Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) Formal müstəqilliyin ləğvi. Ərazi bürövlüyümüzə yeni qəsdlər



Yüklə 315,92 Kb.
səhifə83/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   79   80   81   82   83   84   85   86   ...   90
60 saatlıq mühazirələr 2021-2022

2) Formal müstəqilliyin ləğvi. Ərazi bürövlüyümüzə yeni qəsdlər. Azərbaycan SSR yarandığı gündən sözdə müstəqil olsa da, faktiki Sovet Rusiyasının əlində oyuncaq qurum idi. Ölkəmiz Rusiyanın göndərdiyi xüsusi və fövqəladə səlahiyyətli S.Orconikidze, A.Mikoyan, S.Kirov, Sarkis, L.Mirzoyan, V.Polonski tərəfindən idarə olunurdu.  1920-ci il 30 sentyabrda RSFSR-lə Azərbaycan SSR arasında “hərbi-iqtisadi ittifaq” müqaviləsi bağlandı. Bu müqavilə ilə təkcə faktiki (real) deyil, formal (rəsmi) olaraq hərbi, daxili və xarici ticarəti Rusiyanın əlinə keçdi. 1922-ci il 12 martda Azərbaycan, Gürcüstan və Ermənistan arasında Moskvanın göstərişi ilə ittifaq müqaviləsinin imzalanması ilə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) yaradıldı və Azərbaycan SSR-nin formal müstəqilliyinə son qoyuldu. Üç sovet respublikası federasiya şəklində birləşdirildi. Yeni federativ respublika vahid iqtisadi məkana və vahid büdcəyə malik idi. 1922-ci il 30 dekabrda Moskvada I Ümumittifaq Sovetlər qurultayında Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaradıldı. Yeni ittifaq dövlətinin tərkibinə RSFSR, Ukrayna SSR, Belarusiya SSR və ZSFSR daxil edildi. 1924-cü ildə SSRİ-nin birinci Konstitusiyası qəbul olundu. Konstitusiyada SSRİ-nin tərkibinə daxil olan müttəfiq respublikaların formal olsa da, hüquq bərabərliyi öz əksini tapmışdı. Ərazi bürövlüyümüzə yeni qəsdlər: Sovet Rusiyası ilə Ermənistan Respublikası arasında 1920-ci il avqustun 10-da saziş bağlandı. Sazişdə Azərbaycanın Şərur-Dərələyəz bölgəsinin Ermənistana verilməsi nəzərdə tutulurdu. Bu azmış kimi, əzəli torpaqlarımız olan Zəngəzur, Naxçıvan, Qarabağ isə “mübahisəli ərazi” hesab edilirdi.  1921-ci ildə respublikalar arasında bağlanmış sazişə əsasən, Gürcüstan Zaqatala dairəsinə olan bütün iddialarından əl çəkdi. Lakin 1921-ci ildə Borçalı qəzasının mərkəzi hissəsi Gürcüstana verildi. 1922-ci ildə  Gürcüstanın maraqlarını əsas götürərək Azərbaycanın Qarayazı torpağını 2 yerə böldü. Yuxarı Qarayazı Gürcüstanın tərkibinə qatıldı. 1923-cü il 7 iyul Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayati (DQMV) yaradılması haqqında qərar verdi. Mərkəzi kimi Xankəndi seçildi. 2 ay sonra Xankəndinin adını dəyişərək Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırdılar.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakının siyasi təsirindən kənarda qalan yeganə ərazi Naxçıvan bölgəsi idi. Ermənistanın silahlı qüvvələrinin təcavüzkar hərəkəti nəticəsində Naxçıvan diyarında gərginlik davam edirdi. 1920-ci ilin iyununda Veysəl bəyin başçılığı ilə Naxçıvana göndərilmiş Türkiyə qoşun hissələri erməni təcavüzkarlarına qarşı mübarizədə naxçıvanlılara imkan daxilində kömək etməli idi. Müəyyən hərbi hazırlıqdan sonra XI Qırmızı Ordunun hissələri iyulun 28-də Naxçıvana daxil oldular. Naxçıvanda türk qoşunları olmasını Sovet Rusiyası və Sovet Ermənistanı rəhbərliyi nəzərə almalı oldu. 1921-ci il 16 martında Sovet Rusiyası ilə Türkiyə arasında Moskva müqaviləsinə görəNaxçıvan bölgəsi Azərbaycanın himayəsi altında muxtar ərazi vahidi kimi təşkil olunmalı idi. Azərbaycan Naxçıvanla bağlı hüququnu hər hansı bir üçüncü dövlətə güzəştə getməməli idi. 1921-ci ilin 13 Oktyabrda Rusiyanın iştirakı ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında Qars müqaviləsi imzalandı. Bu müqavilə ilə Naxçıvanın Azərbaycana məxsusluğu bir daha təsdiq edildi. Naxçıvanın bir muxtar ərazi kimi dəqiq sərhədləri də müəyyən olundu. 1924-cü il 9 fevral Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) yaradılması haqqında dekret imzaladı. MR-nın ərazisi 6 min kv.km-ə yaxın idi. Lakin Moskvanın antiazərbaycan siyasəti nəticəsində Naxçıvana məxsus bir çox ərazilər Ermənistana güzəşt edildi. Muxtar respublikanın ərazisi azalaraq 5,5 min kv. km-ə endi. Bu azmış kimi, 1929-1930-cu illərdə OrdubadZəngilan rayonlarının bəzi kəndləri hesabına yaradılmış Mehri rayonu Ermənistana verildi.

Moskvanın rəhbərliyi ilə həyata keçirilən ərazi-sərhəd dəyişikliklərinin nəticəsi Azərbaycan üçün fəlakətli oldu. 1) Şimali Azərbaycanın ərazisi 97,3 min kv.km-dən azalaraq 86,6 min kv. km-ə endi. 2) Azərbaycan torpaqları hesabına Ermənistanın ərazisi 10 min kv. km-dən 30 min kv. km-ə, Gürcüstanın ərazisi isə 70 min kv. km-ə çatdırıldı.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin