Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


Naxçıvan bölgəsinin erməni silahlı qüvvələrinin təcavüzündən müdafiəsində Kazım Qarabəkir paşa (1882-1948)



Yüklə 315,92 Kb.
səhifə79/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   75   76   77   78   79   80   81   82   ...   90
60 saatlıq mühazirələr 2021-2022

Naxçıvan bölgəsinin erməni silahlı qüvvələrinin təcavüzündən müdafiəsində Kazım Qarabəkir paşa (1882-1948) mühüm xidmətlər göstərmişdir. Lakin Mudros sazişinə görə Osmanlı qoşunları Naxçıvanı da tərk etməli oldu. Milli vətənpərvər qüvvələr Naxçıvan bölgəsini erməni təcavüzündən qorumaq üçün 1918-ci il noyabrında Araz-Türk Respublikasını yaratdılar. Bu qurum Naxçıvanın erməni hücumlarından qorunmasında həlledici rol oynadı. AXC hökuməti 1919-cu il 28 fevralda Naxçıvan general-qubernatorluğu yaratdı. Bəhram xan Naxçıvanski general-qubernator təyin edildi. 

1918-ci ilin aprelindən etibarən Lənkəran bölgəsini vaxtilə burada məskunlaşdırılmış rus-molokan əhalisinin yardımı ilə Azərbaycandan ayıraraq əvvəl ağqvardiyaçılar, sonra isə bolşeviklər nəzarətdə saxlayırdılar. 1919-cu ilin mayında bolşeviklər burada Sovet hakimiyyətinin qurulduğunu və Muğan Sovet Respublikasının yaradıldığını elan etdilər. Sovet Rusiyası separatçılara silah-sursat və pulla yardım edirdi. AXC ordusunun əsas hissələri bu zaman Qarabağın dağlıq ərazisində erməni separatçılarına qarşı mübarizə aparırdı. Digər qismi isə şimaldan gələn təhlükə ilə bağlı sərhədlərin müdafiəsinə göndərilmişdi. Buna görə də yalnız 1919-cu ilin avqustunda bölgəyə gələn general Həbib bəy Səlimovun başçılığı iləMilli Ordu hissələri separat Muğan Sovet Respublikasını ləğv etdi.

Milli hökumət indiki Dağıstan ərazisində yaranmış Dağlılar respublikası ilə 1918-ci ilin oktyabr - noyabr aylarında bir neçə müqavilə bağlayaraq bu respublikaya 10 milyon manat yardım da göstərmişdi. 1919-cu ildə Dağlılar respublikası Denikinin təcavüzünə məruz qalmış və bizim qədim Dərbənd şəhəri də işğal olunmuşdu. Denikinin əsas məqsədinin bütün Azərbaycanı işğal etmək olduğunu aydın surətdə dərk edən Cümhuriyyət hökuməti dərhal nizami ordu hissələrini Şimal sərhədlərimizdə yerləşdirmişdi.




Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin