 1406-cı ilin mayında Təbrizə daxil oldu. Beləliklə, qısa müddətə də olsa, Şirvanşah I İbrahim Azərbaycanın böyük bir hissəsini öz hakimiyyəti altında vahid halda birləşdirdi. Lakin Cəlairi Sultan Əhmədin şəhərə yaxınlaşanda I İbrahim Təbrizi tərk etməli oldu. Şəki hakimliyi: Şəkinin XIII−XIV əsrlərdəki vəziyyəti başqa feodal mülklərindən bir qədər fərqli idi. Dövrün tarixçisi Şəhabəddin Nəsəvi yazırdı ki, 1229-cu ildə Şirvan şəhərləri olan ŞəkiQəbələyə ayrıca vəzir və vali təyin olunmuşdu. Onlar birlikdə bu şəhərləri idarə edirdilər. Şəki bundan sonra XIII−XIV əsrlər boyu istər Hülakülər, istərsə də Cəlairilər dövründə Azərbaycanın tərkib hissəsi kimi qalmış və əksər vaxtlarda Şirvanın nüfuz dairəsində olmuşdur. F.Rəşidəddinə görə, həmin əsrlərin qovşağında Şəki, Qarabağ, Muğan Arran onun oğlu Cəlal tərəfindən idarə olunurdu. XIV əsrin 30-cu illərində Hülakülər dövlətinin tənəzzülü və parçalanması nəticəsində Şəki feodalları da daxili müstəqillik qazanır və burada hakimiyyətə Oyrat nəsli gəldi. Əmir Teymurun yeni yürüşü zamanı Şəki ərazisi Teymurilərin təcavüzünə məruz qaldı. Gürcü qüvvələri ilə ittifaq bağlayan Şəki hakimi Seydi Əli Əlincə qalasına hücum edir və uzun müddət mühasirədə qalan Cəlairi sultanı Tahirə kömək edir. Teymurilərlə döyüşdə Seydi Əli həlak olur. Onun yerinə oğlu Seydi Əhməd gəlir. Seydi Əhməd Şirvanşah I İbrahimin himayəçiliyi ilə Əmir Teymurun hüzuruna gedir. O özü ilə qiymətli hədiyyələr aparır və 6000 at verir. Əmir Teymur Seydi Əhmədi Şəki hakimi kimi tanıyır.


  2. Yüklə 315,92 Kb.

    Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin