XII Mühazirə: Azərbaycan XX əsrin 20-30-cu illərində.
Plan:
Aprel istilası. AXC-nin süqutu və Sovet hakimiyyətinin qurulması.
Formal müstəqilliyin ləğvi. Ərazi bürövlüyümüzə yeni qəsdlər.
Azərbaycanda sovet hökumətinin iqtisadi tədbirləri.
Zorakı kollektivləşdirmə.
Kütləvi represiyalar.
20-30-cu illər Mədəni quruculuq tədbirləri.
1) Aprel istilası. AXC-nin süqutu və Sovet hakimiyyətinin qurulması: 1920-ci il fevralında Azərbaycan daxilində çevriliş hazırlamaq üçün Azərbaycan Kommunist (bolşeviklər) Partiyası (AK(b)P) yaradıldı. 1920-ci ilin aprel ayında Azərbaycanın şimalına 130 minə yaxın canlı qüvvə, çoxlu döyüş texnikasıcəmləşdirildi. AXC-nin şimal sərhədlərində ağqvardiyaçıların təcavüzü ehtimalına qarşı güclü müdafiə-istehkam sistemi yaradılmış və xüsusi qoşun hissələri yerləşdirilmişdi. Onların müqaviməti sovet təcavüzünə ciddi maneə yarada bilərdi. AXC-nin şimal sərhədlərinin müdafiəsinin zəiflədilməsi məqsədilə sovet hökuməti ermənilərin xəyanətkar xislətindən istifadə etməyi qərara aldı. Belə ki Sovet Rusiyasının AXC-yə müdaxiləsi ərəfəsində Ermənistan Azərbaycan ərazisi hesabına öz iddialarının təmin olunması şərtilə sovet hökumətinə yardımını təklif edirdi. 1920-ci il martın 22-nə keçən gecə Qarabağda separatçı erməni qüvvələri Ermənistanın yardımı ilə Şuşa, Xankəndi, Əsgəran, Xocalı və Tərtərdə yerləşən Azərbaycan Milli Ordu hissələrinə eyni vaxtda hücum etdilər. Milli Ordumuzun Əsgəranda yerləşən 50 nəfərlik dəstəsi sayca dəfələrlə çox olan erməni quldurları ilə qəhrəmancasına vuruşaraq sona kimi döyüş meydanını tərk etmədi. Düşmən buranı ələ keçirsə də, digər istiqamətlərdə uğursuzluğa düçar oldu. AXC hökuməti Qarabağda erməni silahlı qüvvələrinin basqınlarının artmasının yaratdığı təhlükəni nəzərə alaraq ölkənin şimal sərhədlərində yerləşdirilmiş Milli Ordu hissələrinin böyük bir qismini Qarabağa göndərməli oldu. Aprelin 2-də Əsgəran yaxınlığında baş verən döyüşdə milli ordumuzun hissələri erməni dəstələrini ağır məğlubiyyətə uğradaraq Əsgəran və Xocalını azad etdi. 1920-ci ilin mart-aprel aylarında milli ordu hissələri Dağlıq Qarabağda düşmənə qarşı uğurlu hərbi əməliyyat apardı. Qarabağda erməni qiyamını yatırmaq üçün Azərbaycan hökuməti ordunun böyük bir hissəsini general Həbib bəy Səlimovun başçılığı ilə Qarabağa göndərdi. Əsgəran döyüşündə erməni qiyamçıları və Ermənistanın nizami ordu hissələri darmadağın edildi. Şuşa qalası düşməndən tamamilə azad edildi. Əsgəran qalası tezliklə azad edildi və Qarabağ qiyamı yatırıldı. Hökumətin ölkə daxilində pozuculuq fəaliyyəti aparan siyasi qüvvələrə qarşı sərt tədbirlərindən narazı olan sosialist nazirlərin hökuməti tərk etməsi nəticəsində 1920-ci il martın 30-da N.Yusifbəylinin hökuməti istefa verdi. Hökumətin təşkili M.H.Hacınskiyə tapşırıldı. Sosialistlərin və “Müsavat” partiyasının bir hissəsinin hökumətə daxil olmaqdan imtina etməsindən sonra M.H.Hacınski kommunistlərin hökumətdə təmsil olunmasına səy göstərdi. Lakin bu zaman silahlı üsyana fəal hazırlaşan kommunistlər onun təklifini qəbul etmədilər. Aprelin 15-də AXC hökuməti ölkənin şimal sərhədləri yaxınlığında böyük hərbi qüvvələrini cəmləşdirən Sovet Rusiyasından bununla bağlı izahat verilməsini tələb etsə də, cavab ala bilmədi. M.H.Hacınski isə aprelin 22-nə kimi davam edən siyasi məsləhətləşmələrin uğursuzluğu ilə əlaqədar hökumətin təşkilindən imtina etdi. Bununla da, AXC-də işğal ərəfəsində hökumət böhranı daha da dərinləşmiş oldu. AXC-yə hücum hazırlıqlarını tamamlayan Sovet Rusiyasının XI Ordusunun komandanlığı Bakının işğalı məqsədilə 1920-ci il aprelin 21-də Yalama-Bakı əməliyyatına başlamaq haqqında əmr verdi. Aprelin 23-də verilən yeni əmrdə isə artıq bütün Azərbaycanın işğalı nəzərdə tutulurdu. Aprelin 26-dan 27-nə keçən gecə XI Ordunun hissələri AXC hüdudlarına soxuldu. Bir neçə saatlıq döyüşlərdən sonra Yalama və Xudat stansiyalarını ələ keçirən müdaxiləçilərin zirehli qatarları Bakıya doğru irəlilədi. Aprelin 27-də Parlamentin sonuncu iclasındasosialist fraksiyası və ona yaxın qüvvələr hakimiyyətin bolşeviklərə təhvil verilməsi tələbini müdafiə etdilər. Parlamentdə azlıqda qalan qüvvələri təmsil edən Məmməd Əmin Rəsulzadə bu tələbə kəskin etiraz edərək bildirmişdi: “yalan təbliğata əl atan düşmən bizi aldadır ki, Rusiyadan gələn bu ordu guya Türkiyəni xilas etmək üçün gedir. Ancaq Anadolunun imdadına getmək bəhanəsi ilə yurdumuza girən işğalçı ordu buradan bir daha çıxmaq istəməyəcəkdir.” 1920-ci il 28 apreldəAzərbaycan Sovet Sosialist Raspublikası (Az,SSR) yaradıldığı elan edildi. Ali siyasi hakimiyyət orqanı kimiAzərbaycan Müvəqqəti inqilab Komitəsi yaradıldı. Həmin komitənin formalaşdırdığı yeni hökumətAzərbaycan SSR Xalq Komissarları Soveti (XKS) adlanırdı. XKS-in sədri Nəriman Nərimanov təyin edildi. XI Qırmızı Ordunun Xüsusi Şöbəsi və yeni yaradılmış Fövqəladə Komissiya və Ali İnqilabi Tribunal əsl terror təşkilatı kimi xalqımıza divan tuturdu. Sovet işğalına qarşı 1920-ci il mayın 26-31-də Gəncədə baş vermiş xalq üsyanı. Azərbaycanın işğal edilməsinə, onun dövlət müstəqilliyinə son qoyulmasına qarşı xalqın ən kütləvi və mütəşəkkil müqavimət. Bir neçə gündən sonra top-tüfəng gücünə üsyan yatırıldı. Çox da dəqiq olmayan məlumata görə, bu savaşda düşmən tərəfdən 8,5 min nəfər ölüb. Üsyançıların itkisi isə 12 min nəfərə çatırdı. Gəncə üsyanının mübarizlərindən Qaçaq Qəmbər, general-mayor Mirzə Qacar, hüquqşünas İsmayıl xan Ziyadxanov, habelə ədəbiyyatımızın mahir tədqiqatçısı Firudin bəy Köçərli, və başqaları namərd güllələrinin qurbanı olub. Bolşeviklər siyasi rəqibləri ilə yanaşı, hərbçilərə, ziyalılara və din xadimlərinə amansızlıqla divan tuturdular. 1920-ci ilin aprelindən 1921-ci ilin avqustuna qədərsovet cəza orqanları 48 min nəfəri məhv etdi. Onların əksəriyyətini ziyalılar və hərbi kadrlar təşkil edirdi. Milli hökumətin baş naziri Nəsib bəy Yusifbəyli Kürdəmirdə qətlə yetirildi. Milli hökumətin ilk baş naziri Fətəli xan Xoyski və Cümhuriyyət Parlamentinin sədr müavini Həsən bəy Ağayev erməni terrorçuları tərəfindən Tiflisdə öldürüldülər. AXC-nin bir çox görkəmli xadimi (Ə.M.Topçubaşov, A.Şeyxülislamov, C.Hacıbəyli,M.Məhərrəmov, M.Y.Mehdiyev və b.) Paris konfransında iştirak etdiklərinə görə vətəndə qalmış həmfikirlərinin faciəli aqibəti onların başına gəlmədi. Həbs edilmiş M.Ə.Rəsulzadə isə N.Nərimanov və İ.V.Stalinin müdaxiləsi nəticəsində bolşevik repressiyasından xilas ola bildi. Stalinin şəxsi vaqonunda Rusiyaya aparılan M.Ə.Rəsulzadə 1922-ci ildə oradan Finlandiyaya, sonra isə Polşaya mühacirət etməyə məcbur oldu.
1920-ci il 28 aprel işğalı nəticəsində AXC süqut etdi. Azərbaycanda bolşeviklərin hakimiyyətə gəlməsi ölkənin tarixində özünəməxsus yer tutan yeni bir dövrün başlanması demək idi. Bu dövr yeni respublikanın adı ilə Azərbaycan SSR və ya sadəcə, sovet dövrü də adlandırılır. Azərbaycan SSR-in yaradılmasında yerli bolşeviklər də iştirak etdiyindən bu mərhələ tarixə İkinci Respublika dövrü kimi düşmüşdür. Zor gücünə AXC-nin varlığına son qoyan və hakimiyyətin yerli kommunistlərə verilməsini təşkil edən Sovet Rusiyası ilk vaxtlar işğal faktını ört-basdır etmək üçün nəinki milli müstəqilliyin əleyhinə çıxmış, əksinə, özünü onun qorunub saxlanılmasının “təminatçısı” kimi təqdim etməyəçalışmışdı. Sovet hökümətinin ilk qərarları: 1) 1920-ci il 3 may dekretinə görə inqilab komitələri yaradıldı, 2) 5 may dekreti bütün mülkədar və vəqf torpaqları müsadirə edildi. Həmin torpaqların kəndlilərin istifadəsinə verilməsi nəzərdə tutulurdu, 3) 7 maydekreti ilə Azərbaycan SSR-in Qırmızı Ordu və Donanmasınınyaradılmasına başlandı. 4) 12 may dekreti ilə bütün zümrələrvəmilli rütbələr ləğv edildi. Bütün əhali Azərbaycan SSRvətəndaşı adlandı, 5) 15 may dekreti ilə meşələr, sular və yeraltı sərvətlər dövlət mülkiyyəti elan edildi, habelə 15 mayda dinin dövlətdən ayrılması haqqında dekret imzalandı və Azərbaycanda bütün dini ayin və mərasimlərin icrası qadağan edildi. 6) 24 may dekreti neft sənayesi milliləşdirildi, neft və neft məhsullarının satışı dövlət inhisarına alındı, 7) 9-15 iyun dekretləri ilə banklar, Xəzər ticarət donanması, bütün zavod və fabriklər (balıq, tütün, sement və s.), noyabradək bütün sənaye sahələri milliləşdirilərək4 dövlətin mülkiyyəti elan edildi. Beləliklə, xalqın sərvətləri vətəndaş müharibəsi nəticəsində iqtisadiyyatı bərbad hala düşmüş Sovet Rusiyasına daşınmağa başladı.