10. Neft sənayenin yaranması və inkişafı: Azərbaycanda neft sənayesinin sürətli inkişafının əsas səbəbləri aşağıdakılar idi: 1) XIX əsrin 60-cı illərindən başlayaraq Rusiyada və dünyada neftdən sənaye miqyasında istifadə olunması; 2) Azərabycanda ucuz işçi qüvvəsinin çoxluğu; 3) Neft ehtiyatlarının bolluğu, Azərbaycan neftinin yüksək keyfiyyətli olması; 4) Rusiyanın özündə neft yataqlarının aşkar edilməməsi. XIX əsrin ortalarında Şimali Azərbaycanda neft istehsalı hələ aşağı səviyyədə idi. Neftli torpaqlar iltizama verilirdi. Neft mədənlərində icbari kəndli əməyindən istifadə edilirdi. 1848-ci ildə Semyonovun rəhbərliyi ilə dünyada ilk dəfə mexaniki qazma - buruq üsuluilə Bibiheybətdə neft quyusu işə salındı. Lakin neft, başlıca olaraq, əl ilə qazılmış quyulardan hasil edilirdi. 1863-cü ildə Cavad Məlikov Bakıda ağ neft zavodu tikdirdi və dünyada ilk dəfə neftayırma prosesində soyuducu sistemdən istifadə etdi.1864-cü ildə Balaxanı neft mədənlərində kəndlilərin icbari əməyi ləğv edildi. Bu addım neft istehsalında muzdlu əməyin tətbiqinə geniş yol açdı. 17 fevral 1872-ci il tarixli qanunla neft sənayesində iltizam sistemi ləğv edildi. Bundan sonra neft yataqları hərracyolu ilə xüsusi adamlara satılmağa başlandı. XIX əsrin 70-80-ci illərində hərraca çıxarılan neftli torpaqların bir hissəsində milli kapitalı H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, M.Muxtarovvə b. təmsil edirdilər. 1873-cü ildən qazma işində əl əməyini buxar mühərrikləri əvəz etdi. Bu texniki yeniliklər nəticəsində neft çıxarılmasında fabrik-zavod mərhələsinə keçildi. Qara şəhər -1873-cü ildə bir çox zavodların Bakıdan kənardakı boş ərazilərə çıxarılması haqqında sərəncamdan sonra yaranmağa başladı. 1878-ci ildə Bakıdan neft və neft məhsullarını nəql etmək üçün dünyada ilk dəfə mayedaşıyantanker gəmi - “Zoastr-Zərdüşt” tətbiq edildi.1878-ci ildə Balaxanı ilə Qaraşəhər arasında Avrasiyada ilk neft kəməri çəkildi. 46il sonra yəni 1926-cı ildə qatar elektrik ilə işləməyə başladı.1879-cu ildə Bakıda İsveç təbəələri tərəfindən “Nobel qardaşları şirkəti"ninəsası qoyuldu.1880-ci ildə Azərbaycanda ilk dəfədəmiryolu ilə neft daşınmasında ilk dəfə vaqon-sistemlər tətbiq edildi. XIX əsrin 80-ci illərindəfransız kapitalının nümayəndəsi Rotşild, 90-cı illərində isə ingilis bankiriE.Qubbard Bakı neft sənayesinə böyük həcmdə kapital qoydular. 1893-cü ildə neft sənayeçilərinin Peterburq müşavirəsində hökumətin himayəsi ilə “Bakı Ağ Neft Zavod Sahibləri İttifaqı” adlı inhisar birliyi yaradıldı. 1900-1903-cü illərdə baş vermiş dünya iqtisadi böhranı Azərbaycanın neft sənayesinə və neftlə bağlı olan digər istehsal sahələrinə mənfi təsir göstərdi. Bu böhranın Bakıda neft sənayesinin tənəzzülünün səbəbləri: 1) Mövcud qazılmış quyular cəmi 48%-i istifadə edilirdi. 2) Texniki avadanlığın məhdudluğu. Ağır əl əməyi. 3) İnhisarlar (monopoliyalar). Bu böhranda Bakıda neft sənayesinin tənəzzülünün nəticələri: 1) Azərbaycan neft sənayesində 1-ci yeri itirdi. 2) Xırda və orta sahibkarlar müflis oldu, əvəzinə iri inhisar birlikləri yarandı ("Oyl"1912, "Şell" və s.) 3) Neft sənayesində yeni avandanlığın tədbigi genişləndi. Sənayenin digər sahələri:1861-ci ildə rus kapitalistləri Şəkidə ipək fabriki yaratdılar. Bu fabrik Avropada ipəkçilik sahəsində ən böyük müəssisə hesab edilirdi. 1865-ci ildə Gədəbəydə alman kapitalistlərinin “Simens qardaşları” şirkətinə məxsus iri misəritmə zavodu fəaliyyətə başladı. Alman texnikası əsasında yaradılmış bu zavod həmin dövrdə Rusiyada ən böyük misəritmə zavodu sayılırdı. “Simenslər” 1883-cü ildə Qalakənd misəritmə-missaflaşdırma zavodu açdı. Həmin zavod Rusiya imperiyasında misi saflaşdıran ilk müəssisə oldu. İlk pambıqtəmizləmə zavodu Naxçıvanda işə salındı. Çar hökuməti Azərbaycanda xammalı hazır məhsula çevirə biləcək müəssisələrin yaradılmasına icazə vermirdi. Müstəmləkə iqtisadiyyatına xas olan birtərəfliliyi aradan götürə bilən ilk sahibkar H.Z.Tağıyev 1900-cü ildə Bakıda ilk toxuculuq fabriki açmağa nail oldu. Nəqliyyat: Sənayenin inkişafı ilə nəqliyyat və rabitə vasitələri də yeniləndi. 1883-cü ildə Bakı–Tiflis, 1900-cü ildə Biləcəri (Bakı) – Petrovsk (Mahaçqala) dəmir yollarının çəkilməsi ticarət əlaqələrinin genişlənməsinə, ölkə daxilində dəmir yolu üstündə yerləşən yaşayış məntəqələrinin və şəhərlərin inkişafına gətirib çıxardı. Neft sənayesinin sürətli inkişafı Bakı şəhərini Xəzər dənizində ən böyük liman şəhərinə çevirdi. Bakı konkası ilk dəfə 1889-cu ildə hərəkətə gətirildi. Rabitə: XIX əsrin 60-cı illərində teleqraf xətlərinin çəkilməsinə başlandı. 1864-cu ildə Tiflis-İrəvan-Naxçıvan-Culfa arasında, 1868-ci ildə Bakı-Tiflis arasında teleqraf əlaqəsi quruldu. Bakıda 1886-cı ildə ilk mərkəzləşdirilmiş telefon stansiyası istifadəyə verildi. 1912-ci ildə Bakı-Tiflis arasında birbaşa telefon xətti çəkildi.