5) Kütləvi represiyalar: 1936-cı ildə qəbul edilmiş SSRİ-nin II Konstitusiyasına görə ZSFSR ləğv edildi. Azərbaycan SSR birbaşa Sovet İttifaqının tərkibində müttəfiq respublika elan edildi. 1937-ci ildə isə Azərbaycan SSR-in II Konstitusiyası qəbul edildi. Xalqımızın və dilimizin "türk" adı dəyişdirilərək "Azarbaycan" adlandırıldı. Konstitusiyada Azərbaycan vətəndaşlarına, formal da olsa, geniş demokratik azadlıqlar və hüquqlar verilmişdi. Ümumi və birbaşa seçki hüququ elan edilmişdi. Lakin bu hüquqların heç bir real təminatı yox idi. Repressiyanın 3 əsas məqsədi var: 1) Siyasi rəqiblərini aradan götürmək (siyasətçi, hərbçi, partiya üzvləri və s); 2) Millətin düşünən beyinlərini- ziyalıları, şair, yazıçı, alim və s məhv etmək; 3) Cəmiyyətdə böyük qorxu və xof yaratmaqla totalitar rejim qurmaq. 1933-cü ilin dekabnnda Azərbaycan K(b)P MK-nm birinci katibi vəzifəsinə gətirilmiş MirCəfər Bağırov (1933-1953) o vaxtlar partiyanın Zaqafqaziya Diyar Komitəsinin I katibi işləyən Beriyanın himayədarlığı və özünün sərt, amansız xarakteri və ciddi işgüzarlığı sayəsində Azərbaycanda vahid və güclü hakimiyyət qura bilmişdi. “Əks-inqilabi fəaliyyət göstərdiyi”, “xarici kəşfiyyatlara casusluq etdiyi”, “Stalinə və onun silahdaşlarına qarşı terror hazırladığı” və s. uydurma ittihamlarla milyonlarla insan həbs olundu, güllələndi və sürgün edildi. Həbs olunanların istintaqı 10 gün ərzində başa çatdırılır, apelyasiya və bağışlanma barəsində müraciət hüquqları rədd edilir, güllələnmə cəzası hökmün çıxarılmasından dərhal sonra icra olunurdu. “Əks-inqilabi cinayətlər”ə görə həbs olunanların böyük qismi güllələnmişdi. Repressiyalar sovet ordusunun komandir heyətinə böyük zərbə vurdu. 1937–1938-ci illərin repressiyaları dövründə ordu ilə donanmanın komandir və siyasi rəhbərlərinin 45%-ə qədəri məhv edildi. Bu isə İkinci Dünya müharibəsinin ilk dövründə sovet ordusunun ağır məğlubiyyətlərinə səbəb oldu. Bolşevik sovet rejiminə sədaqətlə xidmət edərək Moskvanın xalqımıza qarşı yeritdiyi müstəmləkəçilik siyasətinin həyata keçirilməsində misilsiz rol oynayan və M.C.Bağırovla hakimiyyət uğrunda mübarizədə məğlub olmuş Əliheydər Qarayev, Ruhulla Axundov, Qəzənfər Musabəyov, Həmid Sultanov, Dadaş Bünyadzadə, Sultan Məcid Əfəndiyev, Ayna Sultanova kimi partiya və dövlət xadimlərinə də divan tutulmuş və onlar da repressiyanın zirvəsi sayılan 1937-ci ildə güllələnmişdilər. 1938-ci ildə A.Sultanova qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalmış və xalq düşməni kimi güllələnmişdir. Xalqımızın tarixi, dili və ədəbiyyatı üzrə sanballı tədqiqatlar aparmış alimlərimiz Bəkir Çobanzadə, Salman Mümtaz, görkəmli şairlərimiz Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Tağı Şahbazi, Yusif Vəzir Çəmənzəminli, Hənəfi Zeynallı, Vəli Xuluflu, Əli Nazim, habelə incəsənət xadimi və Azərbaycanın ilk qadın pianoçularından biri olan Xədicə Qayıbova (1893-1938) və s. repressiyaya məruz qalanlar içərisində idilər. Bu dəhşətli illərdə 29 min nəfər günahsız adam məhv edildi. Azərbaycan SSR-də kütləvi repressiyalar digər sovet respublikalarından daha amansız olmasının səbəbi o illərdə Azərbaycanın 51 rayonundan 31-də Daxili İşlər Komissarlığının yerli şöbələrinə erməni nümayəndələrinin başçılıq etməsi idi.