Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


IX Mühazirə: Azərbaycan torpaqları uğrunda Rusiya-Qacar müharibələri. Şimali Azərbaycan Rusiyanın işğalı sistemində



Yüklə 315,92 Kb.
səhifə48/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   90
60 saatlıq mühazirələr 2021-2022

IX Mühazirə: Azərbaycan torpaqları uğrunda Rusiya-Qacar müharibələri. Şimali Azərbaycan Rusiyanın işğalı sistemində.

Plan:

1) Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının başlanması.

2) I Rusiya-Qacar müharibəsi (1804-1813).

3) Azərbaycan iki Rusiya-Qacar müharibəsi arasındakı dövrdə (1813-1826).

4) II Rusiya-Qacar müharibəsi (1826-1828).

5) 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsi.

6) Çarizmin köçürtmə siyasəti.

7) Komendant idarə üsulu və ona qarşı üsyanlar.

8) XIX əsrin 40-ci illər islahatları.

9) XIX əsrin II yarısında burjua islahatları.

10) Neft sənayenin yaranması və inkişafı.

1) Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının başlanması: XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Azərbaycanın daxili və beynəlxalq vəziyyəti çox mürəkkəb idi. Azərbaycanın Arazdan cənubdakı torpaqları Qacarlar səltənətinin tərkibində idi. Azərbaycanın şimalında isə tam siyasi pərakəndəlik hökm sürürdü. Ayrı-ayrı xanlıqların torpaqlanmızı vahid dövlətdə birləşdirmək cəhdləri baş tutmadığından Azərbaycan hər hansı bir xarici təcavüzün qarşısını almaqda gücsüz idi. Cənubi Qafqaz, o cümlədən Azərbaycan üçün əsas təhlükə Rusiyadan gəlirdi. Bölgədə rus təcavüzünün qarşısını almağa Osmanlının da artıq yetərincə gücü qalmamışdı. Rusiyanın əsas məqsədi 1) Azərbaycanın torpaqlarını və sərvətlərini ələ keçirmək, 2) Xəzəri Rusiyanın daxili dənizinə çevirmək, 3) Şimali Qafqazdakı azadlıq mübarizəsini cənubdan təcrid etmək, 4) Osmanlını tamamilə bölgədən sıxışdırıb çıxartmaq və 5) İngiltərənin Şərqdə təsir dairəsini genişləndirmək cəhdlərinin qarşısını almaqdan ibarət idi. 1801-ci il İngilis-Qacar müqaviləsinə görə, ingilislər Qacar dövlətinin hər hansı bir hücuma məruz qalacağı təqdirdə ona silah və hərbi müşavirlə təmin etməli idi. 1801-ci il 12 sentyabrda Rusiya imperatoru I Aleksandr (1801-1825) Kartli – Kaxetiyanın (Şərqi Gürcüstanın) Rusiyaya birləşdirilməsi haqqında manifest verdi. Kartli - Kaxetiya ilə birlikdə Azərbaycanın Qazax, Borçalı Şəmşəddil və Pəmbək torpaqları da Rusiyanın tərkibinə qatıldı. Bununla Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən işğalı başlandı. Bu hadisə Gəncəİrəvan xanları tərəfindən ciddi etirazla qarşılandı. İrəvan xanı Məhəmməd xan Rusiyanın təcavüzkar siyasətinə qarşı daha qətiyyətlə çıxış edərək pəmbəkliləri işğalçılara boyun əyməməyə çağırdı, onlara rus qoşunlarının işğal etdikləri əraziləri tərk edib İrəvana köçməyi təklif etdi. Xanın müraciəti ilə 600 pəmbəkli İrəvana pənah gətirdi. İrəvan xanı eyni zamanda öz nümayəndəsini Tiflisə göndərərək şahın fərmanına əsasən Pəmbək vilayətinin ona məxsus olduğunu da bildirmişdi. Şəmşəddilin ruslar tərəfindən ilhaqına cavab olaraq oxşar addımı Gəncə xanı Cavad xan Ziyadoğlu da atmışdı. Lakin Azərbaycan xanları arasında birliyin olmaması səbəbindən bütün cəhdlər nəticəsiz qaldı. 1802-ci il 26 dekabrda Rusiya generalı Knorrinq Georgiyevsk şəhərində bir sıra Dağıstan hakimləri Tərki şamxalı, Qaraqaytaq usmisi, Tabasaran hakimi, 2 Azərbaycan xanlığı - Quba və Lənkəran (Talış) xanlıqları arasında 12 maddədən ibarət müqavilə bağlandı. 12 maddədən ibarət olan Georgiyevski müqaviləsinə qoşulan xanlar və hakimlər könüllü olaraq Rusiyanın himayəsinə keçməklə, Qacarlar hücum edəcəyi təqdirdə birgə çıxış etməyə söz verirdilər. Müqavilədə Cənubi Qafqazda ticarətin genişləndirilməsiXəzər dənizi vasitəsilə ticarətin inkişaf etdirilməsi məsələləri də nəzərdə tutulmuşdu. Sazişin əsas müddəasını guya İran (Qacarlar) təhlükəsinə qarşı birgə mübarizə təşkil edirdi. Lakin Azərbaycanın işğalı planını həyata keçirməyə münasib fürsət gözləyən Rusiya üçün bu saziş Xəzərsahili bölgələrin gələcək istilasına hesablanmış taktiki addım idi. 1803-cü il martında general Pavel Sisianovun başçılıq etdiyi rus ordusu Qanıx(Alazan) çayı sahilində döyüşdə carlılar üzərində qələbə qazanaraq Balakəni ələ keçirtdi. Ruslar əhaliyə amansız divan tutaraq Balakəni tamamilə dağıtdılar. 1803-cü il 12 apreldə Tiflisdə Car - Balakən camaatılığı ilə Rusiya arasında imzalanmış «Andlı öhdəlik» haqqında saziş bağlandı. Sazişə görə 1) Car-Balakən əhalisi Rusiya xəzinəsinə hər il 220 pud2 ipək bac ödəməli, 2) carlılar sədaqət əlaməti olaraq Tiflisə girovlar (əmanət) verməli, 3) Car - Balakən ərazisində rus qoşunlan yerləşdirilməli idi. Lakin bu şərtlərə əməl olunmadığından 1804-cü ilin əvvəllərində Car-Balakənə yenidən rus qoşunları yeridildi. Car tutulsa da, Zaqatala yaxınlığında baş verən döyüşdə əhali rus qoşunlarını darmadağın etdi, general Qulyakov isə öldürüldü. Lakin bu qələbəyə baxmayaraq, buraya çoxsaylı rus qoşunları yeridən general Sisianov bir qədər sonra yenidən Car-Balakən camaatlığını, həmçinin İlisu sultanlığını özünə tabe edə bildi. 1803-cü ildə Şəmkiri ələ keçirən rus qoşununun növbəti hədəfi Gəncə oldu. Gəncə hakimi Cavad xan rusların tabe olmaq təklifini qətiyyətlə rədd etdi. Gəncəyə doğru yolda, şəhərin iki verstliyindəki Quruqobu adlı yerdə rus qoşunları ilə gəncəlilər arasında ilk döyüş baş verdi. Cavad xan bir qədər müqavimətdən sonra döyüşçüləri ilə birlikdə yorğun halda qalaya qayıtdı. Bundan sonra rus qoşunları Gəncəni mühasirəyə aldılar.  Şəhər qəhrəmanlıqla işğalçılara müqavimət göstərsə də, silah və sayca üstün olan ruslar 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə Gəncə şəhərini zəbt etdilər. Cavad xan və oğlu Hüseynqulu ağa qəhrəmanlıqla vuruşaraq Vətənimiz yolunda şəhid oldular. Rus hərbçilərini təltif etmək üçün xüsusi olaraq “Gəncənin alınmasında iştirakına görə” medalını təsis edən Rusiya hökuməti Gəncə xanlığım ləğv edərək dairəyə çevirdi. Minillik tarixi olan Gəncənin adı dəyişdirildi və çar I Aleksandrın arvadı Yelizavetamn şərəfinə bu tarixi şəhərimiz Yelizavetpol adlandırıldı. Kim «Gəncə» sözünü dilinə gətirərdisə, bir rus gümüş manatı cərimə olunurdu.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin