Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) Qafqaz cəbhəsi uğrunda döyüşlər. Sarıqamış savaşı: 1914-cü



Yüklə 315,92 Kb.
səhifə71/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   90
60 saatlıq mühazirələr 2021-2022

13) Qafqaz cəbhəsi uğrunda döyüşlər. Sarıqamış savaşı: 1914-cü il oktyabrın 31-də Qafqaz cəbhəsində hərbi əməliyyatlar başlandı. Qars-Batun istiqamətində noyabrın 17-dək davam edən ilk döyüşlərdə Türk ordusu qalib gəldi. Lakin 1914-cü il 4 dekabrdan - 1915-ci il 18 yanvaradək Rusiya və Osmanlı qoşunları arasında baş vermiş Sarıqamış döyüşündə ruslar qələbə qazandılar. Məğlubiyyətin əsas səbəbi rusların canlı qüvvə və hərbi texnika cəhətdən böyük üstünlüyə malik olması idi. Mühüm səbəblərindən biri də havanın şaxtalı olması idi. Çoxlu sayda türk əsgər və zabiti donaraq öldü. Sarıqamış döyüşünün faciəvi nəticələri: 1) Türkiyənin şərq hissəsi - Ərzurum, Trabzon, Xoy və Dilman, Ərzincan və Mus rus ordusu tərəfindən işğalı edildi, 2) Ruslara arxalanan ermənilər Qars və Ərzurum əhalisini və b. türk-müsəlman kəndlərinə hücum edərək əhalini qılıncdan keçirdilər, 3) 90 mindən çox mehmetcik donub həlak oldu və əsir götürülən minlərlə türk əsgərini Rusiya Cənubi Qafqaza gətirərək o vaxt "cəhənnəm adası" adlandırılan Nargində yerləşdirdi. Antanta dövlətləri tərəfindən silahlandırılaraq təhrik edilən erməni terrorçu dəstələri 1915-ci il aprelin ortalarında Vanda qiyam qaldıraraq dinc türk və müsəlman əhalini kütləvi şəkildə qətl etməyə başladılar. Bir qədər sonra ermənilər bütün Şərqi Anadoluda dinc əhaliyə qarşı terror həyata keçirdilər. Həmçinin Antanta ölkələrinin xeyrinə casusluq fəaliyyətlərini də artırdılar. Lakin ermənilərin qırğınları davam etdirməsi 1915-ci il aprelin 24-də Osmanlı dövlətinin bu işdə günahı olanların həbs edilməsi haqqında əmr verməsi ilə nəticələndi. Ermənilərin hər il “soyqırımı günü” kimi qeyd etdikləri tarix, əslində, erməni quldur dəstələrinin başçılarının həbs edildiyi gündür. Mayda isə cəbhə bölgəsində yaşayan ermənilərin müvəqqəti köçürülməsi haqqında qanun qəbul edildi.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin