Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021



Yüklə 315,92 Kb.
səhifə80/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   76   77   78   79   80   81   82   83   ...   90
60 saatlıq mühazirələr 2021-2022

1919-cu il 1 noyabr Parisdə imzalanan sazişə görə Qacar höküməti Azərbaycanın müstəqilliyini de-fakto (faktiki) tanıdı. 1920-ci il 21 martda  AXC ilə Qacar (İran-red) dövləti arasında Dostluq müqaviləsi bağlandı. Qacar hökuməti Azərbaycanın müstəqilliyini de-yure (rəsmi) tanıdı, Tehranda Azərbaycan səfirliyi, Təbrizdə isə Baş konsulluğu fəaliyyətə başladı.

Beynəlxalq vəziyyət: Almaniya ilə ittifaqda olan Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlub olaraq Antanta dövlətləri ilə 1918-ci il oktyabrın 30-da Mudros barışığını imzalaması Azərbaycanı yeganə dayağından məhrum etdi və onun gələcək taleyində acınacaqlı rol oynadı. Sazişə əsasən Türkiyə ordusu bir həftədən gec olmayaraq Bakıdan, bir aydan gec olmayaraq bütün Azərbaycandan çıxmalı idi. Bakı Antanta hərbi qüvvələri tərəfindən işğal olunmalı idi. Sazişə uyğun olaraq türk qoşunlarının Bakını və Azərbaycam tərk etməsi ilə 1918-ci il 17 noyabr Antantanın üzvü olan İngiltərənin hindli sipahi əsgərlərdən təşkil olunmuş qoşunu general Tomsonun başçılığı ilə Bakıya daxil oldu. Cümhuriyyətin uzaqgörən siyasi liderləri M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, F.X.Xoyski və başqalarının məqsədyönlü fəaliyyəti nəticəsində qısa müddətdə Qərbi Avropa demokratiyası modelində qanunverici məclis olan Parlamentin çağırılması və 1918-ci il dekabrın 26-da onun qarşısında məsuliyyət daşıyan Koalisyon hökumətin təşkil edilməsi Azərbaycanı xarici işğaldan xilas etdi. Dekabnn 28-də müttəfiqlərin Bakıdakı nümayəndəsi general Tomson F.Xoyskinin sədrliyi ilə yaradılmış koalisiyon hökuməti Azərbaycanda yeganə qanuni hakimiyyət kimi tanıdı. Bunun ardınca İngiltərə hökuməti Azərbaycan dövlətini rəsmən tanıdığım bildirdi və 1919-cu ilin yayında qoşunların Azərbaycandan çıxartdı. 1918-ci il dекаbrın 28-də Pаris Sülh Коnfrаnsındа iştirак еdəcəк Ə.Tоpçubаşоvun sədrliyi ilə nümаyəndə hеyəti sеçildi. Vəzifələri: 1) Pаris sülh коnfrаnsındа ölкəni təmsil еtməк, 2) Аzərbаycаn Хаlq Cümhuriyyətinin dе-fакtо tаnınmаsınа nаil оlmаq, 3) Аzərbаycаnın milli mənаfеyini və suvеrеnliyini qоrumаq səlаhiyyətləri vеrilmişdi. ABŞ prezidenti V.Vilson 1919-cu il mayın əvvəllərində AXC nümayəndələrinin konfransın işində iştirakının əleyhinə çıxış etdiyi halda, mayın 28-də heyətin başçısı Ə.Topçubaşovla görüşmək qərarına gəldi. 1920-ci il 11 yanvarda İngiltərənin xarici işlər naziri lord Kerzonun təklifi ilə Versal sarayında Paris sülh konfransı iştirakçıları tərəfindən AzərbaycanınGürcüstanın müstəqilliyi de-fakto tanındı.



Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin