Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021



Yüklə 315,92 Kb.
səhifə82/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   78   79   80   81   82   83   84   85   ...   90
60 saatlıq mühazirələr 2021-2022

1921-ci il mayda Bakıda I Ümumazərbaycan Sovetlər Qurultayı keçirildi. Qurultayda Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul edildi. Onun başlıca müddəaları, əslində, RSFSR-in birinci Konstitusiyasının təkrarı idi. Konstitusiya bəyan edirdi ki, Azərbaycanda ali hakimiyyət fəhlələrə və əməkçi kəndlilərə, öz əməyi ilə yaşayanların hamısına məxsusdur. Azərbaycan SSR Konstitusiyası vicdan, mətbuat və söz azadlıqlarını bəyan edirdi. Əsas qanunda irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, bərabərlik təsbit edilir, milli azlıqların mənafeyinin qorunmasına təminat verilirdi. Konstitusiya təsdiq edildikdən sonra və onun tələbinə uyğun olaraq Azərbaycan İnqilab Komitəsi ləğv edildi. Ali qanunverici hakimiyyət qurultayda seçilmiş Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin əlində cəmləşdi. Ali İcraedici hakimiyyət isə Azərbaycan SSR Xalq Komissarları Sovetinə məxsus oldu. N.Nərimanov yenidən Azərbaycan SSR XKS-in sədri seçildi. Beləliklə, Azərbaycanda “sovet milli dövlət quruculuğunun” hüquqi cəhətdən təşəkkülünün ilkin mərhələsi başa çatdı. Azərbaycan SSR bütün müsəlman aləmində yeni tipli ilk sovet respublikası oldu.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin