Qrup: M561at tələbə: Namətova Fəridə Müəllim



Yüklə 428 Kb.
tarix16.03.2023
ölçüsü428 Kb.
#88071
1. Müəssisədə yerinə yetirilən işlərlə və əsas fəaliyyət istiqaməti ilə tanışlıq


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti
Fakültə: Maşınqayırma və robototexnika
Kafedra: Metallurgiya və materiallar texnologiyası


Sərbəst iş
Kurs: II
Qrup: M561aT
Tələbə: Namətova Fəridə
Müəllim: prof. Hüseynov Rafiq


Bakı – 2023
Müəssisədə yerinə yetirilən işlərlə və əsas fəaliyyət istiqaməti ilə tanışlıq.
ATEF Group — Azərbaycan ATEF Şirkətlər Qrupu 1961-ci ildə fəaliyyətə başlayan Bakı Mayesiz Transformatorlar Zavodunun bazasında qurulub. Müəssisə güc transformatorları və geniş çeşidli digər elektrik avadanlıqlarının istehsalı üzrə ixtisaslaşıb.
Müəssisə keçmiş SSRİ məkanında müttəfiq respublikaları əsasən quru tip paylayıcı transformatorlarla təchiz edib.
1997-ci ildən təkmilləşməyə başlayan zavod çoxsaylı bölmələrə malik sənaye qurumuna — ATEF Şirkətlər Qrupuna çevrilib. Mərkəzi ofisi Bakıda yerləşən şirkət hazırda yalnız Azərbaycanın deyil, onlarla ölkənin enerji təminatında yaxından iştirak edir.
Şirkət tərəfindən həyata keçirilən yenidənqurma işlərindən dərhal sonra yağlı tip transformatorların, eləcə də yeni nəsil quru tip transformatorların istehsalına sərmayə qoyulub. Güc transformatorları, yüksək və orta gərginlikli elektrik avadanlıqlarının istehsalı üzrə ixtisaslaşan şirkət sənaye, dəmir yolu, energetika və digər sahələr üzrə hazır eksklüziv həllər təklif edir.
Şirkət hazırda transformator, reaktor, paylayıcı qurğular, yarımstansiya komponentlərini, dəmir yolu kontakt şəbəkəsi detalları da daxil olmaqla, müxtəlif çeşidləri bazara çıxarır.
Zavodlar

  • İri Qabaritli Transformatorlar Zavodu

  • ATEF Elektromaş Zavodu

  • ATEF Transformator Zavodu

  • Yüksək Gərginlikli Avadanlıqlar Zavodu

  • Metal Konstruksiya Zavodu

  • Tökmə Məmulatları Zavodu

  • Kabel Məhsulları Zavodu

  • Dəqiq Mexaniki Emal Zavodu

  • Bərk İzolyasiya Zavodu

Məhsullar:


ATEF Şirkətlər Qrupu güc transformatorları, yağlı tip paylayıcı transformatorlar, tökmə izolyasiyalı quru tip transformatorlar, paylayıcı qurğular, mühafizə və idarəetmə panelləri, cərəyanı məhdudlaşdırıcı və şuntlama reaktorları, reaktiv güc kompensatorları, ölçü transformatorları, elektrik açarları, ayırıcılar və torpaqlayıcılar, güc və nəzarət kabelləri, transpozisiya edilmiş (CTC) məftillər, dəmir yol kontakt şəbəkəsi detalları və s. məhsullar istehsal edir.

  • Servis və xidmətlər

  • Layihələndirmə

  • Quraşdırma və sazlama

  • Servis xidmətləri

  • Maşın və mexanizmlər parkı

Hal-hazırda təcrübənin aparıldığı zavod “Metal Kostruksiya Zavodu”-dur. Burada, elektrokontakt qaynaq maşınları mövcuddur. Transformatorun konsollarının düzəldilməsi və həmçinin çən düzəldərkən bu texnologiyadan bəzən istifadə edilir. Mən, Namətova Fəridə, burada texniki şöbədə konstruktor olaraq çalışıram. Burada, güc transformatorlarının hesabatının aparılmasında mənə həm yerli həm də xarici mütəxəssislər kömək edir.


İri Qabaritli Transformatorlar Zavodunun rəsmi açılışı 2016-cı ildə reallaşan müəssisə gücü 800 MVA qədər 525 kV gərginlik səviyyəsinə malik yüksək keyfiyyətli güc transformatorlarının kütləvi istehsalı üçün nəzərdə tutulub.

Zavod SAGMA, GEORG və HEDRIC kimi aparıcı şirkətlərin müasir avadanlıq və istehsalat xətləri ilə təchiz edilib. İstehsalat sahələrində 300 tona qədər yük götürmə qabiliyyətinə malik DEMAG körpü kranları, həmçinin 500 tona qədər ağırlığı olan hissələri daşıya bilən hava yastıqları quraşdırılıb.

Əsas istehsal üçün nəzərdə tutulmuş texnoloji xətlərlə yanaşı, zavodda quraşdırılmış avtomatik rejimdə işləyən vakuum sobaları sarğıların ön qurutma və sıxışdırma (sarğı boylarının tənzimlənməsi) prosesini sürətləndirir və izolyasiya müqavimətinin də effektiv şəkildə artmasına kömək edir. 
Transformatorların aktiv hissələrini qurutmaq istifadə edilən solvent buxarlı güclü vakuum sobaları qurutma müddətinin əhəmiyyətli dərəcədə azalmasına və məhsulun keyfiyyətinin daha da yüksəlməsinə imkan verir.
Zavodda iri qabaritli güc transformatorlarından əlavə, 110 kV-dan 220 kV-a qədər dəyişən cərəyan və gərginlik ölçü transformatorlarının istehsalı da həyata keçirilir. Almaniyanın HIGH VOLT firmasının avadanlıqları ilə təchiz edilmiş müasir sınaq laboratoriyası bütün lazımi testləri yüksək dəqiqliklə aparmağa imkan verir və nəticədə məhsulların bütün parametrlərinin standartlara uyğunluğunu təmin edir.
ATEF hazırda dünya səviyyəli güc transformatorlarının və geniş çeşidli digər elektrik avadanlıqlarının nəhəng istehsalçısıdır. Bu gün enerji, dəmir yolu və neft-qaz sektorları da daxil olmaqla, onlarla sahədə xidmət göstərmək iqtidarındadır.

H al-hazırda ən böyük uğurlardan biri ATEF Şirkətlər Qrupu Gürcüstana növbəti ixracını reallaşdırıb.


İri Qabaritli Transformatorlar Zavodunda istehsal edilən 4 ədəd 133 MVA 330/220/10 kV avtotransformator "Qardabani-500" yarımstansiyasında quraşdırılıb (Şəkil 1).

Şəkil 1. Gürcüstan Qardabani-500 yarımstansiyası

2011-ci ildə fəaliyyətə başlayan Metal Konstruksiya Zavodu ATEF Şirkətlər Qrupunun öz vəsaiti hesabına inşa edilib. 
Müəssisədə quraşdırılan ən müasir texnoloji xətlər və avadanlıqlar metalların hər növ emalı üçün, o cümlədən, düz və həcmli hissələrin plazma kəsimi, mişarlama, doğrama, deşmə, avtomat və yarımavtomatik rejimlərdə qoruyucu qaz altında qaynağı kimi geniş çeşidli texnoloji əməliyyatlar aparmağa imkan verir.

Bu tip avadanlıqlar sırasına aşağıdakılar aiddir:


- Metalların ilkin təmizlənməsi üçün yüksək təzyiqli qumlama xətti
- Beş başlıqlı qazla kəsmə avadanlığı (100 mm qalınlığa qədər) 
- Dvutavr, şveller və künclüklərin avtomatik qaynaq xətləri
- U profil (şveller) əymə xətti
- Z profillərinin istehsalı xətti
- EHX dirəkləri üçün avtomatik kəsmə-deşmə xətti
- Diametri 650 mm qədər olan boruların fiqurlu kəsilməsi üçün avadanlıq
- Lazer kəsimi
- Plazma kəsimi
- Gilyotin qayçı
- Koordinatlı deşmə dəzgahı
- Əymə dəzgahı
- Qumlama və rəngləmə kabinələri və s.

Metal Konstruksiya zavodunun əsas üstünlüklərindən biri də müəssisədə uzunluğu 14 m-ə qədər olan qaynar sinkləmə xəttinin olmasıdır.


ATEF Şirkətlər Qrupunun dünyada yüksək gərginlikli güc transformatorları bazarında özünəməxsus yeri var. Şirkət gərginlik sinfi 525 kV və gücü 800 MVA qədər olan yağ izolyasiyalı transformatorlar və reaktorlar istehsal edir.

Bu məhsulların hazırlanması üçün şirkətimiz unikal layihələndirmə konsepsiyasına malikdir. Bunun sayəsində həm istehsal prosesini sürətləndirə, həm də beynəlxalq keyfiyyət parametrlərinə cavab verməyi bacarırıq. 

ATEF markası altında istehsal olunan transformatorlar KEMA və CESI kimi nüfuzlu beynəlxalq laboratoriyalar tərəfindən test edilərək sertifikatlaşdırılıb.

İstehsal etdiyimiz güc transformatorlarına aşağıdakı çeşidlərimiz daxildir:



· Alçaldıcı transformatorlar
· Yüksəldici transformatorlar
· Faza sürüşdürmə transformatorları
· Dartı transformatorları
· Avtotransformatorlar
· Qövs transformatorları
· Elektrik soba transformatorları
· Şuntlama reaktorları
Yüklə 428 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin