Deutsche Botschaft Baku Almaniya Səfirliyi Bakı MƏtbuat üÇÜn məlumat



Yüklə 92,06 Kb.
Pdf görüntüsü
tarix06.09.2017
ölçüsü92,06 Kb.
#29139

Deutsche Botschaft 

Baku

Almaniya Səfirliyi 

Bakı

MƏTBUAT ÜÇÜN MƏLUMAT

Yeni Azərbaycan“ qəzetində 18.04.2012-ci il tarixində və digər 



mediyalarda dərc olunan məqalələrə dair cavab.

Səfirlik təəssüf edir ki, „Yeni Azərbaycan“ qəzeti səfirin 15.03.2012-ci il 

tarixli məqaləsində toxunduğu mövzulara dair ciddi və əsaslı müza-

kirələr aparmaq dəvətini qəbul etməmişdir (məqalə qoşmada). Bunun 

əvəzinə „Yeni Azərbaycan“ qəzeti alman siyasi fondlarına qarşı ittiham-

lar irəli sürməklə qeyri-əminlik və təhlükə iqlimi yaradır və bununla da 

açıq müzakirə mədəniyyətinə xələl qətirir.

Azərbaycanda Almaniyanın yaxşı imicini mətbuat oqranları, televiziya 

və radio vasitəsilə yayımlanan qaba mənfi fikirlər ilə korlamaq cəhdləri 

azərbaycanlıların intellekti qarşısında acızdır.



Almaniya və Azərbaycan 20 il davam edən diplomatik 

münasibətlərdən məmnun ola bilər

Yekun və perspektivlər 

Herbert Kvelle, Bakıdakı Almaniya Federativ Respubli-

kasının Səfiri

Mən Azərbaycanın iqtidar partiyasının mətbuat orqanına Azərbyacan 

Respublikası və Almaniya Federativ Respublikasının arasında diploma-

tik


əlaqələrin qurulmasının 20-ci ildönümünü dəyərləndirmək və müsbət 

perspektivlərlə əlaqələndirmək üçün verilən imkana görə minnətdar-

am.


Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 20 fevral 1992-ci il tari-

xində Moskvadakı Almaniya Səfirliyinə 154 saylı notasını göndərmişdir. 

Sözügedən notada xarici işlər nazirliyi Almaniya ilə diplomatik 

əlaqələrin qurulmasına hazır olduğunu bəyan etmişdir. Diplomatik 

münasibətlər qarşılıqlı anlaşmanın genişləndirilməsi və gücləndirilmə-

sinə töhvə verməli və xalqlar arasında etimada əsaslanan əlaqələrin 

bünövrəsini qoymalıydırlar. Moskvadakı Almaniya Səfirliyi 18 mart 

1992-ci il tarixində Bakıdakı xarici işlər nazirliyinə cavab vermişdir ki, 

Almaniya 154 saylı notada öz əksini tapmış prinsiplərə müvafiq 20 

fevral 1992-ci il tarixində Azərbaycanla diplomatik əlaqələrin qurulması 

üçün hazırdır. Bu nota mübadiləsi o zamandan etibarən ikitərəfli 

əlaqələrimizin inkişafına zəmin yaradan mütləq qüvvəyə malik çərçivə-

nin bünövrəsini qoymuşdur.

1992-ci il Azərbaycan üçün prezident dəyişikliyi ilə bərabər ağır müha-

ribə ili idi. Diplomatik münasibətlərin qurulması Xocalı soyqırımına 

təsadüf etmişdir. Milli Məclisin araşdırmalarına əsasən Xocalı soyqırımı 

Azərbaycanın dinc əhalisindən 600 nəfərdən çox qurban tələb etmişdir

onların arasında çox sayda qadın və əliyalın uşaqlar var idi. Ötən həftə 

Berlin şəhərində keçirilmiş anma tədbirində bu hadisənin ağır izlərinin 

təsirini hələ də müşahidə etmək olardı. 

1992-ci ildə kansler Helmut Kohlun rəhbərliyi altında Xristian Demokrat 

və Xristian Sosial İttifaqları habelə koalisiya tərəfadaşı Azad Demokra-

tik Partiyadan ibarət federal hökumət 3 oktyabr 1990-cı il tarixində Al-

maniyanın birləşməsi kimi siyasi uğurdan faydalanırdı. Digər tərəfdən 

şərqi alman iqtisadiyyatının zəif rəqabət qabiliyyətinə malik olamasına 

görə iqtisadi problemlər daha da güclü ön plana çıxmışdır. Lakin bu hal 

federal hökuməti Avropa inteqrasiyası istiqamətində addımlar at-

maqdan və 1992-ci ildə Maastix müqaviləsinə əsasən Avroməkanın 

bünövrəsini qoymuş Avropanın iqtisadi və valyuta ittifaqının təsis olun-

ması yolundan qeri döndərmədi.

Müstəqil ölkələrimiz arasında rəsmi münasibətələrin qurulmasından eti-

barən əməkdaşlıq imkanlarının geniş spektri müəyyən edilmişdir: sıx 

siyasi əlaqələr, iqtisadi əməkadşlıq və mədəni mübadilə.

1993-cü ildə cənab prezident Heydər Əliyevin “qərbə istiqamətləndir-

mə” ifadəsi ilə təsvir olunan siyasəti iqtisadi və siyasi bilik və tə-

crübəyə malik Almaniyaya Azərbaycanın tərəfdaşı kimi özünü doğrult-

mağa çox saylı imkanlar vermişdir. Almaniyanın Texniki və Maliyyə 

Əməkdaşlığı üzrə Təşkilatının- GTZ (indi GİZ)- və KfV bankının konsal-

tinq xidmətləri böyük maraqla qarşılanmışdır. Azərbaycan isə alman 


qurumları üçün etibarlı tərəfdaş ölkə idi. Etimad ruhunda aparılan siyasi 

dialoq dövlət başçıları səviyyəsində ikitərəfli münasibətlərə müsbət tə-

sir göstərmişdir. Sonuncu dəfə 2010-cu ilin əvvələrində federal kansler 

Angela Merkel cənab prezident İlham Əlievlə, 2010-cu ilin iyun ayında 

isə Almaniyanın xarici işlər naziri cənab Dr. Gido Vestervelle öz həm-

karı cənab Elmar Məmmədyarovla görüşmüşdürlər. 

Azərbaycanda “Alman mədəniyyət ili:2009” və Almaniyada eyni tədbir-

lər silsiləsi kimi müxtəlif mədəni tədbirləri tamaşaçılara ölkələrimizin 

bədii, təsviri və musiqi incəsənətinin zirvələri ilə tanış olmaq üçün im-

kan yaratmışdır. Bununla həm alman həm azərbaycan mədəniyyəti ilə 

maraqlanan insanların sayı artmışdır. Məsələn, mən “Əli və Nino” ro-

manında tolerantliğa dair aparılan müzakirənin təsiri altına düşmüş-

düm. Bakıda anadan olmuş dünyanın ən böyük regionlarına səyahət et-

miş ziyalının bu məftunedici əsəri bir çox oxucularda şübhəsiz eyni his-

sləri oyatmışdır, baxmayaraq ki, bu əsər səksən il əvvəl ilk dəfə çap 

olunmuşdur. Əsəd Bəy və Qurban Səyid ləqəbli müəlif Lev Nussibaum 

öz vaxtsız ölümünə qədər müəyyən səbəblərə görə yaşayış yerlərini 

tez-tez dəyişməliydi. „Əli və Nino“ əsəri və Üzeyir Hacıbəyovun 1908-ci 

ildə Bakıda nümayiş etdirilən islam dünyasının ilk “Leyli və Məcnun” 

adlı operası ilə bərabər muğam və musiqinin bir çox xıridarları arasında 

populyar olan caz-muğam Xəzəryanı bölgədə cazibədar və parlaq 

mədəniyyətin nümunələridir. Əlbəttə azərbaycanlı sənətkarların Qərbi 

Avropada tanınması avropalı sənətkarların Azərbaycanda tanınmasın-

dan daha da çətin baş tuturdur. Bakının ziyalı təbəqəsi üçün Avropanın 

klassik musiqisi, ədəbiyyatı və təsviri incəsənəti haqqında ətraflı bili-

kləri əldə etmək əvəzedilməz idi. XIX-XX-əsrin “neft bumu” incəsənətin 

Bakıya gətirilməsi ü,ün maddi şərait yaratmışdır.

Almanlar artıq bu zaman xalqlararası anlaşmaya öz fəal töhvələrini ver-

mişdir: çar İkinci Aleksandr tərəfindən 1819-cu ildə ölkəyə(Helenen-

dorf) dəvət olunmuş şvab mühacirləri peşəkar ustalar, şərabçılar, tacir-

lər və mühəndislər kimi öz bilik və bacarıqları ilə Azərbaycan cə-

miyyətinə xidmət etmiş və cəmiyyətə maneəsiz inteqrasiya olunmuş-

dur. 

Yeddi ildən sonra- 2019-cu ildə- biz ilk alman mühacirlərinin Azərbayca-



na köçmələrinin 200 illiyini təntənəli şəkildə qeyd edəcəyik!

2010-cu ilin avqust ayında Bakıda alman səfiri kimi xidməti vəzifəyə 

başladığım vaxtdan etibarən mən azərbaycanlıların böyük qonaqpər-

vərliyini tərifləməkdən usanmamışam. Bu kəlmələri diplomatik nəzakət 

nümayiş etdirməyə görə deyil, gəldiyim ilk gündən özümü burada çox 

xoş hiss edtdiyimə görə deyirəm. Mən müsahibələrimdə hər vaxt 

vurğulamışam ki, Almaniyanı sevən və Almaniya haqqında heç bir mən-


fi fikiri olmayan ölkədə işləmək və yaşamaq necə də xoşdur. Mənim öl-

kəmə qarşı geniş və dərindən kök salmış müsbət təsurata rəğmən son 

həftələr laqeyd qala bilməcəyim tək-tək xoşagəlməz notlar səslənmək-

dədir. Səfir kimi mən ölkələrimiz arasında körpüsalan olmalıyam. Mən 

əsrlər boyu əsası qoyulmuş bünövrənin üzərində qəfildən buldozerlər 

işə duşdüyünü görürəmsə susaraq qala bilmərəm.

Mən mümkün səbəbləri araşdırmalı və düzəlişlər təklif etməliyəm. Mən 

ənənəvi ikitərəfli xoş əlaqələri təhlükə ilə üzləşdirən dağıdıcı qüvvələrə 

qarşı müqavimət göstərəcəyəm.

Ahəngdarlığın pozulmasının işarətini mən nədə görürəm? Azərbaycan 

haqqında Almaniyada mövcud təsuratla başlamaq istərdim: Düsself-

dorfda “Eurovision” mahni müsabiqəsində Azərbaycanın qələbəsindən 

sonra alman mətbuatı ölkənizlə daha çox maraqlanmağa başladı.

Mətbuat mövzu axtarışı zamanı Ell və Nikki habelə mədəniyyət və tu-

rizm mövzularından çox tez bir zamanda digər ziddiyyətli məzmunlara 

rast gəldi. ATƏT, Aİ, Avropa Şurasının mövqeləri və həmçinin “amnesty 

international“ təşkilatının Azərbaycan haqqında illik hesabatı bu möv-

zulara diqqəti cəlb etdi. Bu qurumların 2011-ci il ərzində siyahıya 

aldıqları Azərbaycan haqqında əsas tənqidi məqamlar 02 aprel tarixin-

də Bakıda icazəsiz keçirilmiş nümayişlərin iştirakçılarının həbs olun-

maqları, Sülh və Demokratiya İnstituttunun yerləşdiyi Leyla Yunusa 

məxsus evin 11.08-də sökülməsi, Bakının şəhərsalma layihələri çərçi-

vəsində sakinlərin öz mülklərindən məhrum etmə prosesendə qeyri-

şəffaflığı və toplaşma azadlığının mütamadi məhdudlaşdırılmasıdır. 

Həm də Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi cənab dok. 

Kristof Ştreserin Azərbaycana buraxılmaması rol oynayır. Federal Hö-

kumətin insan haqqları üzrə müvəkkili cənab Löninq 2011-ci ildə Azər-

baycanda insan haqqlarının vəziyyətinə dair üç tənqidi bəyanatla çıxış 

etmişdir. O avqust ayında Bakıya gəlmişdir. Löninq ictimayyətdə həm 

də çıxış edərək bildirmişdir ki, “Eurovision” mahnı müsabiqəsinin işti-

raçıları və qonaqları səhnə arxasına baxıb Azərbaycanda insan 

haqqlarının vəziyyəti haqqında fikir formalaşdırsınlar.

Azərbaycan mətubuatı (YAP, Bakinskiy Raboçiy, Today.Az) alman mət-

budatında olan mənfi çıxışlara Almaniyadakı vəziyyəti və hadisələri ge-

niş tənqid etməklə reaksiya verir və bununla Azərbaycan mətbuatı Al-

maniyanın Azərbaycan haqqında fikir söyləmək kimi mənəvi haqqını 

sual altına qoyur. Mən bu ittihamların xırdalığına varıb təkrara yol ver-

mək istəmirəm, lakin hər zaman ciddi müzakirələr üçün hazıram.

Hər bir oxucu mənimlə razı olar ki, digər ölkə ilə bağlı mətbuatın mənfi 

rəyi əlaqələrin dərinləşdirilməsi və yaxşılaşdırılmasına xidmət etmir, 



əksinə uçurumları dərinləşdirir. Burada biz nəzərə almalıyıq ki, mətbuat 

çox nadir hallarda məsələləri uydurur, o əks

,ər hallarda real məsələlərə toxunur. Mən Almaniyada Azərbaycan 

haqqında mətbuatda ifadə olunan fikirlərin səbəblərini göstərməyə 

çalışdım. Mən anlayıram ki, bir çox azərbaycanlı üçün ölkələri haqqında 

yazılan fikirlər mənfi və birtərəfli görsənir, bu hal onlar ı qəzəbləndirir 

və onlar hesab edirlər ki, son 20 ildə müstəqillik dövründə Azərbay-

canın müsbət inkişafı kifayət qədər dəyərləndirilməmişdir. Mən buna 

görə yaranan pis əhvali-ruhiyyəni başa düşürəm, lakin Berlindəki azər-

baycanlı həmkarım kimi mən də alman səfiri olaraq mətbuata təsir 

göstərə bilmərəm. Mən Almaniya Federal Hökumətinin Azərbaycanda 

mövcud vəziyyəti işıqlandıran müstəqil və güclü alman KİV-lərini 

müəyyən istiqamətə yönəltmək imkanının güya mövcud olması haqqın-

da söylənən fikirləri sual altına qoyuram. 

Əgər Azərbaycan Hökumətinin yuxarıda göstərilən mətbuat orqanlarına 

təsir göstərmək imkanı varsa, onda bu imkandan istifadə etsin. 

Gələcək inkişafı mən nədə görürəm? Əminəm ki, alman mətbuatında 

Azərbaycan haqqında səslənən təngidlər tezliklə yoxa çıxacaqdır. Niyə? 

Çünki Azərbaycan Hökuməti bu vəziyyətin həlli yolunu müəyyən etmiş-

dir: bu 2011-ci ilin əvvəlində cənab prezident Əliyev tərəfindən elan 

edilmiş korrupsiyaya qarşı tədbirlərin həyata keşirilməsindən ibarətdir. 

27.05.2011-ci il tarixində Respublika Günü münasibətilə dövlət 

başçısının öz çıxışında demokratik dəyərlərin qəbul olunması və hüquqi 

dövlətçiliyin bərpası haqqında söylədikləri bütün səviyyələrdə ciddi qə-

bul oluur. 27.12.2011-ci il tarixində elan edilmiş insan haqqlarına dair 

proqram həyata keçirilir. Azərbaycan Avropa Şurasının üzvü kimi öz 

siyasi öhdəliklərini ciddi qəbul edir. Konstitusiya tərəfindən təmin olun-

an mülkiyyət hüququna ehtiramla yanaşılır və sakinlərin öz mülklərin-

dən məhrum edilməsi kimi tək-tək mübaisəli hallar məhkəmə yolu ilə 

öz həllini tapır. 

Bunlara əsaslanaraq mən gələcəkdə də bütün var gücümlə alman mət-

buatının hazırda diqqət mərkəzində olan Azərbaycanın konkret pro-

blemli sahələri iyirmi il bundan öncə qurulmuş ikitərəfli çox gözəl 

əlaqələrə təsir göstərməməsinə səy göstərəcəyəm. İnanıram ki, məni 

bu məqsədə nail olmaqda kifayət qədər azərbaycanlı dost 

dəstəkləyəcəkdir. Mən alman-azərbaycan dostluğunun gələcək inkişafı-

na böyük nikbinliklə baxıram. 

Bakı, 26 aprel 2012-ci il



Yüklə 92,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin