Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) Azərbaycanda sovet hökumətinin  iqtisadi tədbirləri



Yüklə 315,92 Kb.
səhifə84/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   80   81   82   83   84   85   86   87   ...   90
60 saatlıq mühazirələr 2021-2022

3) Azərbaycanda sovet hökumətinin  iqtisadi tədbirləri: 20-30-cu illərin iqtisadi-sosial və ictimai-siyasi vəziyyətin şərti xronologiyası: 1) 1920-ci 26 avqust-1921-ci il 17 may- Hərbi kommunizm; 2) 1921-1925-ci illər-Yeni İqtisadi Siyasət (YİS); 3) 1925-1930-cu illər-Birtərəfli sənayeləşdirmə; 4) 1930-1937-ci illər Zorakı kollektivləşdirmə; 5) 1937-1938-ci illər Kütləvi repressiyalar.

Hərbi kommunizm: 1920-ci il 26 avqust Azərbaycan İnqilab Komitəsi taxıl ticarətinin dövlət inhisarına alınması haqqında dekret qəbul etdi. Sentyabrın sonlarında isə ərzaq sapalağıümumi əmək mükəlləfiyyətlərinin tətbiq edilməsi ilə Hərbi kommunizm siyasəti rəsmən tətbiq olunmağa başladı. Əhalinin istehsal etdiyi və öz tələbatından artıq olan ərzaq məhsulları “şəhərlərdə aclıq çəkən fəhlələrə çatdırılması” adı ilə zorla müsadirə edilir, əvəzində kəndlilərə qəpik-quruş ödənilirdi. Bu tədbirlər fəhlələrdən ibarət xüsusi dəstələr tərəfindən həyata keçirilirdi. Əslində isə əhalinin əziyyətlə becərdiyi məhsul Azərbaycanda olan Qırmızı Ordunun ehtiyaclarına sərf olunur, həmçinin ərzaqla bağlı çətinlik çəkən Rusiya qəzalarına göndərilirdi.  "Hərbi kommunizm" siyasətinin ən mühüm tədbirləri: 1) iqtisadiyyatın hərbi tələbat üçün yenidən qurulması, 2) iri, orta və qismən də xırda sənayenin milliləşdirilməsi, 3) xüsusi ticarətin qadağan edilməsi, 4) ərzaq sapalağının (yəni kəndlilərin artıq ərzaq məhzulunu möhkəm qiymətlərlə dövlətə məcburi qaydada təhvil verməsi) tətbiqi, 5) bölüşdürmənin mərkəzləşdirilməsi (kartoçka sistemi). XI ordunun ac və qarət edilmiş Azərbaycana qaytarılmasının tamamilə qeyri-mümkünlüyü" barədə məlumatı ədalətli sayan V.İ.Lenin 1921-ci il martın 29-da RK(b)P MK Siyasi bürosunun tapşırığı ilə Q.K.Orconikidzeyə teleqram göndərmişdi; "Bu ordunu Gürcüstanda saxlamaq və xaricdən taxıl gətirilməsini necə olursa-olsun sürətləndirmək üçün ən ciddi tədbirlər görün". V.Lenin kəndlilərdən müəyyən edildiyi qədər taxıl toplanmadığını gördükdə qəzəbləndi. Zorakılıqlara müqavimət göstərən bölgələrdəki kəndlilərə 1920-ci ildə qorxunc cəza verildi: bu kəndlilərin yalnız artıq taxılı deyil, eyni zamanda əllərindəki toxumluq taxıl da toplanılacaqdı. Toxumların yığılması kəndlilərin yeni məhsul əldə edə bilməmələriqıtlıq nəticəsində ölmələri mənasına gəlirdi. Elə belə də oldu. 1921-1922-ci illərdə Rusiya sərhədləri daxilində 29 milyon insan aclıq çəkirdi Onlardan 5 milyonu aclıq nəticəsində həyatını itirdi.

Yeni İqtisadi Siyasət (YİS): 1921-ci il 17 may ”Bütün növ məhsul inhisarının ləğv edilməsi haqqında” dekret verdi. Bu dekretə əsasən yeni iqtisadi siyasətə (YİS) keçid elan olunur, respublikanın hər yerində ərzaq sapalağı ləğv edilir və ticarət azadlığına icazə verilirdi. Azərbaycanda ərzaq şapalağı ləğv ediləndən sonra Sovet Rusiyasından fərqli olaraq dərhal ərzaq vergisinə keçilmədi. N.Nərimanovun təşəbbüsü ilə Azərbaycan kəndində əvvəlcə hər kəndli təsərrüfatı üzərinə 20 girvənkə (8 kq) taxıldan ibarət çanaq adlanan könüllü natural vergi qoyuldu. 1922-ci ilin 3 may Azərbaycan kəndində də ərzaq vergisi tətbiq olundu. Ərzaq vergisinin tətbiqi Azərbaycan kəndlisinin vəziyyətini xeyli yüngülləşdirdi. Kəndli bu vergini ödəyəndən sonra ixtiyarında qalan məhsulu sərbəst şəkildə bazarda sata bilərdi. YİS-dövründə milliləşdirilmiş sənaye müəssisələrinin bir hissəsi köhnə sahiblərinə və ya xarici şirkətlərə icarəyə verildi. Nəticədə, Şəhərlə kənd arasında əlaqələr genişləndi və ticarət canlandı, ortabab və varlı kəndli (qolçomaq) təsərrüfatlarının xüsusi çəkisi xeyli artdı.

Birtərəfli (sosialistcəsinə)sənayeləşdirmə: Özünü fəhlə-kəndli hökuməti adlandıran sovet hakimiyyəti burjuaziyanın və istismarçı siniflərin güclənərək dövlət üçün təhlükəyə çevrilməsini bəhanə gətirərək 1925-ci ilin dekabrında bütün ölkədə sosialistcəsinə senayeləşdirmə xəttini elan etdi. Azərbaycanda sənayeləşmə dövründə, əsasən, iki sahəyəneft sənayesielektrikləşməyə daha çox diqqət yetirilirdi. 1926-cı ildə Bakıda ilk neftayırma - krekinq zavodunun tikintisinə başlandı. 1930-cu ildə Bakı-Batum neft kəmərinin bərpası başa çatdırıldı. Kəmər neftin daha tez və ucuz daşınmasını təmin edirdi. XX əsrin 20 - 30-cu illərində Azərbaycan SSR-də neft çıxarılması səkkiz dəfə artdı. Gəncə Azərbaycanın II sənaye mərkəzinə çevrildi. 1926-cı ildə Bakı - Sabunçu elektrik dəmir yolu xətti işə salındı. Bu, SSRİ-də elektriklə işləyən ilk dəmir yolu xətti idi. Çoxdan inşasına başlanan Bakı-Culfa dəmir yolunun Mincivan stansiyasına kimi çəkilişi 1940-cı ildə başa çatdırıldı. 1937-ci ildə Bakı-Moskva arasında müntəzəm hava uçuşlarına başlandı. Sənayeləşdirmə əsas nəticəsi odur ki, Azərbaycan aqrar respublikadan aqrar-sənaye respublikasına çevrildi. Sənayeləşdirmə nəticəsində 1930-cu illərin ortalarında Azərbaycanda azad bazar münasibətləri tamamilə ləğv edildi, təsərrüfatda planlı sosialist sisteminin hökmranlığı bərqərar oldu. Yeni istifadəyə verilmiş müəssisələrin hesabına 1930-cu illərin ortalarında sənaye məhsullarının və elektrik enerjisinin istehsal səviyyəsinə görə sovet Azərbaycanı SSRİ-də (Rusiya və Ukrayna SSR-dən sonra) III yeri tuturdu. 


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin