Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) 20-30-cu illər Mədəni quruculuq tədbirləri



Yüklə 315,92 Kb.
səhifə87/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   82   83   84   85   86   87   88   89   90
60 saatlıq mühazirələr 2021-2022

6) 20-30-cu illər Mədəni quruculuq tədbirləri. Sovet hakimiyyətinin mədəniyyət sahəsində əsas məqsədi sosialist dünyagörüşünə malik olan, yeni quruluşa sədaqətli gənc nəsil yetişdirmək idi. Azərbaycanın Moskvaya tabe edilən iqtisadiyyatını inkişaf etdirmək üçün də savadlı yerli kadrlar hazırlamaq lazım idi. Sovet hökuməti 1923-cu ildə “savadsızlıqla mübarizə” kampaniyasına başladı, bazar günü və axşam kursları açdı. Bu kurslarda fəhlələrə əlifba, yazmaq və oxumaq öyrədilirdi. 1920 - 1930-cu illərdə hökumət Azərbaycanda ali təhsilin inkişafı üçün Pedaqoji, Politexnik, Tibb və Kənd Təsərrüfatı institutları açıldı. Bakıda Şərqin ilk konservatoriyası fəaliyyətə başladı. İctimai elmlər sovet ideologiyasının güclü təsirinə məruz qalsa da, 1920–30-cu illərdə bu sahədə bir sıra addımlar atıldı. 1923-cü ildə Azərbaycanı Öyrənən Cəmiyyət Azərbaycan Arxeologiya Komitəsi təşkil olundu. Xocalı-Gədəbəy, Yaloylutəpə, Qızılvəng kimi arxeoloji mədəniyyətlər aşkar edildi. 1929-cu ildə isə Azərbaycanı Öyrənən Cəmiyyətin əsasında Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu (Az.DETİ) yaradıldı. Əslində, Azərbaycan elmi, onun idarəetmə orqanları dövlət strukturunun tərkib hissəsinə çevrilərək, digər sahələrdə olduğu kimi, fəaliyyətini partiya rəhbərliyinin tam nəzarəti altında, onun göstərişləri əsasında qururdu. Sovet hakimiyyəti kütlələrin kommunist ruhlu bədii əsərlərlə “tərbiyələndirilməsini” özünün ideoloji fəaliyyətində başlıca vəzifə elan etmişdi. 


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin