BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elmlər seriyası
2009
“PROMETEY” JURNALINDA AZƏRBAYCANLI
MÜHACİRLƏRİN FƏALİYYƏTİ
N.YAQUBLU
Bakı Dövlət Universiteti
1996-cı ildə Türkiyədə Semih Vannerin nəşrə hazırladığı “Unutqan tarix”
kitabında prometeyçilik hərəkatı belə təqdim edilirdi: “Prometeyçilik, öncəliklə, Rus
imperatorluğunda 1917-ci il dövrümü sırasında ortaya çıxan müstəqil cumhuriy-
yətlərin başarıqsizlığından doğan, bu başarıqsızlıqdan sonra SSRİ-dən ayrılan rus
olmayan mühacirlərin qurduqları bir hərəkat olaraq tanınmalıdır. Bu hərəkatın
rəhbərləri Şərqi Avropanın paytaxtlarında yerləşdilər. Qızıl Orduya qarşı müxalifətə
qalxan bu kadrlar içəridə uğursuzluqla qarşılaşınca sürgündə bolşevizmə qarşı bir
cəbhə yaratmağa çalışdılar” (1, 17).
Həqiqətən də özünə mifoloji bir ad seçən bu hərəkat uzun ömürlü olmuş,
müxtəlif ölkələrdə yaşayan böyük nüfuz sahibi insanları bir araya gətirmişdir.
“Prometeyçi” adı ilə Varşavada, Berlində, Parisdə, İstanbulda, Şanxayda, Münhendə,
Helsinkidə, Tokioda, SSRİ ətrafında böyük bir şəbəkə qurulmuşdu. Bu hərəkatın çox
əhəmiyyətli fəaliyyətini əks etdirən “Prometey” jurnalı 1926-1938-ci illər arasında
Parisdə fasiləsiz olaraq nəşr edilmişdir.
“Prometey” haqqında daha ətraflı məlumatı fransız tarixçisi Etyen Koponun
1993-cü ildə Parisdə çap edilmiş “Prometey hərəkatı” məqaləsindən öyrənmək müm-
kündür. Həmin məqaləni tanınmış ziyalı Ramiz Abutalıbov 2006-cı ildə Moskvada
nəşr edilmiş “Parisdəki görüşlər və illər” kitabında oxuculara təqdim etmişdir.
“Prometey hərəkatı” haqqında kitabda aşağıdakı maraqlı məqamlar vardır: “Həmin
illərdə siyasi mühacirlərin əsas məskunlaşdığı yer Paris idi. Burada A. F. Kerenski
əksbolşevik təşkilatı yaratmışdı və “Gün” adlı mətbuat orqanı yayınlayırdı. Ancaq rus
əsilli olmayan əksər mühacirlər onu rus koloniya siyasətini müdafiə etməkdə, Qafqaz
və Türküstan respublikalarına müstəqillik verməməkdə günahlandırırdılar. Türkiyədə
və başqa Avropa şəhərlərində müəyyən cəhdlərdən sonra, məhz Fransada bu siyasi
mühacirlər marşal Pilsudskinin dəstəyi ilə aylıq “Prometey” jurnalını fransız dilində
nəşr etməyə başladılar. Bütün mühacirəti özünün uzunömürlülüyü ilə təəccübləndirən
bu jurnal 1926-1938-ci illərdə fasiləsiz nəşr edildi. Bütün bu dövrdə jurnalın
redaktoru gürcü Georgi Qvazava idi. 1938-ci ildə jurnalın formatı dəyişdi və o
“Revyu de Prometey” adı ilə nəşr edilməyə başladı. Həmin vaxtdan jurnalın
bağlanmasına – 1940-cı ilə qədər jurnalın baş redaktoru Ukraynanın keçmiş Xarici
İşlər Naziri (1918-ci ildə) Aleksandr Şulqin olmuşdu.
“Prometey” hərəkatı yaradılmasının ilk təəssübkeşlərindən biri Başqırdıstan
Respublikasının ilk rəhbəri olmuş (1917, noyabr) Əhməd Zəki Validov-Toğan idi.
1923-cü ildə o, Parisə gəldikdə Mustafa Çokayoğlu, Əlimərdan bəy Topçubaşov və
198
Səbri Maqsudi ilə tanış olur. 1924-cü ilin iyununda o, Polşa hökumətinin rəsmi
nümayəndəsi olan cənab Stempovski ilə görüşür. Bu görüşdə Fransada “Prometey”
jurnalının yaradılması qərara alınır. Jurnalın redaksiya heyəti və daimi müəllifləri
tərkibinə Qafqazın, Türküstanın və Ukraynanın aşağıdakı görkəmli xadimləri daxil
oldular: Məhəmməd Əmin Rəsulzadə, Noy Jordaniya, Aleksandr Şulqin, Ayaz İshaqi,
Mustafa Çokayoğlu, Miryaqub Mehdiyev və başqaları” (2, 66).
Polşada Prometeyin təşəkkül tapması ilə bağlı “Polskaya Mısl” (Polşa düşün-
cəsi”) qəzetinin redaktoru V.Bonçkovskinin “Vosxod” (“Şərq”) jurnalında çap olunan
“Prometey problemi” məqaləsi də maraqlıdır. Müəllif yazırdı: “Rusiya Lehistana
(Polşaya) çöllüklərin və Şimalın ac bir övladı kimi baxır: o öz qərb “ölkələri”ni qeyb
etdikcə, xarici Monqolustanı felən işğal edir və Çində bir Kommunist Cumhuriyyəti
vücuda gətirir. 1926-da V. İvanov: “Rus dövlətinin qüvvəti özünü işğalda göstərir”
deyə yazmışdı. Məhrəm sovet xarici siyasətinin şüarı da belə deyir: “Şərqdə Yapon
faşizmini enmək üçün onun qərbdəki arxasını məhv etmək lazımdır”. Sovetlər
İspaniyada milliyyətçi Avropa ilə hərb edir və Şanxay cəbhəsində terror hərəkatını
himayə edir. Sovetlər Avropada “xalq cəbhələri” təşkil edir və Çini Nippon ilə
çarpışmaq üçün ayaqlandırır” (3, 4).
Sonra müəllif Sovet təhlükəsindən uzaqlaşmağın yolunu məhz “Prometey”
millətçilərinin apardığı mübarizədə görür: “Bu vəziyyətin doğurduğu bir zərurətdir ki,
qısa olaraq Ukrayna, Qafqaz, Türküstan və s. ölkələr başda olmaqla Rusiyanı ayrı-
ayrı milli dövlətlərə parçalamaq şüarında ifadəsini tapan Prometey məsələsi, Lehistan
üçün əlverişli olmayan qonşu dövlətlərin inkişaf edən təzyiqlərinin indiki vəziyyətdə,
bu təzyiqin daha artıq hiss edildiyi bir məntəqədə, yəni rus-leh məntəqəsində önünə
işinə yarıyacaq ən müsbət və yeganə bir çarədir. Mübaliğə etmədən deyə bilərik ki,
qüvvətli bir dövlət və öz bütövlüyü yolunda çarpışa biləcək vəziyyətdə olmaq
mənasında, Lehistanın istiqbalı Prometey məsələsinin gerçəkləşməsi, yaxud, daimi
olaraq Rusiyanı zəif düşürməyə yarıyacaq aktual bir şəkil alacağından asılıdır.
“Prometey” həqiqəti ilə Leh həqiqəti arasındakı bağ olduqca qüvvətlidir və
bilirik ki, beynəlmiləl münasibətlər tarixində məhkum və dövlət həyatından məhrum
millətlərlə, dövlət və istiqlala sahib bir millət arasında bu dərəcə mənfəət yaxınlığını
göstərən çox az misal vardır. Lehistanın bir dövlət halında müstəqil olması və
Prometey millətlərinin əsarətdə qalması bu işə ancaq taktika və vəziyyətə aid bir
təzad və uyğunsuzluq qatmışdır” (3, 4).
Qeyd edək ki, “Prometey” ideyası getdikcə daha çox ölkədə özünə dayaq
tapırdı. Belə ölkələrdən biri də İtaliya idi. İtaliyada yaşayan gənc alim, Yaxın Şərq və
Uzaq Şərq problemlərinin tanınmış bilicisi Lauro Maynardi əsasən “Prometey”
xalqlarının problemlərindən bəhs edən “Notiziario Orientale” adlı mətbuat orqanı nəşr
etməyə başlamışdı (3, 43). Jurnalın fəaliyyət istiqamətləri haqqında redaktorun yazdı-
ğı baş məqalədən öyrənmək mümkündür: “Şərq problemlərinin diqqətli müşahidəçisi
Uzaq Şərqdəki vəziyyətə diqqət yetirməyə bilməz. Biz hər şeydən əvvəl Yaponiya ilə
Rusiya arasındakı mümkün konflikti nəzərdə tutmuruq. Məhz bu konflikt mərkəzi
bolşevik hakimiyyətini yıxıb, Rusiya imperiyasının çoxmillətli dövlətlərə
parçalanmasına səbəb ola bilər. Rusiyanın parçalanmaq formasını başa düşmək üçün
mütəxəssis olmaq da lazım deyildir. Bu, belə olacaqdır: Ukrayna, Kazaklar ölkəsi,
Qafqaz (4 xalqla: Azərbaycan, Gürcüstan, Ermənistan, Şimali Qafqaz və ya Çərkəzis-
tan), Türküstan, Sibir və s. Və bunun əsasında müstəqil dövlətlər yaranır. Bütün
bunlar Şərqi Avropada, Qara dənizdə, Yaxın və Uzaq Şərqdə yeni situasiya yaradır.
199
O ki qaldı İtaliya imperiyasına, biz təsdiq edirik ki, o, bu ölkələrin hər birində
“status-kvo”nun dəyişdirilməsində tamamilə maraqlıdır. Onu məcbur edirik ki, bizdə
Ukraynanın, Kazak torpaqlarının və Qafqazın tarixi, coğrafiyası, iqtisadiyyatı ilə
məşğul olsunlar. Və həm də bu ölkələrin milli hüquqlarını, tələblərini, gələcəkdə azad
xalqlar sırasındakı əhəmiyyətini aydınlaşdırsınlar” (3, 43).
Göründüyü kimi, İtaliyada da artıq Rusiya əsarəti altında qalan xalqların
problemlərinə diqqət yetirilirdi.
“Prometey” jurnalına siyasi və mənəvi dəstəyi verənlər arasında aşağıdakılar
vardı: Bu dəstəyi ilk verən Varşavadakı Şərqşünaslıq İnstitutu idi. İnstitutun
“Vosxod-Orient” adlı mətbu orqanı da çap olunurdu. İsveçrədəki dəstəyi isə “Jurnal
de Jenev” qəzetinin baş redaktoru Jan Marten idi. Lakin “Prometey”in ən nüfuzlu
lobbisti, 20 ilə qədər İsveçrənin Xarici İşlər Naziri və Millətlər Liqasında əsas
məruzəçisi olmuş Cüzeppe Motta idi. Məhz onun fəallığı ilə 1922-ci ildə Gürcüstanın
Millətlər Liqasına daxil olması haqqında qərar qəbul edilmişdi. Cüzeppe Motta SSRİ-
nin 1934-cü ildə Millətlər Liqasına daxil edilməsinin qəti əleyhdarı idi.
Fransada isə “Prometey”i Senatın prezidenti Pol Dummerin başçılıq etdiyi
“Frans-Orian” Komitəsi, eləcə də Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli,
Türkiyənin Parisdəki səfiri Fəthi bəy, Mustafa Çokayoğlu, türkoloq Jozef Kastanye
və başqaları müdafiə edirdilər...
Qeyd olunmalıdır ki, “Prometey” redaksiyası SSRİ ilə bağlı əksər məlumatı
Türkiyədən alırdı. Jurnalın bu bölməsinin əsas müəllifləri M.Ə.Rəsulzadə, Miryaqub
Mehdiyev, Mustafa Çokayoğlu, S.Menaqari və A.Asatiani idilər. “Prometey”də ən
çox “İstiqlal”dan (Berlin, redaktor M.Ə.Rəsulzadə - red.), “Azərbaycan Yurd Bilgisi”,
“Yeni Qafqasiya”, “Yeni Türküstan” və “Odlu Yurd”dan (İstanbul) yazılar çap
edilirdi. “Prometey”in xidməti sayəsində Avropa ictimaiyyəti Zaqafqaziyadakı
sürgünlər, həbslər haqqında məlumat əldə edirdilər...
Qeyd etdiyimiz kimi, 1938-ci ildən başlayaraq “Prometey” jurnalı adında və
formatında dəyişiklik etdi. Həmin ildən jurnal bu adla nəşr edilməyə başladı: “La
Revyu de Prometey”.
Yeni adla nəşr edilən jurnal daha çox Prometey hərəkatının ensiklopediyası
tendensiyasına üstünlük verirdi. Jurnalın yeni nəşrinin ilk sayında Varşava Universi-
tetinin professoru A.Lotoçskinin 1905-ci ildə Rusiya Müsəlmanlarının keçirdiyi ilk
toplantıya həsr edilən məqaləsi çap olunmuşdur. Müəllif bu ideyanın inkişaf etdirilə-
rək 1917-1918-ci illərdə bəhrə verdiyini yazırdı. Məhz bu ideya rus olmayan xalqların
Rusiyadan tamamilə ayrılmasına və milli dövlətlərini qurmasına şərait yaradırdı.
Müəllif yazırdı: “Muxtariyyatçı-federalistlərin Birliyi və əzilən xalqların müasir
təşkilatların yalnız bir şüarı vardır... Millətçiliyimiz uğrunda, hamı birimiz üçün,
birimiz hamı üçün!” (4).
Həmin sayda “Jurnal de Geneve” jurnalının şef-redaktoru, qafqazlı mühacirlə-
rin yaxın dostu J.Marşenin də maraqlı məqaləsi çap olunmuşdur. Müəllif təəssüf edir
ki, İspaniya və Çində olan müharibələr və digər Avropa problemləri Qafqaz
məsələsini arxa plana atmışdır. Lakin o, göstərir ki, Qafqaza diqqət yenidən
artacaqdır: “Qafqaz yenidən dirçələcəkdir. Mən buna tam şəkildə inanıram. İnanıram
ki, ayrı-ayrı Qafqaz dövlətlərinin patriotları həmrəy olub, birlikdə işləyəcəklər” (4).
Jurnalın ədəbiyyat bölməsində isə azərbaycanlı mühacir doktor Miryaqubun
Füzuli və Şah İsmayıl Xətainin yaradıcılığının dərin təhlili verilmişdir.
200
1939-cu ildə Polşanın nasist Almaniyası tərəfindən işğalı ilə bağlı “Revyu de
Prometey” jurnalının nəşri üçün də problemlər yarandı. Mustafa Çokay, A.Şulqin,
Miryaqub Mehdiyev, Noy Jordaniya bütün həmyerlilərinə müraciət edib, onları
alman-sovet koalisiyasına qarşı müqavimətə çağırırdılar. Sonuncu sayın redaksiya
məqaləsində (8-9 aprel, 1940-cı il) oxuculara təklif edilirdi ki, cuma və xolera
xəstəlikləri arasında seçim etmək lazım deyil, sadəcə Finlandiyanın qəhrəmanlıq
mübarizəsindən nümunə götürmək lazımdır” (2, 66-67-68).
“Prometey”in yaradılmasında ilk təşəbbüsçülər sırasında M.Ə.Rəsulzadənin də
adı çəkilir. Tədqiqatçı X.İbrahimlinin “Azərbaycan siyasi mühacirəti” kitabında
yazılır: “Hələ 1923-cü ilin iyunun 26-da çıxan “Yeni Qafqasiya” məcmuəsinin birinci
nömrəsində M.Ə.Rəsulzadə Zevsin Prometeyi Qafqaz dağlarına zəncirlənməsini və
qartalın onun ciyərlərini hər gün didməsini, Azərbaycanın, eyni zamanda Qafqazın
mövcud siyasi durumu ilə əlaqələndirərək yazırdı: “Qafqasiyanın tarixini, son əsrdəki
güzəran edən əhalini və bir xassə indiki vəziyyətini ifadə etmək üçün bu əsatirdən
daha gözəl bir rəmz tanımaq mümkün deyil” (5, 150). Azərbaycanı və Qafqazı
Prometey adlandıran müəllif onu parçalayıb, qanına qəltan edənin gerbində ikibaşlı
qartal həkk edilən Rusiya imperiyası olduğunu göstərirdi. Bu yazının analoji variantı
Birliyin 1926-cı il yanvarın 10-dan çıxmağa başlayan eyni adlı jurnalının birinci
sayında da dərc edilmişdi” (5, 150).
“Prometey”in yaranma tarixi və fəaliyyəti ilə bağlı alman tədqiqatçısı
Muhlenin və Polşa tarixçisi Mikuliçin də araşdırmaları maraqlıdır.
Tanınmış tədqiqatçı Mirzə Bala Məmmədzadə isə “Prometey”in ayrıca bir
gənclər şöbəsi olması haqqında məlumatlar bildirir: “Kommunist firqələri və
Komintern yeni kadrosunu gənc kommunistlər birliyindən alır. Buna qarşı məhkum
millətlərin gəncləri “Pometey” Gənclər Təşkilatı yaratmalı və yaşlı nəslin açdıqları
istiqlal davasını davam etdirəcək kadro və nəsil yetişdirməlidirlər” (6, 7).
Qeyd edək ki, “Prometey” təşkilatı özünün əsas orqanı olan “Prometey”i nəşr
etməklə yanaşı, ayrı-ayrı xalqların mühacirət mətbuatı orqanlarına da maddi dəstək
göstərirdi. Mühacirlərin aşağıdakı yayım orqanlarını bu sıraya daxil etmək mümkündür:
1) Parisdə gürcülərin çap etdiyi “Sakartvelo”; 2) Rumıniyada Krım tatarlarının nəşr etdiyi
“Əməl”; 3) Varşavada nəşr olunan “Kavkaz”, (Şimali Kavkas); 4) İdil-Ural türklərinin
yayım orqanı olan “Yana Milli Yol” (“Yeni Milli Yol”); 5) Türküstanlıların nəşri olan
“Yaş Türküstan” (“Gənc Türküstan”); 6) Azərbaycanlıların nəşr etdiyi “Kurtuluş”.
Qeyd edək ki, 20-30-cu illərdə azərbaycanlı mühacirlərin də fəallığı ilə Qafqaz
Birliyi ideyası reallaşıb ciddi təşkilata çevrildi. Azərbaycandan, Gürcüstandan, Şimali
Qafqazdan olan təmsilçilər bu ad altında əslində çoxdan fəaliyyət göstərirdilər. Qeyd
olunmalıdır ki, hələ 1915-ci ildə Səlim bəy Behbudovun fəallığı ilə ayrıca Qafqaz Ko-
mitəsi yaradılmış, sonradan bu məsələ 1918-ci ildə Trabzon konfransında, 1919-cu ildə
Müsavat Partiyasının qurultayında əsaslandırılmışdı. Qeyd olunmalıdır ki, Qafqaz
birliyi ideyası ilə bağlı məlumatlara da “Prometey” jurnalında rast gəlmək mümkündür.
Qeyd edək ki, Azərbaycanda həmin illərdə yaşayan polyaklar həmişə bu
ideyanın tərəfdarı olmuşlar. Belə ki, 1920-ci ilin aprelin 7-də Qafqaz Respublikaları-
nın Tiflis konfransında Azərbaycan nümayəndə heyətindən olan H. Ağayev (heyətin
rəisi), F.Xoyski, M.Vəkilovla yanaşı polyak-tatar O.H.Mirzə Kriçinski də təşəbbüs
göstərib Qafqaz Cumhuriyyətləri Şurası yaratmaq barədə razılaşma əldə etmişdilər.
Şuranın yaradılması ilə bağlı 24 maddədən ibarət layihəsini isə O. Nayman Mirzə
201
Kriçinski hazırlamışdı. Lakin 1920-ci ilin aprelin 27-də bolşeviklərin Azərbaycanı
işğal etməsi səbəbindən bu layihə həyata keçirilmədi (7).
Lakin bu istiqamətdə çalışmalar davam edirdi. 1921-ci ildə Şimali Qafqaz,
Azərbaycan, Gürcüstan, Ermənistan hümayəndə heyətləri arasında Parisdə müraciət
imzalandı (5, 159). 1924-cü ilin oktyabr-noyabr aylarında Azərbaycan, Gürcüstan və
Şimali Qafqasiya təmsilçiləri yenidən Parisdə toplaşır və “Qafqasiya Sovet Rus
qüvvətlərindən qurtular-qurtulmaz, yüksək dövlət strukturlarının birləşməsi yolu ilə
bir federalist qurum yaratmaq” planlaşdırılır. Məlum olduğu kimi, hələ 1924-cü ilin
iyunun 11-də Azərbaycan, Gürcüstan və Şimali Qafqaz nümayəndələrinin imzaladığı
protokol əsasında formalaşan Daimi Şura öz qarşısına üç respublika adından
diplomatik işlər aparmağı və bu xalqların bir konfederativ dövlətdə birləşdirilməsi
üçün bütün tədbirləri görməyi qarşısına məqsəd qoyurdu. Göründüyü kimi, Qafqaz
Konfederasiyasının formalaşması üçün ciddi addımlar atılırdı.
Bununla bağlı təmsilçilər 1924-cü ilin sonlarında qurtuluş mücadiləsini
dəstəkləməklə səlahiyyətli bir Qafqasiya Komitəsi qurur (1, 37).
1927-ci ildə Varşavada müstəqillik elanının 10 illiyi ilə bağlı keçirilən tədbirlərdə
qafqazlı təmsilçilərdən ibarət bir konfederasiya yaratmaq ilkin olaraq səslənir. Bir il
sonra isə bu qurumun adından Millətlər Cəmiyyətinə önəmli bir nota verilir (8, 1-3).
Qafqaz Birliyi ilə bağlı formalaşan bu qurumun fəaliyyətinə Polşa dövləti
böyük köməklik edirdi. Eyni zamanda Polşa bu təşkilatın fəaliyyətini də əlaqələndirir,
maliyyə işində dəstək göstərirdi.
Qafqaz Konfederasiya görüşünü vacib bilən Azərbaycan, Gürcüstan və Şimali
Qafqazın mühacirətdəki milli təmsilçiləri 1934-cü ilin 14 iyulunda Belçikanın mərkəz
şəhəri Brüsseldə toplaşaraq “Qafqaz Konfederasiya sazişi”ni imzaladılar. Ermənistan
təmsilçiləri isə sazişi imzalamaqdan imtina etdilər.
Qafqaz Konfederasiya sazişini (misaqini) Azərbaycan, Gürcüstan və Şimali
Qafqaz təmsilçiləri olaraq aşağıdakı liderlər imzalamışdılar: 1) Azərbaycan adına:
Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan Milli Şurasının keçmiş rəisi, Müsavat
Partiyası və Azərbaycan Milli Mərkəzi lideri; Əlimərdan bəy Topçubaşov – Azərbay-
can parlamentinin keçmiş sədri və Azərbaycan Cumhuriyyəti Nümayəndə Heyəti
sədri. 2) Gürcüstan adına: Neo Jordaniya – Gürcüstan Cumhuriyyətinin keçmiş Cum-
hurbaşqanı və Gürcüstan Milli Mərkəzinin rəisi; Ə.Çxenkeli – Gürcüstan Cumhuriy-
yətinin Parisdəki keçmiş nümayəndəsi; 3) Şimali Qafqaz adına: Şimali Qafqaz Cum-
huriyyətinin keçmiş dövlət adamları – Məhəmməd Girey Sunc, İbrahim Çulik,
Tausultan Şakman.
Sazişin ümumi müddəalarından göründüyü kimi, bu milli mübarizə liderləri bir
həqiqəti yəqinləşdirmişdilər ki, yalnız ölkələrinin azadlıq və tam istiqlala qovuşacağı
təqdirdə millətlərin xoşbəxt həyatı mümkündür. Aydın olurdu ki, bu xalqların bir-
birinə inam birliyindən siyasi və iqtisadi vəhdətin olacağı mümkündür.
Konfederasiyaya daxil olan hər bir cumhuriyyətin dövlət hüdudularının qorunması da
önəmli bir hadisə idi.
Bu tarixi hadisədən məmnun qalan M.Ə.Rəsulzadə həmin ilin noyabrında dünya-
sını dəyişən Ə.M.Topçubaşovun dəfn mərasimində demişdi: “Xəstəliyin, qocalığın və
mühacirətdəki yoxsulluğun zəif saldığı həyatının son günlərində imzaladığı Qafqasya
Konfederasyonu Musaqinin elanından Əlimərdan bəy son dərəcə məmnun idi” (7).
“Prometey” jurnalında mühacirlərin Qafqaz birliyi istiqamətində çalışmaları öz
geniş əksini tapmışdır.
202
Dostları ilə paylaş: |