3) AXC-nin daxili siyasəti. Dövlət quruluşu: Cümhuriyyət dövründə Şimali Azərbaycanın dəqiq müəyyən olunmuş ərazisi 97,3 min kv.km idi. Gürcüstan və Ermənistanla mübahisəli sayılan torpaqlara iddia qaldırılmışdı. Həmin torpaqlarla birgə ümumi ərazimiz 114 min kv.km çatırdı. Respublikada 3,3 milyon nəfərə yaxın əhali yaşayırdı. AXC parlamentli respublika idi. Qanunverici hakimiyyət orqanı kimi parlament, İcraedici hakimiyyəthökumətə məxsus idi. 1918-ci il 17 iyunda buraxılan Milli Şura həmin il 16 noyabrda parlamenti formalaşdırmaqüçün yenidən bərpa olunmuş və 19 noyabrda parlament haqqında qanun vermişdi. Bu qanuna görə 120 nəfərdən ibarət olacaq təkpalatalı Parlamentə Milli Şuranın 44 üzvündən əlavə, Şimali Azərbaycamn 2 milyon 862 min nəfərə çatan ümumi əhalisinin 1 milyon 952 min nəfərini, yəni 68% -ni təşkil edən müsəlman türklərindən daha 36 nümayəndə seçilməsi (birlikdə cəmi 80 nəfər) nəzərdə tutulmuşdu. Cümhuriyyət hökuməti öz prinsiplərinə sadiq qalaraq ölkəmizdə sığınacaq tapmış 500 mindən çox erməniyə parlamentdə 21 yer, sayı 214 min nəfər olan ruslara 10 yer, 4 yer milli azlıqların (yəhudi, gürcü, alman və polyak) isə hərəsinə bir yer və 5 yer isə həmkarlar ittifaqlarına ayırmışdı. 1918-ci il dekabrın 7-də AXC-nin qanunverici orqanı olan Parlamentin işə başlaması ilə Milli Şuranın fəaliyyətinə xitam verildi. M.Ə.Rəsulzadə ilk iclasda bütün deputatlara müraciət edərək bildirdi ki, “Vətən qayğısını və millət duyğusunu” hər şeydən yüksək tutmaq lazımdır. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun 1-ci müavini seçildi.. 1918-ci il 26 dekabrdaF.Xoyskinin başçılığı ilə III hökumətkabineti yaradıldı. IV (14 mart-22 dekabr 1919-cu il) və V (22 dekabr 1919-30 mart 1920) hökumət kabinetlərinə Nəsib bəy Yusifbəylirəhbərlik etmişdi. 1918-ci il 27 iyun tarixli fərmanla türk dili Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət dili elan olunmuşdu. Parlamentdə Azərbaycan türk dili işlənir və rəsmi sənədlərin hamısı bu dildə tərtib olunurdu. Azərbaycan Parlamenti mövcud olduğu dövrdə ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatının ən vacib məsələləri ilə bağlı 300-dən çox qanun qəbul etmişdi. 24 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ aypara və 8 guşəli ulduz təsviri olan qırmızı bayraq Dövlət bayrağı kimi təsdiq edildi. Lakin 1918-ci il 9 noyabrda bu bayraq göy, qırmızı və yaşıl zolaqlardan ibarət yeni Dövlət bayrağı ilə əvəz olundu. Cümhuriyyət elan etdiyi təməl prinsiplərinə sadiq qalaraq 1918-ci il 23 avqustvətəndaşlıq haqda fərman, 1919-cu il 11 avqustda Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul etdi. Ordu quruculuğu:Cümhuriyyət yarananda cəmi 600 nəfərdən ibarət kiçik hərbi qüvvəsi var idi. Daxili və xarici düşmənlərin çoxluğu şəraitində bu qüvvə ilə istiqlalımızı və ərazi bütövlüyümüzü qorumaq mümkün deyildi. 1918-ci il 26 iyunda “Müsəlman korpusu”nu “Azərbaycan korpusu”adlandırdı. Ölkədə ümumi səfərbərlik elan edildi. Müsəlman etiqadlı vətəndaşlar hərbi qulluğa çağırıldılar. 1918-ci il 1 noyabrda F.Xoyskinin başçılığı ilə Hərbi Nazirlik yaradıldı. 25 dekabrda isə Hərbi nazir olan Səməd bəy Mehmandarovun və müavini Əliağa Şıxlinskinin rəhbərliyi ilə milli ordu quruculuğu uğurla aparılırdı. 1920-ci ildə nizami Azərbaycan ordusunda 40 min əsgər və zabit xidmət edirdi. Onlarin 30 mini piyada,10 mini atlı qoşun idi. 1919-cu ilin yayında hökumətin böyük səyləri nəticəsində Xəzər Hərbi Donanmasıyaradıldı. İqtisadi-sosial tədbirlər: Milli hökumət ilk növbədə sərvətlərimizin xaricə daşınmasının qarşısını almaq üçün 1918-ci il 27 iyun fərmanı ilə taxıl məhsullarının, heyvanların və ət məhsullarının, pambıq, yun, ipək məmulatlarının Azərbaycandan kənara çıxarılmasını qadağan etdi. Bütün sərhəd keçid məntəqələrində gömrük xidmətinin yaradılmasına başlandı. 1918-ci il 27 avqust ölkə daxilində azad ticarətin aparılması haqqında fərman verildi. 5 oktyabr 1918-ci il tarixli fərmanla Bakı XKS-in milliləşdirilmə haqqında dekretlərini ləğv etdi. Bütün neft mədənləri, fabrik-zavodlar, ticarət gəmiləri əvvəlki sahiblərinə qaytarıldı. 1918-ci il 22 sentyabr hökumət Bakı bonu adlandırılan milli pul vahidinin dövriyyəyəburaxılması haqqında qərar verdi. Hökumət maliyyə - pul sistemini nizamlamaq üçün 1919-cu il 30 sentyabrda Dövlət Bankı yaratdı. Cümhuriyyət hökumətinin sosial siyasəti "Müsavat" partiyasının təqdim etdiyi proqram əsasında həyata keçirilirdi. Bu proqramda əksini tapnuş 8 saatlıq iş günü, həftədə bir gün istirahət, gecə növbəsinin ləğvi və məktəbyaşlı uşaqların işə cəlb olunmasının qadağan edilməsi, qadınlara ancaq onların sağlamlığına ziyan vurmayan işdə çalışmağa icazə verilməsi, qadınlar işləyən müəssisələrdə hökmən körpələr evinin olması, sosial sığortanın tətbiqikimi çox mühüm tələblərin həyata keçirilməsinə Milli hökumət və onun yaratdığı Əmək Nazirliyi xüsusi diqqət yetirirdi. Dövlət büdcəsinin gəlirlərinin ölkə üzrə ümumi xərclərin ödənilməsinə kifayət etmədiyi bir şəraitdə Cümhuriyyət hökuməti fəhlə və qulluqçuların əmək haqqı və müavinətlərlə təmin olunmasına xüsusi diqqət yetirirdi. 1919-cu ilin 1 yanvardanfəhlələrə maaşla yanaşı, ailəli vətəndaşlara ayda 300 manat, ailəsizlərə isə 120 manat pul vəsaitinin verilməsi haqqında qərar çıxarılmışdı. Azərbaycanda əhalinin 76%-ikənd təsərrüfatı sahəsində çalışdığından torpaq məsələsi sosial - iqtisadi problemlər içərisində ilk yerdə dururdu. Parlamentin "Müsavat" fraksiyası tərəfindən hazırlanıb, 1920-ci il fevralın 16-da müzakirəyə təqdim edilən aqrar məsələ üzrə qanun layihəsində bir hissəsi sahibkarların ixtiyarında saxlanılmaqla, qalan torpaqlann əvəzsiz olaraq alınıb dövlət torpaq fonduna daxil edilməsi, sonra isə əvəzi ödənilmədən pulsuz kəndlilərə paylanması nəzərdə tutulmuşdu. İctimai, elmi-mədəni tədbirlər: Milli hökumətin mədəniyyət sahəsindəki siyasəti ilk növbədə milli təhsil sisteminin yaradılmasına, dövlət quruculuğu sahəsində ən kəskin problem olan milli kadrların hazırlanmasına, milli dövlətçiliyə sədaqətli və milli mənəviyyata malik olan yeni bir gənc nəsil yetişdirməyə yönəlmişdi. Heç də təsadüfi deyil ki. Cümhuriyyət hökuməti bu sahədə fəaliyyətinə təhsil müəssisələrinin milliləşdirilməsindən başladı. Cümhuriyyət hökumətinin 1918-ci il 28 avqust tarixli qərarı ilə respublikanın ibtidai məktəblərində şagirdlər öz ana dilində təhsil almalı idilər. Rəsmi dövlət dili olan türk dili məktəblərdə məcburi fənn kimi öyrənilirdi. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Firudin bəy Köçərlinintəşəbbüsü ilə 1918-ci il 16 noyabrında Qazaxa köçürüldü və onun əsasında Qazax Müəllimlər Seminariyası təşkil edildi. Ali təhsilli milli kadrların hazırlanması məqsəd ilə parlament 1919-cu il sentyabrın 1-dəBakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul etdi. 15 noyabrda Universitetdə əvvəlcə iki: tarix-filologiya və tibb fakültələri fəaliyyətə başladı. BDU-nun ilk rektoruVasili Razumovski, BDU-nun ilk azərbaycanlı rektoruTağı Şahbazi olmuşdur.BDU-nun nəzdində yaradılmış “Müsəlman Şərqini öyrənən cəmiyyət” Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi və təbliğ edilməsində mühüm işlər görürdü. Xalqın milli ruhda maarifləndirilməsi, azərbaycançılıq və türkçülük ideyalarının geniş şəkildə təbliğ olunması işində H.Z.Tağıyevin sədrlik etdiyi "Nəşri - maarif’ cəmiyyəti, 1918-ci ildə yaradılmış "Türk ocağı" cəmiyyəti böyük rol oynayırdı. 1919-cu ilin martında çoxlu sayda kitab fondu olan ilk Milli kitabxana açıldı. 1919-cu il7 dekabrda Parlamentin binasında açılmış “İstiqlal” muzeyində Azərbaycanın azadlıq və istiqlalına dair sənədlər, materiallar, arxeoloji tapıntılar, silahlar, rəsm əsərləri, xalçalar və s. toplanmışdı. 1918 - 1920-ci illər Azərbaycanda milli teatrın inkişafında mühüm mərhələ hesab olunur. 1918-ci il 18 oktyabrında Dövlət Teatrı təşkil olundu. Onun səhnəsində ilk tamaşaya qoyulan əsər N.Nərimanovun “Nadir şah” faciəsi idi. Üzeyir və Zülfüqar Hacıbəyli qardaşlarının rəhbərlik etdiyi teatr truppasının böyük səyləri nəticəsində 1919-cu ilinnoyabrında Azərbaycan Dövlət Türk Opera Dram Teatrı yaradıldı. Hökumətin rəsmi orqanı olan "Azərbaycan" qəzeti Azərbaycan və rus dillərində hər gün çıxırdı. "Azərbaycan" qəzeti ilə yanaşı, "İqbal", "Birlik" və "Açıq söz" qəzetləri xalqın milli şüurunun formalaşmasında mühüm rol oynayırdı. Hökumətin ciddi səyləri nəticəsində 1920-ci ilin mart ayında Azərbaycan Teleqraf Agentliyi (Azər TAC) yaradıldı. 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ölkələrin (Almaniya, Fransa, Osmanlı, İtaliya, Böyük Britaniya, Rusiya) ali məktəblərində təhsil alması üçün göndərilmələri haqqında qərar qəbul etdi. Rusiyadakı vəziyyətlə əlaqədar nəzərdə tutulmuş 13 nəfəri oraya göndərmək mümkün olmadı. Mədəni sahədə keçirilməsi nəzərdə tutulan islahatlardan biri də əlifba ilə bağlı idi. 1919-cu ilin martında AXC hökumətinin qərarı ilə yaradılmış Əlifba İslahatı Komissiyası latın əlifbasına keçilməsi haqqında təqdim olunan layihəni bəyənsə də, Sovet Rusiyasının ölkəni işğal etməsi səbəbindən islahatı axıra kimi həyata keçirə bilmədi.