Naxçıvan bölgəsinin erməni silahlı qüvvələrinin təcavüzündən müdafiəsində Kazım Qarabəkir paşa (1882-1948) mühüm xidmətlər göstərmişdir. Lakin Mudros sazişinə görə Osmanlı qoşunları Naxçıvanı da tərk etməli oldu. Milli vətənpərvər qüvvələr Naxçıvan bölgəsini erməni təcavüzündən qorumaq üçün 1918-ci ilnoyabrındaAraz-Türk Respublikasını yaratdılar. Bu qurum Naxçıvanın erməni hücumlarından qorunmasında həlledici rol oynadı. AXC hökuməti 1919-cu il 28 fevraldaNaxçıvan general-qubernatorluğu yaratdı. Bəhram xan Naxçıvanski general-qubernator təyin edildi.
1918-ci ilin aprelindənetibarən Lənkəran bölgəsini vaxtilə burada məskunlaşdırılmış rus-molokan əhalisinin yardımı ilə Azərbaycandan ayıraraq əvvəl ağqvardiyaçılar, sonra isə bolşeviklər nəzarətdə saxlayırdılar. 1919-cu ilin mayında bolşeviklər burada Sovet hakimiyyətinin qurulduğunu və Muğan Sovet Respublikasının yaradıldığını elan etdilər. Sovet Rusiyası separatçılara silah-sursat və pulla yardım edirdi. AXC ordusunun əsas hissələri bu zaman Qarabağın dağlıq ərazisindəerməni separatçılarına qarşı mübarizə aparırdı. Digər qismi isə şimaldan gələn təhlükə ilə bağlı sərhədlərin müdafiəsinə göndərilmişdi. Buna görə də yalnız 1919-cu ilin avqustunda bölgəyə gələn general Həbib bəy Səlimovun başçılığı iləMilli Ordu hissələri separat Muğan Sovet Respublikasını ləğv etdi.
Milli hökumət indiki Dağıstan ərazisində yaranmış Dağlılar respublikası ilə 1918-ci ilin oktyabr - noyabr aylarında bir neçə müqavilə bağlayaraq bu respublikaya 10 milyon manat yardım da göstərmişdi. 1919-cu ildə Dağlılar respublikası Denikinin təcavüzünə məruz qalmış və bizim qədim Dərbənd şəhəri də işğal olunmuşdu. Denikinin əsas məqsədinin bütün Azərbaycanı işğal etmək olduğunu aydın surətdə dərk edən Cümhuriyyət hökuməti dərhal nizami ordu hissələrini Şimal sərhədlərimizdə yerləşdirmişdi.