4) Zorakı kollektivləşdirmə: 1929-cu ildən ölkənin bütün şəhərlərində ərzaq məhsullarının kartoçka5yolu ilə paylanması sisteminə keçildi. 1930-cu ildə Azərbaycan SSR-də elliklə kollektivləşdirmə daha da sürətləndirildi Hökumət bu kollektivləşdirmə siyasətini həyata keçirərkən qolçomaqları bir sinif kimi məhv etmək vəzifəsini irəli sürdü. Kollektivləşmənin 3 əsas forması var: 1) Toz- kəndlilərin torpağı birgə şəkildə becərməsi, 2)Kommuna- ailədən başqa, hər şey ümumiləşdirilir, yəni kənddə istehsalın və hətta kəndlinin məişət həyatının ən yüksək səviyyədə ictimailəşdirilməsi. Bu zaman kəndlinin şəxsi təsərrüfatının mövcudluğuna yol verilmir, hətta ev əşyaları və toyuq-cücəsi də ümumiləşdirilirdi. Kazarma tipli bu təsərrüfatda kəndlilər əsgərlər kimi bir yerdə işləyir və birlikdə də yeyirdilər, 3) Artel- əsas istehsal vasitələri olan torpaq, əmək alətləri və iş heyvanlannm birləşdirilməsi. Yaxşı təsərrüfatçı olan qolçomaqlarla hökumət çox amansız davrandı. Onlar səsvermə hüququndan məhrum edildi, muzdlu işçi işlətmələri, texnika icarəyə vermələri qadağan edildi, ardınca da torpaqları və əmlakları müsadirə olundu. Sovet cəza orqanları tərəfindən qolçomaqların bir hissəsi güllələndi, qalanları isə ailəsi ilə birlikdə Sibirə və Qazaxıstana sürgün edildi. “Qolçomaqlıqdan salma” adı altında Azərbaycanda 200 min nəfərdən çox kəndlinin əmlakı müsadirə edildi, özləri güllələndi, ya da sürgünə göndərildi. Hökumətin müəyyən etdiyi “qolçomaqları bir sinif kimi ləğvetmə planı” dolmayanda, ortabab kəndliləri də qolçomaq siyahısına salıb məhv edirdilər. 1937-ci ildə Azərbaycan kəndində kolxoz quruluşununtam qələbə qazandığı rəsmən elan olundu. Sovet hökuməti 1950-ci illərin sonuna qədər kəndlini ölkənin tamhüquqlu vətəndaşı saymır, onlara pasport vermirdi. Ona görə kolxozçu kəndlinin yaşadığı yeri tərk edib işləmək üçün şəhərə getmək imkanı yox idi. Yaşadığı yeri tərk edə bilməyən kolxozçu kəndli, əslində, təhkimli vəziyyətinə salınmışdı. Kollektivləşdirməyə qarşı üsyan və çıxışlar: 1930-cu ildə üsyanlardan biri Şəmkirdə baş verdi. Əhalinin bütün təbəqələri, hətta hökumətin dayağı sayılan yerli kommunistlər və milis işçiləri də üsyana qoşuldu. 1930-cu ildə üsyançıların gizlədilməsi adı altında Gədəbəyin Çayoba kəndində hökumətin keçirdiyi cəza əməliyyatı xüsusilə amansız olmuşdu. “Çayoba faciəsi” zamanı kənddəki evlər yandırılmış və 14-ü uşaq olmaqla, 36 dinc sakin qətlə yetirilmişdi. 1930-cu ildə Şəki-Zaqatala bölgəsində böyük üsyana səbəb oldu. Üsyana Şəkinin Baş Göynük kəndində baş vermiş üsyana Molla Mustafa Şeyxzadə başçılıq edirdi. Şəkinin ardınca Zaqatala və Balakənə də üsyanın yayılması hökuməti bərk qorxuya saldı. 1930-cu ildə Naxçıvanda və Ordubadda sovet hakimiyyətinə qarşı böyük üsyan baş verdi. Üsyanların hamısı qanla boğuldu.