MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ


Bağırsaq infeksiyaları və onların profilaktikası



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə72/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   68   69   70   71   72   73   74   75   ...   184
Bağırsaq infeksiyaları və onların profilaktikası 
Kəskin  bağırsaq  infeksiyalarına  qarın  yatalağı,  paratif  A  və  B,  qanlı  ishal, 
vəba,  salmonellalar,  infeksion  hepatit  və  s.  daxildir.  Bu  infeksiyalar  üçün 
xarakterik  cəhət  törədicilərin  birtipli  lokalizasiyasıdır  (yerləşməsidir),  eyni 
yoluxma  mexanizmi (fenol-oral, əlaqə-mənşət), xəstəliyin oxşar klinik əlamətlərin 
(mədə-bağırsaq  pozğunluqları)  və  eyni  tipli  profilaktikanın  olmasıdır.  İnfeksiya 
mənbəyi xəstə insan və bakteriya daşıyıcılarıdır. Lakin paratif B və salmonellanın 
mənbəyi  insanla  bərabər  bəzi  heyvanlar  vasitəsi  ilə  də  ola  bilər  (iribuynuzlu 
malqara, donuz, quşlar). 
Bağırsaq  infeksiyalarının  yayılmasında  qida  və  su  ilə  keçməsi  amili  başlıca 
rol  oynayır.  Bu  da  törədicilərin  suda  və  yemdə  uzun  müddət  qalması  ilə 
əlaqədardır. Məlumdur ki, qida məhsullarına bağırsaq infeksiyasının düşməsi xəstə 
adamların əli ilə və bakteriyadaşıyıcılarıdır. 
Qidanın  yoluxması  qida  məhsullarını,  yeməkxana  və  mətbəx  qab-qacaqlarını 
çirkli  su  ilə  yumaqla  baş  verə  bilər.  Qida  məhsullarının  bağırsaq  infeksiyası  ilə 
yoluxma  törədiciləri  ilə  yoluxması,  həmçinin  milçək  və  gəmiricilərdə  ola  bilər. 
İnfeksiyaya  yoluxmanın  ən  qorxulusu  istifadədən  əvvəl  isti  emal  keçməmiş  qida 
məhsulları  ilə  (meyvə,  tərəvəz,  vineqret  –  həftəbecər,  salat)  və  yaxud  isti  emaldan 
sonra (süd, süd məhsulları, başayaq, döyülmüş ət). 


88 
 
Qarın  yatalağı  və  A  və  B  paratiflər  –  bakteriya  təbiətli  kəskin  infeksion 
xəstəlikdir.  Qarın  yatalağı,  A  və  B  paratifin  törədiciləri  bağırsaq  bakteriyası 
fəsiləsinin  salmonella  cinsinə  aiddir.  Morfologiyasına  görə  çöp  şəkilli  olub,  bir-
birindəniaz  fərqlənir,  hərəkətli,  sporsuz,  kapsulasız  olub,  qram-mənfidir.  Bunlar 
fakultativ anaerob olub, 37°C temperaturda yaxşı inkişaf edir. Bu bakteriyalar 60-
65°C  temperaturda  30-45  dəqiqə  müddətində  qızdırılmaqla  və  müxtəlif 
dezinfeksiyaedici  maddələrin  –  karbol  turşusu,  xlorlu  əhəng,  xloramin  və  s. 
təsirindən  bir  neçə  dəqiqə  müddətinə  tələf  olur.  Xarici  mühitdə  uzun  müddət  bu 
bakteriyalar  qala  bilər.  Xəstəliyin  inkubasiya  dövrü  10-15  gündür.  İnsan 
orqanizminə  bu  çöplər  ağızdan  daxil  olub,  nazik  bağırsaqlardan  limfa  yolları 
müsariqə vəzifələrinə keçib çoxalırlar. 
Bağırsaq  infeksiyalarının  yayılmasında  qida  və  su  ilə  keçməsi  amili  başlıca 
rol  oynayır.  Bu  da,  törədicilərin  suda  və  yemdə  uzun  müddət  qalması  ilə 
əlaqədardır.  Məlumdur  ki,  qida  məhsullarına  bağırsaq  infeksiyalarının  düşməsi 
xəstə adamların əli ilə və bakteriya daşıyıcılarıdır. 
Qidanın  yoluxması  qida  məhsullarını  yeməkxana  və  mətbəx  qab-qacaqlarını 
çirkli  su  ilə  yumaqla  baş  verə  bilər.  Qida  məhsullarının  bağırsaq  infeksiyası  ilə 
yoluxma  törədiciləri  ilə  yoluxması  və  həmçinin  milçək  və  gəmiricilər  də  ola  bilər. 
İnfeksiyaya yoluxmanın qorxulusu istifadədən əvvəl isti emal keçmiş qida məhsulları 
ilə (meyvə-tərəvəz, vineqred, həftəbecər, salat) və yaxud isti emaldan sonra (süd və 
süd məhsulları, başayaq, döyülmüş ət). 
 Qarın  yatalağı  və  A  və  B  paratiflər.  Bakteriya  təbiətli  kəskin  infeksiya 
keçməsidir.  Qarın  yatalağı  A  və  B  paratifin  törədiciləri  bağırsaq  bakteriyası 
fəsiləsinin  salmanella  cinsinə  aiddir.  Morfologiyasına  görə  çop  şəkilli  olub,  bir-
birindən  az  fərqlənir,  hərəkətli,  sporsuz,  kapsulasız  olub,  qram-mənfidir.  Bunlar 
fakultətiv anaerob olub, 37°C temperaturda yaxşı inkişaf edir. Bu bakteriyalar 60-
65°C  temperaturda  30-45  dəqiqə  müddətində  qızdırmaqla  və  müxtəlif 
dezinfeksiyaedici  maddələrin  -  karbon  turşusu,  xlorlu  əhəng,  xloramin  və  s. 
təsirindən  bir  neçə  dəqiqə  müddətinə  tələf  olur.  Xarici  mühitdə  uzun  müddət  bu 
bakteriyalar  qala  bilər.  Xəstəliyin  inqubasiya  dövrü  10-15  gündür.  İnsan 


89 
 
orqanizminə bu çöplər ağızdan daxil olub, nazik bağırsaqlar limfa yolları müsariqə 
vəzifələrinə keçib, çoxalırlar. 
Gizli  dövrün  axırında  bakteriyalar  qana  keçib  bakterieliya  dövrünün 
başlanmasına  səbəb  olur.  nazik  bağırsaqların  iltihabı,  yaraları  nəticəsində  iti 
bağırsaq  pozğunluğu  əmələ  gəlməklə  temperatur  yüksəlir  və  ümumi  zəiflik  baş 
verir. Xəstəlik 4  həftəyə qədər davam edə  bilir. Çox  vaxt  xəstə sağaldıqdan sonra 
onun  ödündə  uzun  müddət  qarın  yatalağı  mikrobları  tapılır.  Xəstəlikdən  sağalan 
adamların  3-5%  bir  neçə  ay  və  bəzən  daha  çox  müddət  ərzində  basildaşıyan  ola 
bilir. 
Vəba.  Vəba  törədici  mikroorqanizmlərin  iki  növ  müxtəlifliyi  –  Kox  vəba 
vibrionu  və  El-Tor  vibrionu  mövcuddur.  Əsas  morfoloji  xassələrinə  görə  bu 
vibrionlar  bir-birindən  az  fərqlənir.  Lakin  El-Tor  vəba  törədicisinin  az  patogen 
olması  ilə  əlaqədar  bir  sıra  epidemioloji  xüsusiyyəti  vardır.  Belə  ki,  bu  vibrionla 
xəstələndikdə  xəstə  insan  uzun  müddət  onun  daşıyıcısı  olur.  Onlar  xarici  mühitin 
təsirinə  çox  davamlıdır.  Bunlar  hamısı  xəstəliyin  vaxtında  aşkar  olunmasına  və 
təcridliyinə təsir edə bilər. 
Vibrionlar  yüngül  əyilmiş  çöp  formasında  olur;  spor  və  kapsula  əmələ 
gətirmir.  Tənəffüs  tipinə  görə  mütləq  anaerobdur.  Vəba  vibrionu  16-40°C 
temperaturda  çoxalmaq  qabiliyyətinə  malikdir.  İnkişafı  üçün  optimal  temperatura 
25-38°C-dir.  Yüksək  temperatura  və  dezinfeksiya  vasitələrinə  davamsızdır. 
Rütubətli  mühitdə 80°C 5 dəqiqə  müddətinə  olur, 60°C qızdırıldıqda  30 dəqiqədə 
və qaynatdıqda  isə 1 dəqiqə olur. 2  litr suda 0,3mq  fəal  xlor qatışığında tez  məhv 
olur.  Vəba  vibrionu  turşuların  təsirinə  çox  həssasdır,  bundan  yoluxma  mənbəyi 
obyektlərinin  dezinfeksiyasında  və  mühiti  zərərləşdirməkdə  nəzərə  alırlar.  Lakin 
vəba törədiciləri ətraf mühitdə uzun müddət sağ qala bilər. Onlar həyat fəaliyyətini 
nəcisdə  3  gündən  çox,  torpaqda  –  8-dən  91,  axar  suda  -  3-5,  su  həvəsində  -7-13, 
dəniz  suyunda  –  10-dan  60  günə  qədər  saxlaya  bilər.  Vəba  vibrionları  qida 
məhsullarında  həyat  fəaliyyətlərini  yaxşı  saxlaya  bilirlər.  Məhsulun  növündən  və 
saxlanma şəraitdən asılı olaraq bir aya qədər həyat fəaliyyətlərini saxlaya bilirlər. 


90 
 
İnkubasiya  dövrü  bir  neçə  saatdan  5  günədək  uzana  bilər.  Xəstəlik  adətən 
qəflətən  başlayır.  Qusmaq,  qarın  işləməsi  baş  verir.  Birinci  gündə  maye  itirilməsi 
10-15  və  daha  çoxa  çata  bilər.  Bəzi  hallarda  vəbanın  yalnız  bağırsaq  pozğunluğu 
ilə müşahidə olunan yüngül formasında rast gəlinir. Belə halları forması ən çox El-
Tor  vibrionu  səbəb  olur.  vəba  vibrionunun  ifraz  olunma  müddəti  xəstəlikdən 
sağalmışlarda  3  həftədən  artıq  olmur  və  çox  az  hallarda  48-56  günə  qədər  davam 
edir. 
Salmonellalar  –  bu  salmonellar  tərəfindən  törədilən  infeksion  xəstəlikdir. 
Çoxlu  miqdarda  samonella  tipləri  ayrılıb  və  öyrənilib.  Xəstəliyin  baş  verməsində 
əsas  rolu  S.tufimurium,  S.enteriditis,  Scholerac  suic.  tutur.  Toksikoinfeksiya 
törədicisi ən çox S.tufimurium hesab edilir. 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin