Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) I Rusiya-Qacar müharibəsi (1804-1813)



Yüklə 315,92 Kb.
səhifə49/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   90
60 saatlıq mühazirələr 2021-2022

2) I Rusiya-Qacar müharibəsi (1804-1813): Gəncə almandan sonra Rusiya ordusunun Azərbaycanın içərilərinə doğru irəliləməsi Qacar dövlətini qəti addımlar atmağa məcbur etdi. Fətəli şahın Rusiyadan qoşunlarını Cənubi Qafqazdan çıxarmaq tələbi rədd edildi və 1804-cü il 10 iyulda I Rusiya - Qacar savaşı başladı. Rus qoşunlarının əsas hücum hədəfi İrəvan xanlığına yürüş Şörəyeldən başlandı. Rus qoşunları Gümrüdə möhkəmlənərək iyulun 2-də oradan Üçkilsəyə (Üçmüəzzinə) doğru hərəkət etdi. 5 gündən artıq davam edən döyüşdə ilk vaxtlar rus qoşunları üstünlük qazansa da, xeyli itki verərək Üçkilsəni tərk etməyə məcbur oldu. Növbəti döyüş İrəvan yaxınlığında, Qəmərli kəndinin yanında baş verdi. 1804-cü il iyulun 29-dan 30-na keçən gecə rus qoşun dəstəsi ilə Qacarların qoşunlarının böyük birləşməsi arasında qanlı döyüş oldu. Rus qoşunları məğlub olub İrəvandan geri çəkildi. 1805-ci il 14 may Qarabağ xanlığı, 1 həftə sonra isə 21 may Şəki xanlığı Kürəkçay müqaviləsinə görə Rusiyanın tərkibinə qatılır, lakin daxili müstəqilliyini saxlayırdı. Giriş11 maddədən ibarət olan bu müqavilə ilə Qarabağ xanlığı “əbədi olaraq” Rusiya himayəsinə keçdi. Müqavilədə Rusiya xanlığı himayə etməyi öz öhdəsinə götürür, rus qoşunları onun ərazisində yerləşdirilirdi. Bunun müqabilində Qarabağ xanı Rusiyaya hər il 8 min çervon3 xərac ödəməli idi. Xanın müstəqil daxili siyasətinə təminat verilir, lakin xarici siyasət məsələlərinin Rusiyanın buradakı nümayəndəsi ilə razılaşdırılması tövsiyə edilirdi. Bu isə Qarabağ xanlığının müstəqil xarici siyasət hüququnun itirilməsi demək idi. İbrahimxəlil xanın məsləhəti ilə Şəki xanı Səlim xan da bir həftə sonra Kürəkçay müqaviləsini imzaladı (Əsas fərqi xəracın 7 min çevron olması idi). 1805-ci_il_iyunda'>1805-ci il iyunda Qacarların qoşunları Qarabağa daxil oldu. İyunun 26-da şah qoşunları rus qarnizonunun yerləşdiyi Şahbulaq qalasını mühasirəyə aldı. Qacarlar qoşununun başçısı şahzadə Abbas Mirzə qalanın təslim olmasını tələb etdi. Rus qoşunu təslim oldu. Sonra Qacarların qoşunu Qazaxa daxil oldu. Onların komandanı yerli əhalinin köməyinə ümid bəsləyirdi. O, bəyanatla kəndxudalara müraciət edərək, Qazax sakinlərini Rusiyaya qarşı üsyana çağırdı. Ruslar 27 iyulda Zəyəm yaxınlığındakı Qacarlar ordusunun düşərgəsinə hücum etdilər. Qacar qoşunları 1805-ci ilin yayında hərbi əməliyyatlar nəticəsində Azərbaycanda mövqelərini möhkənləndirdilər. Şirvan, Bakı və Quba xanları Qacarlara tabe oldular. Rusların tabe olmaq tələblərini müxtəlif bəhanələr və şərtlərlə rədd edən Şamaxı hakimi Mustafa xan da rus qoşunlarmm hücumu təhlükəsi qarşısında Kürəkçay müqaviləsinin şərtlərini bəzi fərqlərlə təkrar edən 1805-ci il 27 dekabr müqaviləsini imzaladı. Şamaxı xanlığı başqa dövlətlərlə əlaqə saxlamaq hüququndan imtina edir, rus xəzinəsinə ildə 7 min çervon bac verməyi öhdəsinə götürürdü. Rus qoşunlarının Şamaxıda yerləşməsinə Mustafa xan razı olmadığından Cavad məntəqəsində ruslara qala tikmək hüququ verilirdi. 1806-cı ilin iyununda Abbas Mirzənin göndərdiyi şah qoşunları Qarabağa daxil oldu. Bu zaman 12 iyunda ailəsi ilə birlikdə Xankəndində olan İbrahimxəlil xan mayor D.Lisaneviçin əmri ilə heç bir əsas olmadan rus qoşunlarının hücumuna məruz qaldı. Xan və onun yaxınları öldürüldü. Bu hadisə şəkili Səlim xanı hiddətləndirdi. O, rus qoşunlarını Şəkidən qovdu. Bu isə Kürəkçay müqaviləsinin Şəki xanı tərəfindən nümayişkaranə şəkildə pozulması demək idi. Ancaq ruslar 1806-cı il oktyabrın 22-də Şəki yaxınlığındakı döyüşdə Səlim xanı məğlubiyyətə uğratdılar. Qacarlardan üz döndərib Rusiyamn tərəfinə keçmiş Cəfərqulu xan Xoylu Şəki xanı təyin edildi. Xanlığa gələrkən Xoy əhalisinin bir hissəsini də özü ilə gətirib Şəki şəhərinin ətrafında yerləşdirdi. 1806-cı il 20 fevralda General Sisianov Bakı xanı Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy tərəfindən Bakının qala divarları yaxınlığında öldürüldükdən sonra rus qoşunları geri çəkilməyə məcbur oldu. 1806-cı il 22 iyunda rus ordusu Dərbəndi işğal etdi, 3 Oktyabrda Bakı işğal olundu. Xanlıq ləğv edilərək Rusiyanın əyalətinə çevrildi. Bir qədər sonra Quba xanlığı da ruslar tərəfindən zəbt edildi. Qubanın idarə edilməsi keçmiş Bakı xanı II Mirzə Məhəmmədin başçılığı ilə yerli bəylərdən təşkil olunmuş Əyalət şurasına tapşırıldı. Osmanlı-Rusiya müharibəsi: Rus qoşunlarının 1806-cı ildə qazandığı uğurlar Osmanlı sarayında da böyük narahatlığa səbəb olmuşdu. Cənubi Qafqazda rus təsirinin artması ilə barışmayan Osmanlı dövləti həmin ilin sonunda Rusiyaya qarşı yeni müharibəyə başladı. Lakin 1807-ci ildə Gümrü yaxınlığındakı məğlubiyyət Osmanlı dövlətinin Rusiyanı Cənubi Qafqazdan, o cümlədən Azərbaycanın şimal torpaqlarından çıxarmaq planlarına ağır zərbə vurdu. İki dövlət arasında danışıqlar 1812-ci il 16 mayda Buxarest sülhünün imzalanması ilə nəticələndi. Bu müqavilə ilə Osmanlı dövləti Cənubi Qafqazdakı rus işğallarını tanımağa məcbur oldu. 1808-ci ilin payızında rus qoşunları ÜçkilsəniNaxçıvanı ələ keçirərək İrəvanı 2-ci dəfə mühasirəyə aldı. Bir neçə ay davam edən mühasirə nəticəsiz qaldı, rus qoşunlarının İrəvana ardıcıl hücumları qala müdafiəçiləri tərəfindən dəf edildi. İrəvan qalasının qəhrəman müdafiəsi rus qoşunlarının planlarını pozdu. Qazanılmış vaxt Abbas Mirzəyə İrəvan istiqamətində 1809-cu ilin mayında rusları Naxçıvandan vurub çıxardı, geri çəkilən rus qoşunlarının əsas qüvvələri isə Qarababa kəndi yaxınlığında baş verən döyüşdə darmadağın edildi. Bu hadisə çar Rusiyasında böyük məyusluğa səbəb oldu. Əsas diqqətini Napoleon Fransasına və Avropadakı proseslərə yönəltmiş I Aleksandr Qacarlarla sülh danışıqlarına başlamağı vacib hesab edirdi. Bu məqsədlə rus çarı İrəvan uğrunda döyüşlərdə məğlub olmuş general İ.Qudoviçi A.Tormasovla əvəzləmiş və ona sülh proseslərini sürətləndirmək göstərişini vermişdi. 1809-1810-cu illərdə Qarabağ və Gəncə istiqamətində gedən hərbi əməliyyatlardakı uğursuzluqlar Abbas Mirzəni də sülh danışıqlarını bərpa etmək məcburiyyətində qoydu. Lakin sülh danışıqlarına başlanılsa da, proses Lənkəran xanlığının gələcək statusu məsələsində düyünə düşdü. 1810-cu ildə Qacarların qoşunları Qarabağa, Gəncəyə və Pəmbəkə doğru irəliləyib Qarğabazarı adlı yerdə və Mehridə möhkəmləndilər. Süngü* döyüşündə Qacarların dəstəsi məğlub edildi və Qarabağdan çəkilməyə məcbur oldu. Sultanbud döyüşü 1 fevral 1812-ci ildə İran və Rusiya qoşunları arasında baş verən döyüş.1812-ci ilin əvvəllərində 20 minlik İran ordusu Qarabağa yürüş etdi. O, ŞahbulaqSultanbud tərəfə irəlilədi. Böyük miqdarda artilleriyaya malik olan şah qoşunların İngilis zabitlərinin komandanlığı altında azsaylı rus qarnizonunu mühasirəyə aldılar və asan qələbə çaldılar. Abbas Mirzənin qoşunu 1812-ci il 18 oktyabrda Aslandüz döyüşündə ağır məğlubiyyətə uğradı. Bu məğlubiyyət həm Birinci Rusiya - Qacar müharibəsinin, həm də Lənkəran xanlığının taleyini həll etdi. Lənkəran qalası mühasirəyə düşdü. Qalanın müdafiəsinə Qacar sərkərdəsi Sadıq xan rəhbərlik edirdi. O, rusların qalanın təslim olması haqqında tələblərini rədd etdi. 1812-ci il dekabrın 31-də rus qoşunlarının Lənkəran üzərinə həlledici hücumu başladı. Üstün qüvvələrə qarşı qeyri-bərabər döyüşdə Sadıq xan qəhrəmanlıqla həlak oldu. Yanvarın 1-də Lənkəran işğal edildi. 1813-cü il 12 oktyabrında Gülüstan kəndində birinci Rusiya-Qacar müharibəsinin qurtarmasını bildirən müqaviləni Qacar tərəfdən şahın vəkili olan Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Nikolay Rtişçev imzalayır. 11 maddədən ibarət olan bu müqaviləyə görə, Qacarlar dövləti İrəvan və Naxçıvan xanlıqlarından başqa Azərbaycanın şimal xanlıqları Gəncə, Şəki, Şirvan, Quba, Bakı və Lənkəran xanlıqlarının, Şərqi Gürcüstan və Dağıstanın Rusiya hakimiyyəti altına keçməsini qəbul edirdi. Xəzər dənizində hərbi dəniz donanması saxlamaq hüququ yalnız Rusiyaya məxsus olurdu. Gülüstan sülhünün 7-ci maddəsinə görə, hər iki ölkədə diplomatik korpusların yaradılması da nəzərdə tutulurdu. Bir neçə maddə isə ticarət və gömrük məsələlərinə həsr edilmişdi.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin